
Qurban Məmmədli Novruz ərəfəsində yumurta söhbəti elədi. Dedi ki, uşağın əlindən yumurtasını əlindən almaq istəyən adam yumurtanı onun gözündən salmağa çalışır, deyir ki, yumurta pisdir, zərərlidir, yesən, partlayarsan, ölərsən. Uşaq da yumurtanı atır yerə…
Qurban Məmmədlinin mövzusu “islam və türk dəyərləri idi”, demək istəyirdi ki, bəzi qüvvələr, yəqin xristian dünyasından olanlar, bu dəyərləri bizim gözümüzdən beləcə, yəni uşağın gözündən yumurta salındığı kimi gözümüzdən salmağa çalışırar və salırlar da.
Qurban Məmmədli bir neçə “islam-türk dyərini” nümunə gətirdi. Məsələn, dedi ki, o, böyük qardaşının yanında siqaret çəkmirmiş. Bundan, başqa, gəlinlər qayınatalarının, qayınanalarının yanında susurlarmış, valideynlərinin yanında ər arvadnın adını çəkmirmiş…
Bəlkə mən nəyi isə ötürmüşəm? Daha hansı dəyərlərimiz var ki, düşmən qüvvələr onları bizim gözümüzdən salır?
Yaxşı, deyək ki, fransız, ingilis, ispan, amerikalı bizim dəyərlərimizi gözümüzdən saldı. Yəni kiçik qardaş başladı böyük qardaşın yanında tütün çəkməyə, ər valideyinlərinin yanında arvadını adı ilə çağırdı və s. Bundan ingilisə, amerikalıya, fransıza nə xeyir? İngilis, alman, amerikalı tütütnə qarşı mübarizə aparır, nəinki böyük qardaşın yanında, ümumiyyətlə tütün çəkməyin əleyhinədir. Arvadı adı ilə çağırmamaq hardan mənəvi dəyər oldu? Böyüklərin yanında adı ilə çağırlmayan arvadların qol-qabırğsını qeyrətli ərləri vaxtaşırı sındırır, hətta üstlərinə günü də gətirirdilər.
Yanlarında kiçiklərin farağat durduğu böyük qardaşlar, atalar elə həmin kiçiklərin, arvad-uşağın yanında “var-yox”, “ağız-üz” söyürdülər. Hansı kişi Azərbaycanda arvadının ata-anasını, nəslini beşmərtəbəli söyüşlərlə söymürdü?
On-on iki başlıq azərbaycanlı ailələrinin çoxu əlli-altmış il bundan qabağa qədər bir otağa təpilib yatırdı və növbəti körpəni yaratmaq prosesi elə ağlıkəsən uşaqların yanında və hətta gözü qabağında baş verirdi…
Biz özümüzü İslam dinli İran, Cənubi Qafqaz, Rusiya adamı kimi tanımışıq. Əgər türkçülüyümüzü Dədə Qorqudda axtarırırqsa, bunun da mənası yoxdur. Dədə Qorqudu bizə Sovet Azərbaycanında tanıdıblar. Və bu kitab “mənəvi dəyərlər” məcəlləsi deyil, özü yüksək bədii keyfiyyətinə görə dəyərdir. İbtidai cəmiyyətdə mənəvi dəyərlər də ibdtidaidir. Boyun birində nəcib gördüyümüz bəy başqa boyda arxadan xəncər sancır.
“İslam dəyərləri”nin nə oluğunu bütün sivil dünya əsasən iyirminci əsrini ikinci yarısından bəri islamçı dövlətlər, yəni İslamı rəsmi dövlət dini elan etmiş dözlətlər yaranandan sonra görüb. Məsələn, İran. İranda İslam min il bundan qabaq dövlət dini, dövlət ideologiyası olsaydı, nə Firdövsi, nə Nizami, nə Xəyyam, nə Sədi, nə Hafiz, nə Cami olardı. İran islamçı olandan böyük, zəngin mədəniyyətin tənəzzülü başlayıb və indiyəcən davam edir. İslamın Konstitusiyaya, hakim ideologiyaya çevrilməyi həmişə, hər yerdə fəlaktədir və və hitlerizmlə bir səvyyədədir və bəlkə daha pisdir. İŞİD nümunəsi qılınc tiyəsi kimi parlaq faktdır.
