Tag Archives: müzəffər ali baş komandan

PREZİDENT FAİZL MUSTAFANIN BAŞINA DƏMİR YUMRUQ VURAR, ANCAQ TƏBRİK ELƏMƏZ!

Стандартный

Azərbaycanın kütləvi informasya vasitələri (“kütləvi” sözünün “kütlə” hissəsinə fikir verin – Azəebaycan dövlətinin kütlə üçün yayığı informasoyanın keyfiyyəti necə olar? Hamımız bilirik ki, Azərbaycanda dövlət kütləyə necə baxır və kütləni təşkil edən insanları adamdan çox ucuz tuikinti materialı və hətta kibrit çöpü sayır) car çəkirlər ki, prezident Fazil Mustafanı təbrik edib. Bu, başlıqdadır. Xəbərin özünü oxuyursan, görürsən ki, Fazil Mustafanı şəxsən prezident yox, hətta administrasiya rəhbəri yox, administrasiyanın şöbə müdiri Ədalət Vəliyev təbrik edib.

İnanan daşa dönsün!

Administrasiyanın şöbə müdiri yəqin İlham Əliyevi son dəfə altı-yeddi ay bundan qabaq görüb. Əgər görübsə. Belə çıxır ki, İlham Əliyev telefonla Ədalət Vəliyevlə danışıb, xahiş edib ki, Fazil Mustafanı onun adından təbrik etsin. Buna inanmaq mümkün deyil. İlham Əliyev Fazil Mustafanı təbrik etmək istəsəydi, ona özü niyə zəng vurmurdu?

Ədalət, ah Ədalət!

Mən Mitrzə Əlil olaraq yüz faiz əminəm ki, müzəffər baş komandan heç vaxt Fazil Mustafa kimi adamı təbrik etməz, çünki Fazil Mustafa antmilli ünsür olub, özü də yekəsindən, çünki cəbhəçilik eləyib, yüksək vəzifə tutub Elçibəyin yanında, yəni torpaqları satıb erməniyə, pulunu yeyib. İndi müzəffər komandan Fazil Mustafanın başqa cəbhəçilərlə sövdələşib satdığı torpaqları dəmir yumruğuyla geri qaytarır. Yəni desələr ki, İlham Əliyev Fazil Mustafanın başına dəmir yumruq endirib, inanaram, ancaq onu təbrik eləməyinə yox.

Bir də ki, Zəfər gününün təbriki Fazil Mustafaya ona görə düşmür ki, bu zəfərdə onun heç bir iştirakı yoxdur. leriklinin, masallılının, biləsuvarlının, salyanlının, tovuzlunun, beyləqanlının sütül uşağı cəbhədə öləndə bu naxçıvanlı antimilli ünsür Bakıda layiq olmadığı deputat maaşı alal-ala, başqa çax-çuxla eləylə eləyə kef çıkib. O sütül uşaqların ahı bu pozğun deputatları tutsun, qan qussunlar.

Biri də var, Aqil Abbas, deyir gedək qalan ermənilərin başını əzək. Özü də “biz” deyir”.

Ay soğanbaş, sənin “biz” deməyə haqqın var? Sən vuruşmusan? Oğlun vuruşub? Yenə istəyirsən yenə bu yazıq fəhlə-kəndlinin uşağı qırlılsın? Oturmusan layiq olmadığın yerdə, qafiyəbaz qayınatandan elə bil irs almısan, utanıb-qızarmırsan, heç olmasa ağzına su alıb sus…

Qayıdaq bizim qoyunlara. Yəni fransızların dediyi kimi bizim qoçlara. Yəni Fazil Mustafaya. Guya prezident xahiş edib ki, Ədalət müəllim Böyük quruluş partiyasının üzvlərini də təbrik etsin.

Yəni Lenin demişkən, var belə partiya? Hardadır? Neçə üzvü var? O üzvlər Fazil Mustafanın ailə üzvləridir ya ayrı, türkün məsəli, üzvlər də var? Böyük quruluş nə deməkdir? Yəni kiçik quruluşdan fərqli olan bir şey? Bəs kiçik quruluş nədir? Elçibəyin hökuməti?

Yeri gəlmişkən sual: Azərbaycanda siyasi partiya ola bilər? Yox, ola bilməz. Siyasi partiya hakimiyyət uğrunda mübarizə aparır. Azərbaycanda hakimyyət uörunda mübarizə aparanın adı antimilli ünsür, yeri də Kürdəxanı və ya buna bəzər başqa səfalı yerlərdir.

Ona görə bu partiyalar rəhbərliyin avam, qara camaat saydığı kütlənin başını qatmaq üçündür. Fazil Mustafanın doktorluq dissertasiyasına and olsun!

Yenə qayıtdıq antimilli ünsürlərə…

İlham Əliyev tez-tez antimilli ünsürlərdən danışır, ancaq hər dəfə ad çəkmir. Dəqiq bilmirsən ki, kimi deyir. Gərək özün fantaziyanı işə salasan. Zənnimcə, Fazil Mustafa şübhəsiz-sadsız antimilli ünsürdür, özü də xalisindən. Çünki dönə-dönə cildini dəyişib.

Vikipediyada Fazil Mustafa haqqında məqaləyə baxdım, bilmədim ağlayam ya güləm.

Beş dəfə başqan seçilib! Beş dəfə! Başqan!

On doqquz kitabın müəllifidir! Yəni az qalıb Aleksandr Dümaya çata. Ata Dümaya. Oğul dümünı keçib.

Fəlsəfə doktorudur!

Ay mənim xalqım, indi bildin sənin başın niyə ağrrıyır? Çünki sənin doktorun Fazil Mustafa kimi ünsürlərdir!

Mirzə ƏLİL

 08.11. 2021, Samara