Tag Archives: Milli Məclis

AĞSAQQALLAR ŞURASI MƏNİ O QƏDƏR GÜLDÜRÜB Kİ, SAQQALIM DA AĞRIYIB…

Стандартный

deputat Eldar Quliyev

Azərbaycanda Ağasaqqallar şurasının olduğunu bu gün bilmişəm. Bilən kimi o qədər gülmüşəm ki, nəinki qarnım, hətta saqalım da ağrıyıb. Hərçənd Molla Nəsrəddin deyirdi ki, saqqal ağrımaz.

Necə ağrımaz, a kişi! Sənin vaxtında  bəlkə ağrəmayıb, indi insanın elə yerləri ağrıyır ki, saqqal onların yanında toya-bayrama getməlidir.  Ay Molla Nəsrəddin, sənin vaxtında Milli Məclis var idi? Sənin vaxtında xanın arvadı vitse-xan idi? Sənin vaxtında Paşa holdinq var idi? Az TV var idi? “İşqal” sözünü eşitmişdin? “Təxribat” sözünü eşitmişdin?  Yox, molla, sən bilmirsən biz nə kefdəyik, səhər açılandan başlayırıq  gülməyə. Bəzən gecə yatanda da gülməli yuxular görüb ayılırıq. Məsələn yuxuna girir ki, Zakir Həsənov bayrağımızı sancıb İrəvana. Ya da yuxunda görürsən ki, Kür Xəzərə yox, Xəzər Kürə axır… Yox, bu doğrudan da olub. Bu yaxınlarda.

Ay Molla, sənin vaxtında dəniz çaya axmışdı? Kəmaləddin Heydərov vardı? Kefdəyik, Molla, kefdəyik…

Hə, bu ağsaqqallar şurası… Görəsən ora kimləri seçirlər? Saqqalı olanları? Saqqalı ağ olanları? Bəs saqqalına həna yaxanlar? Bəs kosalar? Kosa məsələsi məni çox maraqlandırır. Odlar yurdu Azəribaycan dünyaya ədalət nümunəsi göstərir. Gərək burda da ayrı-seçkilik olmaya. Ya gərək ağsaqqallar şurasına kosaları da götürələr, ya da ayrıca kosalar şurası yaradıla.

Azərbaycan kosalar şurası!

Görəsən Azərbaycan ağsaqqallar şurasına xarici üzvlər qəbul edilirmi? Edilirsə, mən də ərizəmi verərdim. Yəqin hər ay yal verirlər… Bilmirəm ərizəni kimə yazım. Bilmirəm Ağsaqqallar şurasının kuratoru kimdir, İlham Əliyev yoxsa Mehriban Əliyeva.

Yeri gəlmişkən, bəs Azərbaycanda niyə Ağbirçəklər şurası yoxdur? Doğrudur, bəzi arvadlarda müəyyən yaşda saqqal əmələ gəlir, ancaq hamısında yox. Deyək ki, saqqallı arvadları Ağsaqqallar şuyrasına götürdülər. Bəs üzü tüksüz arvadlar?

Vallah, Azərbaycanı idarə eləmək çox çəətin məsələdir. Mən bilmirəm Paşa holdinq bu məsələnin öhdəsindən necə gəlir. Ancaq ağbirçəklər şurası barədə düşünmək lazımdır. Yoxsa türkmənlər bizə nə deyərlər? Onlarda bu məsələlər çoxdan həll olunub. Qurbanqulu şəxsən bütün saqqalları və ümiumimiyyətlə qadınlarda və kişilərdə olan tük örtüyünü nəzarətə götürüb. Hər gün ölçüsünü və rəngini yoxlayır.

Maraqlıdır, Azərbaycanın ağsaqqallar şurasında saqqala hansı tələblər var? Uzunluğu, sıxlığı, rəngi və s. Yəni deyirəm ki, mən də hazır olum. Saqqalımı qaydaya salım. Sonra şəklini çəkdirib göndərim prezidentin üstünə.

Vallah, məni gülməjk öldürəcək, deyəcəklər Mirzə Əlil kefindən öldü. Ancaq mən kefimdən gülmürəm. Bu, necə deyərlər, faciəvi gülüşdür…

Bu gün Ağsaqqallar şurasınnın sədrliyinə namizədin şəklini gördüm. Bu deputat Eldar Quliyev yəqin layiqli namizəddir, İlham müəllimin daxili və arici siyasətii dəstəkləir, ancaq özünün saqqalı yoxdur.

