Tag Archives: Mirzə Əlilin felyetonları

PREZİDENT FAİZL MUSTAFANIN BAŞINA DƏMİR YUMRUQ VURAR, ANCAQ TƏBRİK ELƏMƏZ!

Стандартный

Azərbaycanın kütləvi informasya vasitələri (“kütləvi” sözünün “kütlə” hissəsinə fikir verin – Azəebaycan dövlətinin kütlə üçün yayığı informasoyanın keyfiyyəti necə olar? Hamımız bilirik ki, Azərbaycanda dövlət kütləyə necə baxır və kütləni təşkil edən insanları adamdan çox ucuz tuikinti materialı və hətta kibrit çöpü sayır) car çəkirlər ki, prezident Fazil Mustafanı təbrik edib. Bu, başlıqdadır. Xəbərin özünü oxuyursan, görürsən ki, Fazil Mustafanı şəxsən prezident yox, hətta administrasiya rəhbəri yox, administrasiyanın şöbə müdiri Ədalət Vəliyev təbrik edib.

İnanan daşa dönsün!

Administrasiyanın şöbə müdiri yəqin İlham Əliyevi son dəfə altı-yeddi ay bundan qabaq görüb. Əgər görübsə. Belə çıxır ki, İlham Əliyev telefonla Ədalət Vəliyevlə danışıb, xahiş edib ki, Fazil Mustafanı onun adından təbrik etsin. Buna inanmaq mümkün deyil. İlham Əliyev Fazil Mustafanı təbrik etmək istəsəydi, ona özü niyə zəng vurmurdu?

Ədalət, ah Ədalət!

Mən Mitrzə Əlil olaraq yüz faiz əminəm ki, müzəffər baş komandan heç vaxt Fazil Mustafa kimi adamı təbrik etməz, çünki Fazil Mustafa antmilli ünsür olub, özü də yekəsindən, çünki cəbhəçilik eləyib, yüksək vəzifə tutub Elçibəyin yanında, yəni torpaqları satıb erməniyə, pulunu yeyib. İndi müzəffər komandan Fazil Mustafanın başqa cəbhəçilərlə sövdələşib satdığı torpaqları dəmir yumruğuyla geri qaytarır. Yəni desələr ki, İlham Əliyev Fazil Mustafanın başına dəmir yumruq endirib, inanaram, ancaq onu təbrik eləməyinə yox.

Bir də ki, Zəfər gününün təbriki Fazil Mustafaya ona görə düşmür ki, bu zəfərdə onun heç bir iştirakı yoxdur. leriklinin, masallılının, biləsuvarlının, salyanlının, tovuzlunun, beyləqanlının sütül uşağı cəbhədə öləndə bu naxçıvanlı antimilli ünsür Bakıda layiq olmadığı deputat maaşı alal-ala, başqa çax-çuxla eləylə eləyə kef çıkib. O sütül uşaqların ahı bu pozğun deputatları tutsun, qan qussunlar.

Biri də var, Aqil Abbas, deyir gedək qalan ermənilərin başını əzək. Özü də “biz” deyir”.

Ay soğanbaş, sənin “biz” deməyə haqqın var? Sən vuruşmusan? Oğlun vuruşub? Yenə istəyirsən yenə bu yazıq fəhlə-kəndlinin uşağı qırlılsın? Oturmusan layiq olmadığın yerdə, qafiyəbaz qayınatandan elə bil irs almısan, utanıb-qızarmırsan, heç olmasa ağzına su alıb sus…

Qayıdaq bizim qoyunlara. Yəni fransızların dediyi kimi bizim qoçlara. Yəni Fazil Mustafaya. Guya prezident xahiş edib ki, Ədalət müəllim Böyük quruluş partiyasının üzvlərini də təbrik etsin.

Yəni Lenin demişkən, var belə partiya? Hardadır? Neçə üzvü var? O üzvlər Fazil Mustafanın ailə üzvləridir ya ayrı, türkün məsəli, üzvlər də var? Böyük quruluş nə deməkdir? Yəni kiçik quruluşdan fərqli olan bir şey? Bəs kiçik quruluş nədir? Elçibəyin hökuməti?