Türkiyənin bir millət və dövlət kimi sivil inkişafa çıxması İslamın dövlət ideologiyası, Konstitusiya statusundan mərhum olmasından sonra başlanıb. Yəni dövlətdə nə qədər az dinçilik varsa, insan haqlarına hörmət o qədər çox olar, mədəniyyətin tərəqqisi, hətta yaşaya bilməsi cəmiyyətdəki insan azadlığından asılıdır. İnsanın əsarətdə olduğu cəmiyyətdə böyük mədəniyyət ola bilməz. Çünki sənətkarın qələminə, fırçasına, kamerasına Qurban Məmmədli kimi qaragüruhçular nəzarət qoyacaqlar. Yəni Qurban Məmmədli, qardaşı Sərdar və onlarla həmfikir adamların hakimiyyyətə gəlməsi Azərbaycan üçün əsl fəlakət olar. Sərdar Cəlaloğlunu bu gün mədəniyyət naziri qoysan, sabah opera teatrını bağlayar.
Puşkin ölümündən bir neçə ay qabaq Çaadayevə yazdığı, lakin göndərmədiyi məktubunda qeyd edirdi (fransızca yazılıb): “…le gouvernement est encore le seul Européen de la Russie…” Yəni “hökümət Rusiyada hələlik yeganə avropalıdır”. Yəni bizim müxalifətçilərin əksəriyyətinə baxanda, xüsusən bu türkçü, islamçı demaqoqlara qulaq asanda, Allah günahımdan keçsin, fikirləşirəm ki, bunların yanında İlham Əliyev yaxşıdır. Operanı bağlamır, arvadların tumanı ilə işi yoxdur. Bu Qurban Məmmədlilərin, Sərdar Cəlaloğluların gözü azərbaycnlı arvadların dizindədir…
Sonda ən mühüm sual. Əgər qərb belə axmaq, pozğun yerdirsə və bizim “mənəvi dəyərlər”i gözdən salmağa çalışırsa, niyə Qurban Məmmədli oturub Londonda ingilisin çörəyini yeyir? Niyə İran İslam respublikasına, Pakistan İslam Respublikasına, Əfqanıstana getmir? Niyə sinəsində alovlu türk ürəyi çarpan bu adam Türkiyəyə getmir? Hə?
Deyim: Əgər Türkiyədə Qurban Məmmədli Londonda bir neçə il ərzində danışdığnının on beş dəqiqəliyini danışsa, Ərdoğan onun başına torba keçirib göndərər Bakıya. İndi bildiniz niyə Qurban Məmmədli sevimli Türkiyəsinə getmir? Onun bütün türkçülüy, islamçılığı buna görə də qara qəpiyə dəyməz…
Qurban Məmmədlinin sonuncu verilişinə on dəqiqə baxdım, söndürdün. İzləyənlərin sayı 782 nəfər idi. Yəni əslində bu bu adama baş qoşmağa dəyməz. Özünü gah Napoleon, gah Qarribaldi, gah İmam Hüseyn sayan bu adamın özü haqqında təsəvvürrü onun ruhi sağlamlığına şübhə yaradır. Təəssüf ki, müxalifətdəkilərn əksəriyyəti belədir. Və təəssüflə də demək lazımdır ki, bunun səbəbi cəmiyyətdə insan azadlıqılarının olmamağıdır. Yalnız azad cəmiyyətdə azad ruhlu, sağlam düşüncəli, geniş dünyagörüşlü adamlar yetişə bilər. Bunun düsturunu milli dühamız Sabir çox sadə və gözəl ifadə dib:
“Kim ki, insanı sevər, aşiqi-hürriyyət olar,
Bəli, hürriyər olan yerdə də insanlıq olur…”
İlham Əliyev isə, gizlətməyək, nə insanı, nə də hürriyəti sevir…
Mirzə ƏLİL
11. 03. 2023, Samara
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.