Bəlkə kosadır?

Elədirsə, kosalar şurası yarasdıb bu cənabı ora sədr qoymaq düzgün olmazdımı?

Ah, yenə məni gülmək tutdu, saqqallım dibinəcən ağrıyır…

Ay milla Nəsrəddin, bilmirsən biz nə gündəyik…

Mirzə ƏLİL

25.09. 2020, Samara

DEPUTATLARIN «AÇIQLAMA» VERMƏYİ MAL SAĞIMINA BƏNZƏYİR…

Стандартный

Cavid_Osmanov

Milli Məclisin deputatları sən demə hər gün mətbuata “açıqlama” verirlər. Qadınlı-kişili hamısı verir. Bu, bir növ mal sağımına oxşayır. Millət vəkili üçün “açqlama” vermək süd vermək kimi bir şeydir. Yəni jurnalist girir milət vəkilinin altına, yarım vedrə, bir vedrə açıqlama sağıb durur ayağa…

Və vəkilin verdiyi açıqlamaya baxanda, iyləyəndə istəyirsən ki, qaldırıb çırpasan başına.

Vallah, bu deputatlardan utanmaz insan yer üzündə tapılmaz. Qadınları bilmirəm, mənə elə gəlir ki, kişi deputatlar parlamentdə soyunub lüt gəzirlər. Vallah, bu utanmazlıqla onlardan hər şey gözləmək olar.

Baxın bu Ağdaşlı Cavid Osmanova. Görün nə deyir: “Azərbaycan ordusu çox hazırlıqlı, müasir silahlara sahibdir ki, bu da Ermənistan ordusundan qat-qat güclü olduğumuzu deməyə əsas verir. Vacib amil xalqımızın Azərbaycan ordusunun arxasında və Ali Baş Komandanımızın yanında olmasıdır”.

Buir şey təsəvvür edə bildiniz? Olasan Rüstəm-Zal, bunu yıxıb yerə qol-qabırğasını çıxarasan. Ya da ki, bunu Rusiyada asfaltbasabn bir erməniylə, salyanlılar demişkən, qapışdırasan…

Necə yəni “hazırlıqlı sialah”?

Qat-qat! Yalançının lap…

Bu adam 1992-ci ildə məktəbi qurtarıb, ali məktəbə beş ildən sonra girib. Demir ki, bu beş ili harda veyillənib. İndi ordunu ermənilərin üstünə göndərir…

Siz təsəvvür etməyinizdə olun:

Xalq ordunun dalında, xalq Ali Baş komandanın yanında…

Bəlkə əksinə?

Komandanın dalında, ordunun yanında, hı? Cavid Osmanov da belində qumbara özünü atır erməni səngərinə…

“Mən ATƏT-in Minsk qrupuna və digər ölkələrə çağırış edirəm…”

Qırışmal, sən haranın nəyisən ki, çağırış edəsən? Get Ağdaşda dananı otar…

Bu cahil Livanı Liviyadan ayıra bilmir, ay vətəndaşlar!

e

«Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov … qeyd edib ki, beynəlxalq təşkilatlar ermənilərin Liviyadan işğal edilmiş Azərbaycan torpaqlarına köçürülməsinə münasibət bildirməlidirlər.”

Sən öləsən, elə bu saat bildirərlər…

İlhai, deyirəm bu vəkillərin abrı yoxdur. Niyə bəs bu vəkilləri sağanlar, yəni onlardan açıqlama alanlar utanıb-qızarmırlar?

Bəlkə onlar da rtedaksiyada lüt-madarzat gəzirlər?

Allah şeytana lənət eləsin!

Yaşasın Paşa holdinq!

