Tag Archives: Musa Cəlilin yubileyi

15 FEVRAL -TATAR ŞAİRİ, SOVET İTTİFAQI QƏHRƏMANI MUSA CƏLİLİN 110 İLLİK YUBİLEYİ

Стандартный

MUSA CƏLİL

Musa Cəlil (tat. Муса Җәлил, Musa Cəlil, موسا ﺟﮫليل; Муса Мостафа улы Җәлилев, Musa Mostafa ulı Cəlilev; 2 (15) fevral 1906 — 25 avqust 1944) — XX əsr tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı (1956).

Musa Cəlil Rusiyanın Orenburq şəhərində anadan olmuşdur. 931-ci ildə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsini bitirən Musa Cəlil əvvəl tatar dilində nəşr olunan bəzi uşaq jurnallarının redaktoru, sonralar isə yenə tatar dilindəki «Kommunist» qəzetinin redaktor müavini olmuşdur. Musa Cəlil İkinci dünya müharibəsi illərində sovet ordusunun tərkibində vuruşmuş, 1942-ci ildə almanlara əsir düşərək Şpandau toplama düşərgəsinə göndərilmişdir.

Əsirlikdə də fəallıq göstərmiş, almanların tatarlardan təşkil etdiyi İdil-Ural Legionunun üzvləri arasında antifaşist qüvvələrin yaradıcılarından olmuşdur. 1944-cü ilin avqustunda əsirlərin kütləvi şəkildə qaçışını təşkil etmişdir. Lakin onları satmışlar və Musa Cəlil tutularaq 25 avqust 1944-cü ildə Berlindəki Plötzenzee həbsxanasında digər məşhur tatar yazıçısı Abdulla Alişlə birlikdə edam edilmişdir. Sovet hökuməti ona Vətən xaini damğası «vurmuş», ailəsini isə sürgün etdirmişdir. 1949-cu ildə Musa Cəlilin belçikali əsir yoldaşı SSRİ-nin Brüsseldəki konsulluğuna gələrək onun əsirlikdə olarkən antifaşist qüvvələrinin döyünən ürəyi və düşünən beyni olduğunu söyləmiş, əvvəlcə onun bir neçə şeirini, bir müddət sonra isə iki kitabını konsulluğa təqdim etmişdir. Bu kitablar tezliklə çap olunmuş, 1956-cı ildə şairə bəraət verilmiş və onun əsərlərinin çapına qoyulan qadağa birdəfəlik aradan qaldırılmışdır. Həmin il Musa Cəlilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı,  verilmişdir.

 QUŞCUĞAZ

(parça)

Elə bil qəfəsdə yaşayırıq biz,
Tikanlı məftildi hər tərəfimiz.
Səhərdən ulduzlar görünənədək,
Eşirik torpağı qarışqalar tək.
Budur günəş çıxdı hasar dalından,
Bizə şuasını salmadı bir an.
Ona görə günəş gəlmir yaxına,
Tikanlı məftillər sancılar ona…

(Azərbaycan dilinə tərcümə)

Реклама