Yeri gəlmişkən sual: Azərbaycanda siyasi partiya ola bilər? Yox, ola bilməz. Siyasi partiya hakimiyyət uğrunda mübarizə aparır. Azərbaycanda hakimyyət uörunda mübarizə aparanın adı antimilli ünsür, yeri də Kürdəxanı və ya buna bəzər başqa səfalı yerlərdir.

Ona görə bu partiyalar rəhbərliyin avam, qara camaat saydığı kütlənin başını qatmaq üçündür. Fazil Mustafanın doktorluq dissertasiyasına and olsun!

Yenə qayıtdıq antimilli ünsürlərə…

İlham Əliyev tez-tez antimilli ünsürlərdən danışır, ancaq hər dəfə ad çəkmir. Dəqiq bilmirsən ki, kimi deyir. Gərək özün fantaziyanı işə salasan. Zənnimcə, Fazil Mustafa şübhəsiz-sadsız antimilli ünsürdür, özü də xalisindən. Çünki dönə-dönə cildini dəyişib.

Vikipediyada Fazil Mustafa haqqında məqaləyə baxdım, bilmədim ağlayam ya güləm.

Beş dəfə başqan seçilib! Beş dəfə! Başqan!

On doqquz kitabın müəllifidir! Yəni az qalıb Aleksandr Dümaya çata. Ata Dümaya. Oğul dümünı keçib.

Fəlsəfə doktorudur!

Ay mənim xalqım, indi bildin sənin başın niyə ağrrıyır? Çünki sənin doktorun Fazil Mustafa kimi ünsürlərdir!

Mirzə ƏLİL

 08.11. 2021, Samara

İ. MIXLININ NAMƏLUM “AĞILLI KÜR” ROMANI TAPILIB

Стандартный

ismayıl şıxlı

Məşhur yazıçı İsmayıl Mıxlının naməlum romanı müəllifin ölümündən sonra tapılıb. Əlyazma Mıxlının bağında qazıntı aparılan zaman çıxdığığndan roman Qazarlar Burliyinin səksən beş yaşlı gənc sədri Danara verilib və hazırda Danar müəllim  əsəri nəşrə hazırlayır.

İndiyədək oxuculara naməlum qalmış roman “Ağıllı Kür” adlanır. Bu roman əlli il bundan qabaq yazılıb, ancaq İsmayıl Mıxlı uzaqgörəm mütəfəkkir yazıçı olduğundan öz əsrini qabaqlayıb və indi əlahəzrət İlham Əliyevin həyata keçirdiyi “Ağıllı kənd”, “Ağıllı məhəllə”, “Ağıllı bazar” layihələrini qabaqlayıb.

İsmayıl Mıxlının romanındakı Kür doğrudanda da ağıllı çaydır. Çay öz sularını pambıq, tütün, taxıl  sahələrinə özü axıdır, anaşa, marixuana, xaşxaş əkilən yerlərə girmir. Çayın suları laızımi məntəqələrdə turbinsiz elə fırlanır ki, İsmayıl Mıxlının yerlisi Səməd Vurğun demişkən, “işıqlanır hər dağ-dərə”. Ağıllı çay öz sularında ağıllı balıqlar yetişdirir. Bu balıqlar adam kimi dil bilir, suyun aıtında müxtəlif idman yarışları keçirir və AzTV-nin verilişlərinə baxırlar. Bu balıqlar hamısı gözəl tərbiyə alır və hər biri öz yerini bilir. Kübar balıqlar imötəbər nsanların, dövlət məmurlarının toruna düşür. Əsil-nəcabətsiz balıqlar isə kasıb-kusubun qarmağına ilişir.

Romanda balıqların keçirdiyi elmi-tətbiqi konfransdan söz açılır. “Əlahəzrət prezidentinə alternativ varmı? “ sualına bir naqqa bitərəf qalmaqla bütün balıqlar yekdilliklə “Yoxdur. Nida işarəsi!” cavabını veriblər. O vaxtdan qərara  alınıb ki, naqqa balıq sayılmasın.

