Tag Archives: Mirşahin

YAP-IN PASSİVLİYİ MİRŞAHİNİN GÖZÜNƏ GİRİB

Стандартный

mirşahin

Azərbaycanın ən sevimli və Eynulla Fətullayevlə bərabər ən qeyrətli jurnalisti Mirşahin YAP-ı tənqid edib. Yapın tənqidini eşidən tamaşaçılar dəhşətə gəliblər, neçə tamaşaçının üstünə təcili yardım gəlib və Mirşahinin çıxışından sarsılmış vətəndaşlara koronavirus diaqnozu qoyub naməlum istiqmətdə aparıblar.

Mirşahin məlumat verib ki, “hakim partiyanın passivliyi və köhnə üslubla işlədiyi artıq gözə girir”. Mirşahinin gözündəki sarğıdan  tamaşaçılar biliblər ki, YAP-ın passivliyi birinci Mirşahinin gözünə girib və Azərbaycan xalqnın milli sərvəti olan Mirşahin bir gözünün işığını itirib və indi bütün Azərbaycana bir gözlə baxır.

Mirşahini dilə gətirən YAP-ın passivliyindən çox prezidentin təkbaşına qazandığı uğurlara yaççıların şərik çıxmağı, “pərçim olmalarıdır”. Mirşahin prezidentin təkbaşına hansı uğurları qazandığını deməyib, çünki bu, dövlət sirridir.

Mirşahinin verilişinə baxan Eynulla Fətullayev ekrana tüpürərək deyib: “Bu maygülü tərifdə yenə məni keçdi!”

Aynur Camalqızının verdiyi məlumata görə, Mirşahinin çıxışını izləyən əlahəzrət prezident “göz yaşlarına hakim ola bilməyib”.

Mirzə ƏLİL

15.09. 2020, Samara

SÜNİ SURƏTDƏ ANCAQ REAL TV-Nİ, MİRŞAHİNİ VƏ VÜSAL MƏMMƏDOVU QAYIRMAQ OLAR…

Стандартный

1

AzVision.az saytının baş redaktoru  və Real TV-nin aparıcısı Vüsal Məmmədov  deyib ki, “Belorus müxalifəti sünidir, xaricdən yaradılıb və xaricdən də idarə olunur”.

Vallah, oxuyub qalırsan məəttəl. Bir tərəfdən inanmamaq olmur. Real TV – mötəbər kanaldır. Mirşahin mötəbər jurnalistdir, seyid-peyğəmbər övladıdır. Vüsal Məmmədov da sayt rəhbəri, televiziya ulduzu. Üstəlik yaxşı saqqalı, bığı  Qaşlarını gözəllik salonunda aldırıb… Necə inanmayasan…
Bir tərəfdən də baxırsan bu Belorusiya şəhərlərinin küçələrinə tökülən insanlara, dəyənəkdən, tüfəngdən, türmədən qorxmayıb haqlarını müdafiə edən insanlara, öz-özünə fikirləşirsən ki, bu qədər isanı süni surətdə qayırıb düzəltmək olmaz.

Süni surətdə RealTV-ni qayırıb düzəltmək olar.

Süni surətdə Mirşahin kimi jurnalisti düzəldib qayırmaq olar.

Süni surətdə Azvizion.az saytını qayırmaq olar.

Süni surətdə Vüsal Məmmədov kimi sayt rəhbərini və televizziya aparıcısını düzəldib qayırmaq olar.

Çətin deyil. Mirşahin və Vüsal Məmmədovu  qayıranda şərəf, ləyaqət, vicdan kimi qiymətli materiallar işlədilmir. Bir lətifətdə deyildiyi kimi, palçıqdan yumurlayıb yapırlar, dalan-qabaqdan deşik açıb götünə bir təpik vururlar ki, get, sən də adamsan…

Süni surətdə Belarusiya müxalifətini yaratmaq olmaz.

Mirşahinin halal zhmətlə tikdirdiyi villanın divarına əl basıb and içərəm ki, olmaz!

 

Mirzə ƏLİ

13.08. 2020, Samara