Tag Archives: Nəcəf Nəcəfov

MEYDAN GÜNDƏLİYİ: 18, 25 AVQUST 1990

Стандартный
MEYDAN GÜNDƏLİYİ: 18, 25 AVQUST 1990

18 avqust 1990.

Bu gün “Azadlığ”ın “Redaksiya heyəti” tərəfindən buraxılan yeni nömrəsi çıxdı. Cəbhə qərargahında AXC-nin Məclisi vardı. Nəcəf bəy mənə də xəbər etmişdi. Burada qəzetinməsələsi də həll edilməli idi.Tamerlan Qarayev qəzaya düşdüyünə görə Tağı Xalisbəyli sədrlik edirdi. Seçkilərlə və Əbülfəz bəyin AXC sədri kimi səlahiyyət müddətinin uzadılması ilə bağlı məsələlərin müzakirəsindən sonra növbə “Azadlığ”a çatdı. İsa Qəmbərov və Hikmət Hacızadə Nəcəf bəyi redaktor kimi həddən artıq sərbəstlikdə, heç bir rəyi nəzərə almamaqda günahlandırıb Ağamalı Sadiqin redaktor seçilməsinə təkid etdilər. Read the rest of this entry

Реклама

«MEYDAN GÜNDƏLİYİ»: 1-10 AVQUST 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ»: 1-10 AVQUST 1990

1 avqust 1990. SƏNƏDBakı şəhəri komendantının əmri N:4  31 iyul 1990-cı il Respublika zəhmətkeşlərinin və ziyalılarının arzusunu və Bakı şəhərində vəziyyətin sabitləşməyədoğru meyl etdiyini nəzərə alaraq Azərbaycan Xalq Cəbhəsi-nin “Azadlıq” qəzeti yenidən buraxılsın.

Bakı şəhərinin komendantı, polkovnik V.Z. BÜNYADOV.  Read the rest of this entry

«MEYDAN GÜNDƏLİYİ»: 13-18 İYUL 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ»: 13-18 İYUL 1990

13 iyul 1990. Bu gün Ağamalı Sadiq və Səfər Alışarlının im-zaladıqları ikinci “Azadlıq” çıxıb (150min nüsxə).Bu nömrədə “Demokratik Azərbaycan” seçki bloku haqqında geniş məlu-mat, seçkilərlə bağlıyazılar, “Zamanın tələbiylə Şimali Azərbaycan Demokra-tik Partiyası” başlığı altında ŞADP-nin təsiskomitəsinin üzvü İsa Qəmbərovla müsahibə və b. materiallar verilib.

14 iyul 1990. Bakının komendantı “Azadlıq” qəzetini yenə bağladı!  Read the rest of this entry

«MEYDAN GÜNDƏLİYİ»: 4-8 İYUL 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ»: 4-8 İYUL 1990

4 iyul 1990. Bu gün “Azadlığ”ın 20 Yanvardan sonrakı ilk nömrəsi44 çıxıb. Ancaq, nədənsə, onuA.Mütəllibovla bu haqda danışıqlar aparmış redaktor Nəcəf Nəcəfov yox, “Redaksiya heyətininüzvləri: Ağamalı Sadiq Əfəndi, Səfər Alışarlı” imzalayıblar. Mənim dəqiq yadımdadır ki, Əlyazmalarİnstitutunda Əbülfəz bəy AXC-nin yeni hazırlanmış möhürü-nü ilk dəfə məhz Nəcəf bəyin “Azadlığ”ınredaktoru olması haqqında əmrin üzərinə vurmuşdu. Yəni onu redaktorluqdan çıxarıblar?.. Qəzetintirajı da birdən-birə 53 min 500-ə düşüb. Qəzetin başlığının biçimi də dəyişdi-rilib…Nə isə, qəzetin 1-2-ci səhifələrində “AXC İdarə Heyətinin Azərbaycan xalqına müraciəti” verilib.Əbülfəz Əli Elçibəyin “İslam özülçülüyü” məqaləsindən başqa digər yazılar əsasən qarşıdakıseçkilərə aiddir.  Read the rest of this entry

«MEYDAN GÜNDƏLİYİ»: 29 APREL 1990-CU İL

Стандартный
«MEYDAN GÜNDƏLİYİ»: 29 APREL 1990-CU İL

29 aprel 1990. AXC Məclisində iştirak etmək üçün Göyçaya yola düşdük. “RAF” maşınında Əbülfəz bəy, Nəcəf bəy, Fəzail bəy (AXC Məclisinin katibi), Bəhlul Abdullayev (AXC Məclisinin üzvü, filol. elm. doktoru),“Azadlıq” qəzetinin əməkdaşı Zaur bəy, Bəyin “bacısı oğlu” Mübariz, Becan bəy, institut tələbəsiNadir bəy, “Zəngəzur” komitəsinin başçısı Köçəri Nağıyev və mən idik.Söhbət edə-edə Kürdəmirə gəlib çatdıq. Read the rest of this entry