Ağıllı Kürün sahilində yaşayan insanların hamama ehtiyacı yoxdur, çünki bu ağıllı çayda çimən insanları ağıllı sular özü sabunsuz-zadsız təmizə çıxarır.

Ağıllı Kürün sahilində yaşayanlar arzu və istəklərini prezidentə və onun xanımına poçta yox, çaya atırlar, Ağıllı Kürün ağıllı suları xalqın məktubunu operativ şıkildə ünvana çatdırır. Prezidentin və arvadının xalqa cavab verib-vermədiyi barədə İsmayıl Mıxlı yazmır.

Kürün sularında çimmək üçün üzməyi bilmək lazım deyil. Bu ağıllı sularda yalnız ölkənin naz-nemətindən, ailədəki mehribanlqdan boğazacan doyub könüllü həyatdan getmək istəyənlər özləri özlərini boğurlar. Boğulanların meyitlərini ağıllı sular yubanmadan mərhumların yaxınlarına çatdırırlar.

Romanın əsas süjet xətlərindən biri də sevgi macərasıdır. İ. Mıxlı bir erkək nərənin Araz vasitəsilə Kürə girmiş ermən çəkisinə olan faciəvi məhəbbətindən məharətlə söz açır. Əlyazma ilə taış olmuş görkəmli mətbuat xadimi Aynur Qavalqızı yazır ki, iki balığın faciəsi onu elə kövrəltdi ki, “göz yaşlarına hakim ola bilmədi”.

Roman eyni zamanda çoxlu dildə nəşr ediləcək. Tərcümə mərkəzinin rəhbəri  Qapaq Məsud əsəri balıq dilinə çevirir, hərçənd balıqlar özləri dilimizi yaxşı bilirlər.

Qazarlara, yəni romanı qazıb çıxaranlara prezident “Laçın dəhlizi” medalını verib.

Mirzə ƏLİL

17-18 mart 2021, Samara

BURBON MƏMMƏDOV: AZERDURDOM TV EFİRDƏDİR!

Стандартный

qurban_məmmədov

Burbon MƏMMƏDOV:  Salam, mənim əziz həmvətənlərim! Azerdurdom TV efirdədir. Eşq olsun Rəcəb Teyib Ərdoğana! İlham Əliyevə ar olsun! Deyəsən, bizə Rusiyanın Kislovodsk şəəhərindən zəng edən var. Buyurun, Əhməd bəy!

ƏHMƏD: Burbon bəy, mən bir az içkiliyəm, proşu proşeniya. Ancaq mən Azərbaycana gedib canımı qurban verməyə hazıram. Zakir Həsənov yol pulumu versin, gedirəm.

Burbon MƏMMƏDOV: O boynunu qucaqlayan arvad kimdir? Rusdur?

ƏHMƏD: Yox, Burbon bəy, urus bizim düşmənimizdir. Bu arvad mordovkadır. Anam-bacım olsun, çox şirin arvaddır.

Burbon MƏMMƏDOV: O da səninlə gedir cəbhəyə?

ƏHMƏD: Niyə getmir, Burbon bəy. Gülə-gülə gedəcək. Orda mənim yaramı sarıyacaq dana. Burbon bəy, vururam sənin sağlığına!

Burbon Məmmədov: Vur, qadan alım! Eşq olsun! Görürsünüzmü, mənim əziz həmvətənlərim, mordovka türk oğluna qoşulub Qarabağa gedir. Eşq olsun. Daha bir zəngimiz var. Samaradandır. Buyurun, Afa bəy!

AFA: Burbon bəy, Samarada yaşayan azərbaycanlılar Azerdurdom ailəsini salamlayırlar! Bizim də ürəyimiz Qarabağda döyüşən əsgərlərin yanındadır.

Burbon MƏMMƏDOV: Bəs sənin yanındakı kimdir? Dizinin üstündə oturub. Bu da mordovkadır?

AFA: Burbon bəy, bu, xalis türk arvadıdır. Çuvaşkadır. Mənim satıcımdır. Məni hər yerdə dəstəkləyir.

Burbon MƏMMƏDOV: Yaxşı dəstəkləyir, görürəm əli hardadır… Eşq olsun! Əziz həmvətənlərim, Moskvadan zəng var, daimi izləyicimizdən. Buyurun, Qafar bəy!

