Tag Archives: müstəqillik bəyannaməsi

«QƏDİRLİ NÜMUNƏVİ ƏR İDİ…»

Стандартный

gav

Real deputat Erkin Qədirli də qatıqlamağa başlayıb. Bugünkü qatıqlamasında deyib ki, filan-filan sənədlərə görə, filan-filan tarixlərə görə Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxa bilməz.

Erkin Qədirli “12 stul” romanındakı şair Nikifor Lyapsis-Trubetskoyu xatırladır. Ostap Bender onun altından stulu çəkib aparır, Nikifor deyr “apara bilməzsən”, Ostap da deyir  “aparıram ki!” 

A kişi, necə çıxa bilməz, çıxıb da! Neyləyəcəksən o tarixlərlə, o sənədlərlə?

A kişi, otur yerində, danışıb özünü biabır eləmə. Azdan-çoxdan hörmətin var, onu da itirərsən. Qoy heç olmasa səni xatırlayanlar desinlər ki, “Qavrila (Qədirli) sadiq ər idi…”

Mirzə ƏLİL

30.08. 2020, Samara

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİ HAQQINDA KONSTİTUSİYA AKTI (TAM MƏTN)

Стандартный
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİ HAQQINDA KONSTİTUSİYA AKTI (TAM MƏTN)

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİ HAQQINDA KONSTİTUSİYA AKTI

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi. 

Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları — parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu.  Read the rest of this entry