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 23 YANVAR 1990

Стандартный

adalet_tahirzade

23 yanvar 1990. Bu gün qırğından sonra “Azadlıq” redaksiyasında ilk dəfə yenidən yı-ğışdıq. Nəcəfin üzünü tük basmışdı, gözləri yumulurdu (yuxusuzluqdan). Fransa və Macarıstandan gələn müxbirlər xeylivaxtımızı aldılar. Onlara meyitlərin fotolarını verdik. Sonra onları Semaşko xəstəxanası-na yolladıqki, xəstələri çəksinlər. Bir neçə saatdan qayıdıb gəldilər, onları Tiflisə göndərdik.Redaksiyaya gələndə Əlişir Nəvai küçəsində (Çapayev küçəsinin yaxınlığında) güllə ilə dəlik-deşik edilərək xəlbirə döndərilmiş94-10 AQS nömrəli avtobusu (39-uncu marşrutda işləyən) gördüm. Qabaq şüşəsində 103 güllə yerivardı, bütünlükdə isə 151 güllə deşiyi saydım. (Şüşələrin çoxu ovxalanıb töküldüyü üçün, təbii ki,onlara dəymiş yüzlərcə güllənin izləri də onlarla birgə silinib). Read the rest of this entry

ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 1990-1991. «AZADLIQ» VƏ NƏCƏF NƏCƏFOV

Стандартный
ƏDALƏT TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 1990-1991. «AZADLIQ» VƏ NƏCƏF NƏCƏFOV

20 dekabr 1990. Bu həftədən həm AXC qərargahı, həm də “Azadlıq” qəzeti redaksiyası öz“mənzil”lərini dəyişiblər. İndiyədək Zivər bəy Əh-mədbəyov küçəsindəki binada bir yerdə olsaq daindi Cəbhə Sovet küçəsin-dəki Məktəbəqədər Pedaqoji Məktəbin köhnə binasına (N.Nərimanovunheykəlinin yanındadır), redaksiya isə Ketsxoveli48 küçəsindəki yenə həmin məktəbin birmərtəbəliköhnə binasına köçüb. (Bu məktəbə isə Cəbhənin Z.B.Əhmədbəyov küçəsindəki qərargahı verilib).Redaksiyanın otaqları geniş olsa da çox bərbaddır. Döşəmənin taxta-ları arasına ayaq girir.  Read the rest of this entry

17 DEKABR — JURNALİST NƏCƏF NƏCƏFOVUN XATİRƏ GÜNÜ

Изображение

NƏCƏF

Nəcəfov Nəcəf Adil oğlu — görkəmli Azərbaycan jurnalisti, müasir Azərbaycan mətbuatının banilərindən biri.

Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. Xalq Təsərüffatı İnstitutunu bitirib. 80-ci ilin əvvəllərindən «İnşaat» qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra «Vışka» qəzetində şöbə müdiri işləyib və 1986-cı ilə kimi bu vəzifəni yerinə yetirib. Həmin il N.Nəcəfov «Molodyoj Azerbaydjana» qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə «Molodyoj Azerbaydjana» ölkənin ən populyar və sevimli qəzeti olub. 1986-1989-cu illərdə «Molodyoj Azerbaydjana» faktiki olaraq Respublikanın mərkəzi qəzetinə çevrilib. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən bu qəzetin ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb və qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilib. N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib. Həmin vaxtdan başlayaraq N.Nəcəfov faktiki olaraq siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub. Müstəqil «Azadlıq» qəzetini təsis edən (1989-cu il) N.Nəcəfov, respublikanın suverenliyinə və ərazi bütövlüyünə təhlükənin artdığı bir vaxtda, AXC liderlərindən biri kimi, siyasətlə daha fəal məşğul olmağa başlayıb. 1990-cı ilin qanlı 20 Yanvar hadisələrində N.Nəcəfov Biləcəri yoxuşunda Sovet qəsbkarlarının qarşısını kəsən əliyalın adamların ön cərgəsində olub. Həmin faciənin zərbələrini ilk dadanlardan biri də N.Nəcəfov idi. Əsgər dəyənəyindən ağır zədə alan N.Nəcəfov səhərə kimi huşsuz halda yıxılıb qalıb. Sonralar N.Nəcəfov ölkənin dövlət müstəqilliyinin bərpası və Azərbaycanda Demokratik bir dövlətin yaradılması uğrunda fəal mübarizəni davam etdirib. 1990-cı ilin yazında N.Nəcəfov bir qrup müstəqil jurnalistlə birlikdə «Turan» informasiya agentlyini təsis edib. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992-1993-cü illərdə N.Nəcəfov Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib. 1993-1995-ci illərdə o, AXC Məsləhət Şurasının üzvü vəzifəsində çalışıb. Ömrünün son illərində N.Nəcəfov Müstəqil Sahibkarlığa Yardım Fondunun vitse-prezidenti olub.

Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Bakı şəhərində Köhnə qəbiristanlıqda dəfn olunub.