QAFAR: Burbon bəy, mən Azerdurdom ailəsini Pud sitidən salamlayıram. Burda biz hamımız Azərbaycan ordusunu dəstəkləyirik.

Burbon MƏMMƏDOV: Eşq olsun! Bizi də dəstəkləyin! Azerdurdom ailəsi Qarabağ uğrunda Azərbaycan ordusundan da fəal vuruşur. Sizin malıiyyə dəstəyinizə ehtiyacımız var. Qafar bəy, görürəm tək deyilsiniz, yeyib-içirsiniz. O yekəburun kişi gözümə şirin gəlir. Kimdir o? Bayaqdan onunla qızğınlıqla öpüşürsünüz.

QAFAR: Burbon bəy, bu bizim erməni dostumuz Xaçaturdur. Sizdən yaxşı olmasın, yaxşı oğlandır. Bayaqdan neçə dəfə bizə qoşulub Azərbaycan ordusunun sağlığına içib. Biz də iki dəfə erməni ordusunun sağlığına içmişik. Əlahəzrət İlham Əliyein dediyi kimi, gərək tolerant olaq.

Burbon MƏMMƏDOV: Eşq olsun! Xaçatura salamlar! Əziz Həmvətənlər! Bizə Moskvadan zəng var. Rusiyanın paytaxtından bizə Hacı Seyidağa qoşulur. Seyid! Cəddin ordumuza kömək olsun. Buyur, sözünü de!

Hacı: Qurban bəy, ağzım söz tutmur, stress keçirirəm, gözümün yaşını saxlaya bilmirəm.

Burbon Məmmədov: Seyid, hamımız ağlayırıq, biz indi sevinc yaşları axıdırıq.

HACI: Qurban bəy, mən sevincdən ağlamıram, dərddən ağlayıram.

Burbon MƏMMƏDOV: Niyə, ay Seyid, ordumuzun qələbəsinə sevinmirsən?

HACI: Qurban bəy, mən ordu hayında deyiləm. Padruqam məni qoyub qaçıb.

Burbon MƏMMƏDOV: Nə padruqa, a kişi? Biz nə haydayıq, sən nə haydasan? Hara qaçıb?

HACI: Müharibə başlayan kimi nə yolnansa sərhədi keçib, gedib vuruşmağa. Məni buraxmırlar. Qurban bəy, məni sərhəddən keçir, mən o arvadsız qala bilmərəm..

Burbon MƏMMƏDOV: Mən səni necə keçirim a kişi? Mən İlham Əliyyevlə qanlı-bıçaqlıyam. O mənim evimi dağıdıb, bilmirsən? Sənə öz cəddinə and verirəm, İlham Əliyevi mənə söydürmə!

HACI: Qurban bəy, burda Əliyelik bir iş yoxdur. Mənim padruqam Ermənistana qaçıb.

Burbon MƏMMƏDOV: Ermənistan nədir, a kişi? Azərbaycanlı arvad gedib ermənilərin tərəfində vuruşsun?

HACI: Sən məni düz başa düşmədin, Qurban bəy. Mənim padruqam ermənidir…

Burbon MƏMMƏDOV: Mən doğrudan da başa düşmədim. Sən gedirsən Ermənistana arvadın dalınca?

HACI: Gedirəm, Qurban bəy. Mən Kərəm kimi yanıram…

Burbon MƏMMƏDOV: Seyid, sənin yanan yerini mən… Hörmətli izləyicilər, uşaqları ekrandan uzaqlaşdırın, mənim bu Hacıya beş-altı kəlmə yaxşı sözüm var…

Mirzə ƏLİL

29. 09. 2020, Samara

XALQ «İŞQAL»DAN QURTARDI. İNDİ «TƏXRİBAT»DIR…

Стандартный

Ильхам_Алиев

Son vaxtlar əlahəzrət prezident gözəl və qısa “işğal” sözünü işlətmir, bunun əvəzində çox da gözəl səslənməyən və uzun “təxribat” sözünü işlədir. Onun dalınca deputatlar, nazirlər, jurnalistlər və Eynulla Fətullayev, Mirşahin, Aynur Caçalqızı kimi millət fəxrləri də “təxribat” sözünü işlədirlər. Ancaq Azərbaycan xalqı, yəni sadə, məsum, təmiz qəlbli azəri xalqı başa düşmür ki, “təxribat” nədir və “işğal”dan nə ilə fərqlənir.

