Tag Archives: Mirzə Ələkbər Sabir

30 MAY QÜDRƏTLİ ŞAİR VƏ BÖYÜK VƏTƏNDAŞ SABİRİN DOĞUM GÜNÜDÜR

Стандартный
30 MAY QÜDRƏTLİ ŞAİR VƏ BÖYÜK VƏTƏNDAŞ SABİRİN DOĞUM GÜNÜDÜR

Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi deyə, oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu, 12 yaşı olanda isə Sabir sonra məşhur şairSeyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, yaradıcılıq həvəsini artırırdı.

XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünməyə başlayır: 1903-cü ildə «Şərqi-Rus» qəzetində, bir qədər sonra isə «Həyat» qəzetində şerləri çap olunur, 1906-cı ildə şair «Molla Nəsrəddin» jurnalının ən fəal müəlliflərindən birinə çevrilir. Elə həmin vaxtdan C.Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yaranır və hər iki sənətkar xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vurur. Şerlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar Sabirin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə «Zənbur» jurnalının redaksiyasında çalışır, sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə yanaşı şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları «Nur» kitabxanasının fəal üzvü olur.

 1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir ağ ciyər xəstəliyindən vəfat edir və dünyaya göz açdığı Şamaxıda, «Yeddi günbəz qəbiristanı»nda dəfn olunur.

Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə həyat yoldaşı və dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi nəticəsində «Hophopnamə» adı ilə şerləri çap olunur, 2i il sonra isə xalqın ianəsilə «Hophopnamə»nin ikinci, daha mükəmməl nəşri işıq üzü görür.

Баку_в_1920-е_годы._Памятник_поэту_СабируSabirin Bakıda abidəsi (20-ci illər)

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karim,
Dünyavü cahan ac olur olsun nə işim var?!

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsada həq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsada batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Salma yadıma söhbəti tarixi cahanı,
Əyyami-sələfdən demə bir sözdə filani,
Hal isə gətir meyl eləyim domlanı, nani,
Müstəqbəli görmək nə gərək, ömürdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Övladi vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim uçalsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Hər millət edir səfheyi-dünyada tərəqqi,
Eylər hərə bir mənzili-məvada tərəqqi,
Yorğan-döşəyimə düşə gər yadə tərəqqi,
Bizdə edərik aləmi-röyada tərəqqi;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

 

Реклама

«MOLLA NƏSRƏDDİN»: SABİRİN KİTABININ ÇAPINA AŞQABADDAN YIĞILAN İANƏ

Стандартный
«MOLLA NƏSRƏDDİN»: SABİRİN KİTABININ ÇAPINA AŞQABADDAN YIĞILAN İANƏ

Maarifpərvər arqadaşımız Salman Əsgərov cənablarının vasitəsilə sevgili şairimiz mərhum Sabir Tahirzadənin çap olunmayan əsərlərinin təb olunmağına Aşqabaddan yığılan ianələrin surəti:

İran konsulu 10 manat, Camalbəy Camalbəyov 10 m, Salman Əsgərov 10m, Talib İmanov 10 m, Zülfüqar Əsgərov 5m, İsgəndər Məmmədov 5 m, Hüseyn Yunusov 5m, Ağa Əhməd Əliyev 5m, Mirzə Əhməd Əliyev 5m, Həbib Bağrov 5m, Səfərəli Rüstəmov 5m, Mürsəl Əliyev 5m, Lampanam müstəar ilə 5 m, Adilxam Nəsirbəyov 3 m, Mirzə Əhədxan 3m, İbad Əliyev 3 m, Mir Mehdi 3m, Mosesov 3m, Əsgər Məmmədov 3m, Əşrəf Tağıytev 3 m, İskəndər Şükürov 3m, Molla Rza Rəbiyev 2m 50q, Sərkisbəyov 2 m, Məmməd ağa Kaşanski 2m, Əliqulu Səfərov 2 m, Ələkbər Zeynalov 2m, Əbdüləli Həsənov 2m, İbadbəy Tahirov 2m, Qara Bağırov 2m, Hacı Məmmədhəsən Həsənov 2 m, Səttar Məmmədxanov 2m, Əhməd ağa Hüseynov 2m, Zeynal Mahmudov 1m 50q, Seyid Abas Ağamirov 1m, Bəşir Hüseynov 1m, Məmmədağa Həmzəyev 1m, Hacı Əsədulla İbrahimov 1m, Təqibay Kürdoğlu 1m, Hacı Hüseynov 1m, Əhməd Məmmədov 1m.
               Cümlətani 137 manat 55 qəpik

