Tag Archives: Mirzə Xəzər

29 NOYABR — GÖRKƏMLİ AZƏRBAYCAN JURNALİSTİ MİRZƏ XƏZƏRİN DOĞUM GÜNÜ

Стандартный

mirze-xezer-esas

Mikayılov Mirzə Kərim oğlu (Mirzə Xəzər) (29 noyabr, 1947, Göyçay) – görkəmli jurnalist, publisist, naşir.  1990-cı il yanvar faciəsi (20 yanvar 1990) baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı,insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist. Hal-hazırda Almaniyanın Münhen şəhərində yaşayır. Evlidir, 3 övladı var.

Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib.1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib.

Mənbə: Vikipediya

Реклама