Tag Archives: molla Nəbi İbrahimov

DÜZƏLMİŞDİ HƏR İŞİMİZ, QALMIŞDI ÖLÜ MAŞINIMIZ

Стандартный

mersedes_vip_limuzin

Allah yer üzünü yaxşı adamlardan əskik eləməsin. Yaxş adamlar olmasaydı, qırılıb gedərdik. Qırılıb ölmək şükürlüdür, yaxşı, nəcib adamlar olmasaydı, meyidlərimizİ daşıyıb basdıran olmazdı. Allaha çox şükür ki, belə yaxşı nəcib insanlardan Samarada da var. Onlardan ikisinin adı hökmən çəkilməlidir: molla Nəbi  və aşbaz Bahadur Salamov. Boyunlarına ağır iş götürüblər, düşüblər qabağa, pul yığırlar ki, ölüdaşıyan maşın alsınlar. Nə gözəl niyyət, nə gözəl təşəbbüs! Ölülərimiz nə vaxtdan bəri yığılıb qalıb, daşıyıb aparan yoxdur! Üzümüz danlanır, polis qınayır, qubernator qınayır, mer qınayır, deyirlər ay millət, nəfəs ala bilmirik, uşaq-böyük nəfəs ala bilmir, sanepidemstansiya Putinə yazır, daşıyın aparın ölülərinizi. Biz də olmuşduq bir maşının məəttəli. İndi, şükür Allaha, maşın olandan sonra yavaş-yavaş ölülərimizi daşıyb apararıq. Hamısını birdən apara bilməsək də, altı aya, bir ilə iki yüz-üç yüz meyid apara bilərik. Əsas maşındır, şofer lazım deyil, çünki molla Nəbi özü bu işin öhdəsindən gələ bilər, uzun müddət araba sürüb.

Allah nəcib insanlara can sağlığı və elə uzun ömür versin ki, heç ölməsinlər. Ölsələr də, zərər yoxdur, ölüdaşıyan maşınımız var, meyidləri burda qalmayacaq.

Nə gizlədim, mən özüm də son vaxtlar çox darıxırdım, fikirləşirdim ki, mənim ölümü kim aparacaq, necə aparacaq. İndi bu maşın söhbəti düşəndən elə rahatam ki, bu dəqiqə düşüb öləm, ruhum da inciməz…

Allah yaxşı insanların başından töksün. Yəni qazanc, gəlir nəzərdə tuturam. Maşına pul verəmlərin də yeri cənnətdədir. Özü də cənnətə piyada getməyəcəklər, onları xurma ağaclarınnı altında hurilərlə kefə limuzin aparacaq.

Bəs nə bilmişdiniz?

 

Mirzə ƏLİl

Реклама