Mirzə ƏLİL

04. 09. 2020, Samara

AQİL ABBAS VƏ YAXUD EŞŞƏYİN YERİNƏ İNƏYİN ÖLMƏKLİYİ

Стандартный

2

Bu lətifəni uşaqlıqda eşitmişəm:

Bir kişi eşşəklə su ya odun gətirirmiş. Eşşək hər iki adddımda ayaqlarını dirəyir yerə, çökür, bir sözlə, sahibini mələdir. Kişi üzünü tutur göyə, deyir İlahi, səhər tövləni açanda görüm bu eşşəjk gəbərib…

Kişi güc-bəla eşşəyi gətirib salır tövləyə. Səhər tövləni açanda görür eşşək dimdik durub baxır gözünün içinə, yeganə inəyi isə böyrü üstə düşüb gəbərib. Kişi yenə əllərini göyə qaldırıb deyir: “İlahi, mən səndən eşşəyin xahişini eləmişdim, sən niyə bu uzunqulağı inəklə dəyişik saldın…”

Hər dəfə Aqil Abbasın adına rast gələndə bu lətifə yadıma düşür.

Yadınızdadırsa, mərhum Məmməd Araz öləndən sonra mamır olub Azəribaycanımızın qayasında bitmək istəyirdi. Bəlkə Məmməd Arazın poeziya dili mürəkkəb olduğundan ya ayrı səbəbdən Məmməd Arazın xahişi yuxarıda səhv başa düşülüb. Məmməd Araz mamıra yox, Aqil Abbas şəklində bir parça murdar şeyə dönüb yapışıb Milli Məclisin kreslosuna, on beş ildir qopmur…

Ona görə də görkəmli və “Şöhrət” ordenli Azərbaycan şair və yazıçılarından xahiş olunur ki, Tanrıya olan xahişlərini bir az aydın, dəftərxana üslubunda ifadə eləsinlər. Yoxsa onların da xatirəsi bir parça poxa dönüb yapışacaq bizim idarəçiliyə…

Mirzə ƏLİL

25.07. 2020, Samara

FAZİL MUSTAFA SABAH DEYƏCƏK Kİ, «GİRİRƏM ÇIXDIĞIM YERƏ…»

Стандартный

Fazil_Mustafa

Xəbər başlıqlarında Fazil Mustafanın “İstefa verəcəyəm!” dediyini görüb məəttəl qaldım. Xəbəri oxumamış fikirləşdim ki, yəqin bu adamın zatında iş var, yəni xalis naxçıvanlı deyil, heç bəlkə xalis azərbaycanlı da deyil. Çünki xalis naxçıvanlı və xalis azərbaycanlı heç vaxt istefa verməz, azərbaycanlını vəzifədən ancaq götünə təpik vurub çıxarırlar. Fikirləşdim ki, Fazil Mustafanın nəslinə yəqin ingilis, fransız müdaxiləsi olub, kim bilir, bəlkə Müsyö Jordan kimisinin birisi gəlib Naxçıvanda eşqbazlıq da edib. Və beləliklə Fazil Mustafanın damarlaından xeyli miqdarda fransız qanı axır və özünü vaxtaşırı avropaıl kimi aparır, hətta deputatlıqdan istefaya da gedir…

Şekspir demişkən, ah, mənim aldanışım necə də dəhşətlidir!

Xəbəri oxuyub başıma ikiəlli qapaz vurdum: Fazil Mustafa deputatlıqdan getmir, Fazil Mustafa Azərbaycan-İordaniya parlamentlərarası işçi qrupunun tərkibindən gedir…

Cəhənnəmə get, gora get…

Azərbaycanda bilən vardı ki, belə bi qrup var?

Azərbaycanda bilən var ki, Azərbaycanla İordaniya diplomatik münasibətlər qurub?

Azərbaycanda İordaniya adlı dövlətin olduğunu bilən neçə adam tapılar?

Yox, burda müsyö Jordanlıq bir iş yoxdur, Fazil Mustafanın qanı tərtəmizdir, yəni xalis naxçıvanlı qanıdır. Və bu naxçıvanlı,Əliağa Vavid demişkən, bütün Azəribaycanımzı dolayıb orta barmağına…

Qrupdan çıxır…

Cəhənnəmə çıxırsan, gora çıxırsan…

Bu söhbət mənə bir lətifəni xatırlatdı. Əslində olmuş əhvalatdır. İt oynatmaqlığıyla tanınan bir oğlanın anasıyla da zarafatı vardı. Hərdən-hərdən deyərdi: “Ana, daha mən bu yaşamaqdan bezdim. Bezdim bu dünyadan. İzn ver, girim çıxdığım yerə”. Anası da gülüb deyərdi: “Dədən eşidər, biabır olarıq”.