Sizdən nə gizlədim, mənə də Azərbaycandan çoxlu zəngər olurdu, soruşurdular ki, Mirzə, axı biz qalmışıq məəttəl, bu “təxribat” nə olan şeydir axı, biz “İşğala” öyrəşmişdik, başımızı aşağı salıb birtəhər günümüzü keçirirdik. İndi bu “təxribat” gələndən yuxumuz pozulub, arvad ərə itaət eləmir, uşaq müəllimin üzünə qayıdır, koronavirus bizi öldrmədi, deyəsən bu “təxribat” bizi öldürəcək. Mirzə, bəlkə sən bilirsən: bu şoğərib o»təxribat» nə lan şeydir?

Mən də ora-bura özümü vurdum, prezident administrasiyasında olan tanışlarımdan bu məsələni soruşdu. Tanışlarım mənə Şeyx Allahşükür Paşazadənin çalmasına and içdirdilər ki, sirr öz aramızda qalacaq. Mən də and içdim. Ona görə də siz də gərək Şeyxin çalmasına and içsiniz ki, bu söhbət öz aramızda qalacaq.

Məsələ əslində sadədir. Bu şoğərib “işğal” sözünə əlahəzrət prezidentin dili gəlmirdi. Çünki onun ana dilində “ğ” səsi yoxdur. Ona görə də «işqal” deyirdi. Hər Hər “işqal” deyəndə də antimilli ünsürlər prezidentə gülür, onun nüfuzuna xələl gətirirdilər. Hətta Azərbaycan dilini gözəl bilən ermənilər də əlahəzrətə gülürdülər. Prezident bu nifrətamiz “ğ” səsinin öhdəsindən gələ bilmirdi. Ona görə də günlərin bir günü yığır Azərbaycanın bütün görkəmli yazıçılarını, filoloqlarını, akademiklərini və tələb edir ki, təcili “işqal” sözünü əvəz edən söz tapsınlar. Müxtəlif sözlər təklif olunur. Prezident yazıçıların ali baş komandanı Anarın və akademiklərin kralliçası Nərgiz Paşayevanın  təklif etdiyi “təxribat” sözünü bəyənir. Və o gündən “işğal” sözü “təxribat spzü ilə əvəz olunur…

Məşədi İbad deyirdi ki, hər gözəlin bir eybi olar, ancaq onun eybi eyibsizlikdir. Bizim prezident də eyibsiz gözəldir. Bircə bu şoğərib “ğ” sözünü tələffüz edə bilmir. Neyləsin, bu səs ana dilində yoxdur.

Hər halda Azərbaycan xalqı “işqal”dan qurtardı. Daha nyə ürəyinizi sıxırsınız?

Mirzə ƏLİL

21. 09. 2020, Samara

MƏHƏRRƏM ƏLİYEV ANNA AKOPYANA İKİ DƏFƏ GÖZ VURUB…

Стандартный

Məhərrəm_Əliyev

Bir gün ali baş komandan İlham Əliyev ali baş müşavir Məhərrəm Əliyevi çağırıb deyir:

— Məhərrəm dayı, sənə vacib tapşırığım var.

— Zati-alilər, sizin hər tapşırığınızı yerinə yetirməyə hazırzam. Qardaşım Adili ayağınızın altında qurban kəsərəm.

— Sağ ol, Məhərrəm dayı, kişi adamsan. İstəyirəm səni Elçinə qoşub cəbhəyə göndərəm.

— -Zati alilər, mən ölməyə hazıram, ancaq ömrümdə güllə atmamışam. Mən polis olmuşam, mənimki dəyənəkdir. Heç avtomatın, türkün sözü, götüylə başını ayırd eləmirəm…

— Məhərrəm datyı, sən orda güllə atmayacaqsan. Gedəcəksən əsgərlərin yanına ki, ruhlansınlar.