Bu pullar idarənin vasitəsiılə Mehdibəy Hacınskiyə tapşırılıbdır ki, mərhumun əsərlərinin çapına məsruf etsin.

«Molla Nəsrəddin», 1913-18

SABİR BALAXANI1909, M.Ə. Sabir Balaxanı məktəbinin müəllimləri arasında

 

«SABİR HƏQİRDİR, ÇATAR ANCAQ ZƏKAT ONA…»

Стандартный
«SABİR HƏQİRDİR, ÇATAR ANCAQ ZƏKAT ONA…»

«Molla Nəsrəddin” jurnalının 1912-ci il 2-ci nömrəsində kiçik bir yazını oxuyub çox kövrəldim. Burda qüdrətli şairimiz və böyük Azərbaycan vətəndaşı Sabirin yetim uşağına pul yığmış adamların siyahısı var. Cəmi on beş manatdır. Mən 1912-ci ildə çar manatının indiki məzənnəylə nə qədər olduğunu öyrənmək istədim. Müxtəlif, bir-birindən ciddi fərqlənən rəqəmlər göstərirlər. 236 rubldan 1500 rubla qədər. Ancaq burda əsas məsələ bu deyil. Əsas məsələ Sabirin, bu nəhəng Azərbaycan vətəndaşının taleyidir. Bu qüdrətli şairin ilk kitabı öləndən sonra çıxıb, cavan ölüb, sağlığında təqiblərə məruz qalıb, ehtiyacla yaşayıb… Ancaq jurnalın “təşəkkür”ündə adları çəkilən insanlara da hökmən minnətdar olmalıyıq. Bəlkə bu iki-üç manatı da onlar ailələlərindən kəsib veriblər. Yaxşını, yaxşıları unutmayaq…

X.X.

SABİR

 

 

  TƏŞƏKKÜR

 

Fəxr edirik ki, maarif qədri bilənlərin sədası hərdənbir camaatımızın içindən qulağımıza çatıb bizi xoşhal eləməkdədir.

Şamaxıya çox da yaxın olmayan Qoşqu qəsəbəsinin müsəlman qardaşları mərhum Sabiri yaddan çıxarmayıblar. Necə də ki, həqiqətdə onu yada salmamaq mümkün deyil.

Bu aşağıda adları yazılan Qoşqu əhalisi mərhum şairin uşağına bir qədər pul göndəriblər. Bu qərar ilə Qəzənfər Cəfəov – 3 manat, Səftər Rzayev – 3 manat, Məşədi Hüseyn Şəkili – 2 manat, Məmmədəli Hüseynov – 3 manat, Mehdi Lahıc – 2 manat, Əkbər – 2 manat. Cəmi 15 manat.

Həmin 15 manatı bu gün göndərdik poçta ilə Şamaxıya Hacı Əbdürrəhim cənablarına ki, o da zəhmət çəkib yerinə yetirsin.

“Molla Nəsrəddin” idarəsi tərəfindən

ЗОЛОТОЙ РУБЛЬ НИколая 2

100 российских рублей

газета ОЧАГ 2012-06

Стандартный

очаг6_цветн_2012скр. Очаг 2012-6

газета ОЧАГ 2012-05

Стандартный

СКР.ОЧАГ 2012-5очаг5_2012