Təki Fazil Mustafa kimi insanlar qayıdıb girəydilər çıxdığı yerə…

Cəbhədə general ölür, polkovnik ölür, bu cüvəllağı naxçıvanlı da deyir «qrupdan çıxaram…»

Nə qədər ki belə deputatlar, belə nazirlər çıxdıqları yerə qayıtmayıblar, Azərbaycan milləti elə indiki yerində qalacaq. O yerin azərbaycanca adı yadımdan çıxıb, rusca ona “jopa” deyirlər…

 

Mirzə ƏLİL

25. 07. 2020, Samara

BİZƏ, TÜRKÜN MƏSƏLİ, KARDAŞYAN KİMİ DALLI-QABAQLI ARVAD LAZIMDIR…

Стандартный

Collage 2020-07-21 13_34_37

“Çətin vəziyyətə düşən erməni lobbisi Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu”.

İnanmaq çətindir, ancaq bunu doğrudan da prezidentin köməkçisi HikmƏt Hacıyev deyib…

Çətin vəziyyətdə kimdir? On üç hərbçini, o cümlədən generalı, polkovniki, mayoru itirən Azərbaycan ya dörd itki vermiş Ermənistan?

Doğrudanmı bizə bu zərbələri vuran Kim Kardaşyandır? Bu arvad  sarsıdıcı zərbələrini, türkün məsəli, dalıyla vurur ya qabağıyla? Və bu arvadın qabağına çıxarmağa bizdə arvad yoxdurmu? Zeynəb Xanlarova yaramırmı? Bəlkə Elmira Axundova? Mən onun cavan vaxtını görmüşdüm, dal-qabaq məsələsində Kim Kardaşyandan geri qalmazdı…

Bəlkə Milli Məclisin sədrini çıxarasınız Kardaşyanın, türkün məsəli, qabağına? İndi axı bizim, ayıb olmasın, spikerimiz də arvaddır…

Mən belə başa düşürəm ki, daha Azərbaycanda orduya ümid qalmayıb. Qarşıda əsas məsələ bizə dalıyla, qabaqğıyla zərbələr endirən Kardaşyan kimi arvad tapmaqdır…

Bəlkə müsabiqə keçirmək lazımdır?

Səfərbərlik elan edin — o qədər arvad yazılar ki…

O ki qaldı prezidentin köməkçisinə… Mən belə başa düşürəm ki, Hikmət Hacıyevin əsas vəzifəsi təlxəklikdir. Yəni məzəli sözlər danışıb prezidentin kefini açmaq. Ancaq hörmtli olmaq üçün təlxək demirlər, deyirlər köməkçi…

Yəni Molla Nəsrəddin qarğaya bildirçin deyən kimi. Deyirdi “adını siz qoymamısıız ki…”

 

Mirzə ƏLİL

21.07. 2020, Samara

MÜHARİBƏ — XALQINDIR, YAS — XALQINDIR, PARLAMENT XALQIN DEYİL…

Стандартный

MİLLİ

Bu gecə səhərə yaxın Bakıda çox qəribə bir hadisə baş verib: bir dəstə vətəndaş gedib girib Milli Məclisə. Əlbəttə, qəhrəman Azərbaycan polisi tezliklə bu vətəndaşları salıb dəyənəyin altına, döyə-döyə aparıb basıb dama. Ancaq Azərbaycan xalqını bu hadisə elə şok vəziyyətinə salıb ki, ermənilərilə müharibə də yadından çıxıb. Və Azərbaycan xalqı qalıb girinc, gah başını qaşıyır, gah da, türkün məsəli, dalını. Çünki Azərbaycan xalqı qanun-qayda bilən xalqdır, böyük-kiçik bilən xalqdır, başıaşağı xalqdır, Azərbaycan xalqı yaxşıı bilir ki, kimin yeri Milli Məclisdədir, kimin yeri Kürdəxanıda. Azərbaycan xalqı bilir ki, Milli Məclisə girməyin şərtləri var. Milli Məclisə girənin gərək bir ətək pulu ola. Çoxlu pulun olmasa da, gərək ermənistanlı olasan, naxçıvanlı olasan, yaxşı arvad qohumların ola, yaxşı qudaların ola. Milli Məclisə girən gərək əqidəsindən əl çəkə, vicdanından əl çəkə. Milli Məclisə girən gərək bilə ki, kimin dalında durur, kim onun dalında durur və fikir verməyə ki, onun dalında kim nə qayırır.