— Ruhlandırmaq mənim gözüm üstə, zati-alilər… Gedərəm…

Beləliklə, Məhərrəm Əliyev dava paltarını geyir, qoşulur general Elçin Quliyevə, gəlir cəbhə bölgəsinə. Əsgərlər bunu görən kimi gülüşürlər, elə bilirlər musiqili komediya ya kukla teatrından artist gəlib bunların kefini açmağa. Məhərrəm Əliyev girir səngərə, deşikdən baxır erməni tərəfə. Elçin Quliyev görür bu Məhərrəm gözünü deşikdən çəkmir.

— Məhərrəm dayı, nə çox baxdın?

— Elçin, qarşı səngərdən mənə bir arvad baxır, çox qəşəng arvaddır… İki dəfə göz vurdum. Deyəsən o da mənə br dəfə göz elədi…

-Məhərrəm dayı, bir az o yana dur, mən də baxım…Məhərrəm dayı, bu arvad bilirsən kimdir? Paşinyanın arvadı.

— Qəşəng arvaddır… Müharibə olsa, Paşinyanı öldürsək, bu arvadı alaram… Bizdə o qədər erməni alan var ki… Həm də Paşinyandan acığımı çıxaram…

— Məhərrəm dayı, soruşmaq ayıb olmasın, funksiya hələ işləyir?

— Soruşursan da? Qranatomyot kimi atır… Özümə baxıram… Öz aramızdır, Bakıdan çıxanda paçama da zirehli jilet bağlamışam. Dedim birdən erməni snayperi elə atar ki, həm xəcalətli olaram, həm də ağzımın dadı itər…

— Məhərrəm dayı, bu mənim ağlıma gəlmirdi. Gərək birini də mən bağlayam…

— Daldan da bağlatdır. Ermənilər yaman dala atandırlar…

— Bağlaram, Məhərrəm dayı. Gedək, prezidentə məruzə eləyək…

— Gedək. Gərək prezidentin qılığına girəm ki, müharibəni başlasın. Bu arvada yaman vurlulmuşam…

— Məhərrəm dayı, Bakıda o qədər qəşəng erməni arvadları var ki. Elə özümüzünkülər də pis deyillər. Müharibənin dşər-düşməzi olar…

Mirzə ƏLİL

18.09. 2020, Samara

«YANEYRƏM, A DAĞLAR!..» OXUYUR HİKMƏT HACIYEV

Стандартный

HİKMET_hACİYEV

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev hər gün açıqlama verir. Prezident  işə gələn kimi soruşur:

— Açıqlama vermisən?

— Vermişəm, əlahəzrət prezident. İkisini vermişəm.

— Get birini də ver. Nə qədər çox versən, o qədər yaxşıdır. Öyrəşikli olarsan.

Bu gün səhər tezdən Hikmət Hacıyev təzə açıqlama verib. Eşidib ki, Dağlıq Qarabağı Livan erməniləriylə doldururlar, şalvarını çəkə-çəkə qaçıb açıqlama verməyə. Deyib ki, Nürnberq belə, Cenervrə elə, cinayət məcəlləsinin filan maddəsi belə, filan maddəsi elə…

O qədər güldüm ki, yer axtardım açıqlama verməyə…

Nə Nürnberq, a kişi…

İkinci dünya müharibəsi 1939-da başlanıb, 45-də bitib. Cəmi altı ildən sonra.

Dağlıq Qarabağı ermənilər 1988-ci ildən ayırıblar. Otuz iki ildən çox keçir. Hesabı bilmirsən?

Nə məcəllə, nə maddə?

Bu, bilirsiniz nəyə bənzəyir? Quldur qaranlıq dalanda Kalaşnikov avtomatının lüləsini dayayıb sənin alnına, sən də ona deyirsən ki, məcəllə belə, maddə elə…

A kişi, güldürmə məni…

Elə ki, gördün açıqlama verməyin gəlir, öyrəşikli olmusan, gir bir xəlvət yerə, tullan prezident hovuzuna, suyun altında ver açıqlamanı. Heç kim eşitməsin.

Camaatı özünə güldürmə…

Mirzə ƏLİL

12. 09. 2020, Samara

AZƏRBAYCANIN YENİ RƏMZİ — VİNTAÇAN

Стандартный

Tofiq Yaqublu

Son vaxtlar prezidentin kabinetində olanlar divardan bayraqla yanaşı yekə bir vintaçanın da asıldığını görürlər. Bu, Tofiq Yaqublunun günahsız bir insanı vəhşicəsinə öldürmək üçün işlətdiyi vintaçandır. Məhkəmədən sonra İlham müəllim bu aləti qol çəkib məhkəmədən alııb və kabinetindən asıb. Bu vintaçan indi Azərbaycanın rəmzlərindən biridir. Bu vintaçan göstərir ki, vətəndaşın təhlükəsizliyi Azərbaycan prezidenti üçün hər şeydən vacibdir. Azərbaycan prezidenti İlham Əliyev qoymaz ki, Tofiq Yaqublu kimi aqressiv antimili ünsürlər vintaçanla Azərbaycan prezidentinin daxili və xarixci siyasətini dəstəkləyən vətəndaşları deşik-deşik eləsinlər.

Tezliklə Paşa holdiq suvenir vintaçanların kütləvi istehsalına başlayacaq və hər bir məmurun kabinetindən vintaçan asılıcaq.

Yaşasın Azərbaycan məhkəməsi!

Yaşasın Mirşahin!

Yaşasın Eynulla Fətullayev!

Yaşasın Paşaholdinq!

Mirzə ƏLİL

07. 09. 2020, Samara

ERKİN QƏDİRLİ İDDİA EDİR Kİ, PREZİDENTLƏ QUMAR OYNAYIR

Стандартный

Erkin Qədirli

Yeni deputat Erkin Qədirli fəal şəkildə açıqılama verən “millət vəkilləri”nə qoşulub və deyəsən tezliklə verməkdə bütün rekordları təzələyəcək. Bu açıqlamaları oxuyanda bəzən elə təsəvvür yaranır ki, Qədirlinin başına hava gəlib və elə öz-özüylə danışır. Son açıqlamasında Qədirli Müsavat başqanı (yəqin başçı seçiləndə başını vurub qanadıblar, ona görə başqan adlanır)  Arif Hacılıyla danışır. Elə bu da öz-özüylə danışmaq kimidir. Çünki Qədirli canlı, real Hacılıyla yox, xəyali Hacılıyla danışır. Hacılı uzaqdan buna sual verib: “Niyə İlham Əliyev məhz sizi seçdi?”

Burda haşiyə çıxmaq istəyirəm, çünki mahnı yadıma düşdü:

«Niyə sevdim mən səni,
Niyə vuruldum sənə..»

Əslində gərək Hacılı sualını İlham müəllimə erə, İlham müəllim də bəlkə bu mahnını oxuyardı…

Erkin Qədirli xəyali Hacılıya deyir ki, “biz açıq oynayırıq, ona görə İlham Əliyev bizi seçib”.

Mirzə Əlil bisavad adamdır, söz incə deyiləndə qalır məəttəl. Burda mən belə başa düşdüm ki, söhbət qumar oyunundan gedir. REAL partiyasına qumarbazlar yığılıb, ancaq açıq oynayırlar. Müsavat partiyasıını da rəhbərləri qumarbazdırlar, ancaq, Qədirlinin fikrincə, onlar kart basırlar…

Bunlar cəhənnəm. Qoy oynasınlar. Bizim millətdə qumarbazlıq həmişə olub. Salyanın Qələbə bağında gündüz günorta vaxtı aşıq atırdılar…

Yəni bunlar təbiidir. Məni darıxdıran ayrı şeydir. Belə çıxır ki, İlham müəllimın REAL-ı qeydiyyatdan keçirməkdə məqsədi onlarla qumat oynamaqdır?

Belə çıxır ki, əlahəzrət prezident qumar oynayır?

Vaveyla!

Belə şey olmaz! Olsa, mən adımı dəyişib qoyaram Mirzə Vəkil!