Yoxsa ki, gecənin bir aləmində qapını aç gir ki, bura xalqın parlamentidir…

Bunu sizə hansı axmaq deyib?

Xalqın hamamı olar, çayxanası olar, toyu olar, yası olar, krediti olar, borcu olar, koronavirusu olar, xərçəngi olar.

Xalqa nə parlament? Özü də Azərbaycan xalqına…

Millət vəkillərinə baxın: onlarda azərbaycanlını xatırladan bir əlamət görürsnüz? Fəzail Ağamalı azərbaycanlıya oxşayır? Kim bilir, bəlkə də onun nənəsini ermənilər zad eləyiblər…

İndi siz Milli Məclisə girib özünüzü bu vələdəzzinaya tay eləmək istəyirsiniz?
A bala, belə yava yerlərdən uzaq durun. Cavansınız, adınıza, ləyaqətnizə ləkə gətirməyin. Qoyun Fəzail Ağamalı orda Aqil Abbasla Zeynəb Xanlarovaya qoşulub dombalaq aşsınlar.

Gedin işinizin dalınca. Cəfər Cabbarlı demişkən, parlament sivil xalqlar üçündür, sənə-mənə nə parlament?

Mirzə ƏLİL

15.07. 2020, Samara

SİYAVUŞ NOVRUZOV: «»Oğlumda olan ədalətin Həzrəti Əlidə olduğunu eşitmişəm”

Стандартный

siyavuş və seymur novruzovlar

Siyauş Novruzova diqqətlə qulaq asan ya oxuyan adam ancaq bu nəticəyə gələ bilər: Azərbaycanın bir dövlət kimi gələcəyi ən azından şübhəlidir…Mən ermənilərin asfaltbasanlarını burda çox görmüşəm — səviyyələri Siyavuşdan qat-qat yüksəkdir…

Erməni asfaltbasanlarından Siyavuşun bir fərqi də var: bunun əqidəsi yoxdur. Biq qram da. Bir gilə də. Bir damcı da…

Mirzə Əlil

ARZU NAĞIYEVİN GÖZÜ DOYDU?

Стандартный

arzu_nağıyev

Bu yaxınlarda əlahəzrət prezident fışdırıq bir söz dedi: “Bunların gözü doymur!” Yəni icra başçılarının, nazirlərin gözü doymur. Prezident beş il, on il, on beş il səbrini basıb gözləyir ki, bunların bəlkə gözü doya, xəzinəni və milləti qarət eləməyələr. Ancaq “bunların” gözü doymur ki, doymur..

Mən belə başa düşdüm ki, Azərbaycan dövlətinin əsas problemi gözü doymuş adamların olmamamığıdır. Belə adamları axı hardan tapasan?

Ancaq əlahəzrət prezidentin həll edə bilmədiyi məsələ yoxdur. Deyəsən, bu məsələni də həll edib. Xeyli gözü doymuş adam tapıb təyin edib korrupsiya ilə mübarizə komissiyasına. Bunlardan biri Arzu Nağıyevdir. Çox təəssüf ki, bu nəcib insanı görmək şərəfi və səadəti Mirzə Əlilə nəsib olmayıb. Ancaq İnternetdə şəkilləri çoxdur. O qədər baxmışam ki, axırda təzyiqim qalxıb üç yüzə…

Şəklinə baxan kimi bilinir ki, gözü doyub…

Bu nəcib insan uzun müddət MTN-də  işləyib, yeddi-səkkiz il Eldar Mahmudovun rəhbərliyi altında. İndi əgər Mahmudov dəyəri 100 milyon dollardan artıq sərvət yığıbsa, bu Arzu cənabalrı yəni 1o milyon da yığa bilməzdi?

Əlbəttə, yaığardı. Daha artıq yığardı.

Bir məsələ var: 10 milyon dollarla göz doyar ya doymaz?

Bu da asılıdır gözdən. Gərək biləsən göz yiyəsi kimdir, haralıdır, qudası kimdir, kürəkəni kimdir.