A kişi, vallah, sənin başın deyəsən xarab olub, get özünü  göstər Əli İnsanova. Prezidentə qara yaxma. Oyun nədir, qumar nədir!

Görəcəkli günlərimiz varmış. Şükür Siyavuş Novruzova!

Mirzə Əlil

06. 09. 2020

RAMİZ MEHDİYEV YEREVANA TUNEL QAZIRMIŞ…

Стандартный

Ramiz Mehdiyev

Dövlətə təhlükə xidməti xəbər verir ki, Ramiz Mehdiyev Novxanıdakı bağ evinin altndan tunel qazarkən yaxalanıb. Tuneli akademik iki istiqamətdə qazırmış: yeraltı yolun biri Moskvaya, biri isə Yerevana gedirmiş. Ramiz Mehdiyev boynuna alıb ki, Moskvaya tunel qazmaqda məqsədi Kremldəki kuratorlarından təlimatı şəxsən almaq olub. Yerevana yol isə ehtiyat variant imiş. Əngəl yaranan halda Ramiz Mehdiyev Yerevana qaçmaq istəytirmiş.

Tələqraf.com-a istinadla

Mirzə Əlil

05. 09. 2020, Samara

AYNUR CAMALQIZINA: BİZİM HƏYƏCANIMIZIN TƏBİLİNİ ERMƏNİLƏR NİYƏ ÇALIRLAR?

Стандартный

Kak_nauchitsya_igrat_na_barabanah_6

Jurnalist Aynur Camalqızı, türkün məsəli, açıqlama verib. Və, ayıb olmasın, aşıqlama verərək deyib ki. ermənilər Livanda partlayışdan zəzər çəkmiş soydaşlarını Qarabağda yerləşdirməyə hazırlaşırlar. Bundan narahat olan Azərbaycan rəhbərliyi həyəcan təbili çalır. Konkret olaraq:

Xarici işlər naziri Ceyhun Bayramov təbil çalır;

Prezidentin köməkçisi Hikmət Hacıyev təbil çalır;

Azərbaycan diplomatları təbil çalırlar;

Azərbaycan daspor təşkilatlarının rəhbərləri təbil çalırlar…

Burda mənim yadıma keçən əsrin 70-ci illəri düşdü. Azərbaycanda nağaraçılar ansamblı var idi. Çingiz Mehdiyev rəhbərlik edirdi. Böyük sovet-partiya konsertlərində hökmən 40-50 kişi nağaranı qoltuqlayıb səhnəyə çıxır, yarım saat gumbuldadırdılar.

Bu nağaraçalanlar Azərbaycan KP MK-in 1-ci katibi Heydər Əliyevim çox xoşuna gəlirdilər. Onlar gumbuldatdıqca, yoldaş Əliyev yerində çəpik çalırdı…

Məni Azərbaycandan o nağaraçılar qaçırdılar…

İndi o “Qobustan ritmləri” yadıma düşdü, gözümün qabağında qoltuqlarında nağara Ceyhun Bayramovla Hİkmət Hacıyev gəldilər, hönkür-hönkür ağladım…

Görün Aynur Camalqızı sonra nə deyir. Deyir ki, hətta bu işə bəzi erməni siyasətçiləri və siyasətşünasları da həyəcan təbili çalırlar…

Dünyanın axırıdır, vallah! Başlı başını saxlasın! Başdan papaq götürürlər!

Ermənilər qabaqlar kamança çalardılar. İndi keçiblər təbilə. Özü də bizim yerimizə çalırlar.

Axı həyəcan bizimdir! Bizim həyəcanın təbilini ermənilər niyə çalırlar?

Bircə onu başa düşdüm ki, Aynur Camalqızı da saatlarla həyəcan təbili çalır və buna görə ağlı bir az çaşıb.

Gərək bundan sonra bu xanım, türkün məsəli, açıqlamanı ayıq başşla versin..

Ya heç verməsin.

Nə qədər açıqlama vermək olar?

Ustadlar demişkən, biz dəxi rüsvayi-cahan olduq…

Mirzə ƏLİL (hal –hazırda Mirzə Təbil)

01.09. 2020
Samara