Naxçıvanlının gözü bəlkə doymaz. Naxçıvanlı 100 milyondan aza qane olmaz. Ancaq bu Arzu Nağıyev tovuzludur. Tovuzluların gözü 8-10 milyonla bəlkə doyar.

Bir sözlə, Arzu Nağıyev korrupsiya ilə mübarizəyə hazırdır. Elə sabah, sabirabadlılar demişkən, təzə “qəssum-şalvarını” geyib gedəcək korupsionerləri ifşa etməyə. Özü də lap yuxarıdan başlayacaq.

Millət vəkili Zeynəb Xanlarovanın parikinə and olsun!

Belə-belə işlər…

Yazının bu yerində fasilə edib hönkür-hönkür ağladım. Çünki vətənimi çox sevirəm və belə abırsız insanların ölkəmi oğruxanaya çevirməyi ürəyimə dağ çəkir…

Zeynəb Xanlarova necə oxuyurdu? “Ay mənim Arzu qızım…”

Arzu Nağıyev elə o mahnı yaşda olar.

Bizim bütn həyatımız və inkişafımız budur…

Deyirlər ki, komissiya üzvlərinə pionerlər kimi and içdirirlər.

“Korrupsiyaya qarşı mübarizəyə hazır ol”

“Həmişə hazıram!”

Yalançının lap….

 

Mirzə ƏLİL

05. 06. 2020, Samara

VƏLƏDƏZZİNA

Стандартный


“İzn verin sizin bu kresloda əyləşməyinizi xahiş edim”.

“İzn verin stulda oturum”.

İzn verin mən bunu sizə izn verməyim”.

Bu, əlbəttə, Manilovla Çiçikovun dialoqudur. Belə fövqəladə “kübar” münasibət formasını Qoqolun fantaziyası olduğunu güman edənlər də, o formanın on doqquzuncu əsrdə qaldığını düşünənlər də yanılırlar. İlham Əliyev elə dünən öz təbəələrindən izn istəyirdi ki, kresloda yox, stulda otursun…

Bəlkə də İlham Əliyev pərqu kreslolardan bezib, yanını bərk yerə basmaq istəyir, bəlkə azarı var, bəzən həkimlər bərk yerdə oturmağı məsləhət görürlər…

Ancaq deyəsən İlham Əliyev əslində iki stulda oturmaq istəyir. Həm demokrat görünmək, həm də ölkə ilə feodal kimi davranmaq. Siz demokratik stulda oturmaq istəyən insanın rayonlara təyin etdiyi başçılara baxın, idarə başçılarına baxın, generallara baxın, məhkəmələrə, akademiklərə baxın. Baxın və onun iki stulda oturmaq istədiyinə əmin olun.

Ya da bu, ayıb olmasın, «insana» baxın. Qaraçı baronu kimi sinəsini qasığına qədər orden və medallala bəzəyən bu «insanı» karyera zirvələrinə qaldıran kimdir? Elə o, stulda oturmaq istəyən adam deyilmi?

siyavusun-ordenleri

Vikipediya deyir ki, Siyavuş Novruzov 1990-93-cü illərdə Qarabağ müharibəsində fəal iştirak edib. Həmin məqalədə də göstərilir ki, Siyavuş 1990-95-ci illərdə Bakı universitetinin hüquq fakultəsində oxuyub. Bunu hansı yalandır? Müharibədə iştirakı ya hüquq fakültəsində oxumağı? Çox güman ki, hr ikisi…

Eyni məqalədə yazılıb ki, 1990-cı ildən Novruzov “Əlincə” xeyriyyə cəmiyyətinin şöbə müdiri, sonra məsul katibi işləmişdir.

Qarabağda vuruşa-vuruşa? Hüquq fakultəsində oxuya-oxuya?

On minlərlə insanın qurban getdiyi Qarabağ müharibəsini saxta bioqrafiya faktına çevirən insanın necə əqidəsiz, necə rəzil olduğunu deməyə ehtiyac yoxdur.

Xatırladıram ki, cəbhədə “qəhrəmancasına həlak olan on səkkiz-on doqquz yaşlı kənd uşaqlarına ölümündən sonra üçüncü dərəcəli dəmir medal verilir…

Beləsinə nə deyəsən?

Bastard!
Vələdəzzina…

Mirzə ƏLİL

05. 03. 2020, Samara