
5 oktyabr 1989.
“Kommunist” qəzeti “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında”Azərbaycan SSR-in Konstitusiya Qanununu dərc edib. Bəzi dolaşıq şeylər yazılıb.Qanun 25 sentyabr 1989-dan qüvvəyə minir.
Bu gün respublika Nazirlər Soveti Azərbaycan Xalq Cəbhəsini, axır ki, rəsmən qeydə aldı!
SƏNƏD
Azərbaycan SSR Nazirlər SovetiQərar ¹ 404 5 oktyabr 1989 Bakı Azərbaycan Xalq Cəbhəsi haqqında Azərbaycan SSR Nazirlər Soveti qərara alır: 1. Azərb. MİK və ASSR XKS-nin 26 may 1932-ci ildə 675 ¹-li qərarla təsdiqlədiyi könüllücəmiyyətlər və birliklər haqqında Əsasnaməyə əsasən Azərbaycan Xalq Cəbhəsinin (AXC)ictimai qurum kimi qeydə alınması haqqında xahişi təmin edilsin.2. AXC təsis konfransının 16 iyul 1989-cu ildə təsdiqlədiyi AXC Nizamnaməsinin layihəsi ilərazılaşılsın, bu layihəyə dair Azərbaycan SSR Nazirlər Sovetinin bildirdiyi irad və təkliflərinqurultayda onun qəbulu zamanı nəzərə alınacağı nəzərdə tutulsun.
- Azərbaycan SSR Nazirlər Soveti ilə AXC-nin təsisçiləri arasındakı razılaşmanın mətnitəsdiq edilsin. Azərbaycan SSR NazirlərSovetinin sədriA.Mütəllibov Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri M.Nəzərov
6 oktyabr 1989. Bu gün köşklərdən Sabir Rüstəmxanlının redaktor olduğu “Azərbaycan” qəzetinin ilk nömrəsini aldıq. Qarabağa Xalq Yardımı Komitəsinin qəzetidir. 100 min nüsxədir. Hər iki dildə yazılar verib. Cəsarətli yazılar çoxdur.
7 oktyabr 1989.“Bakı Şəhər Soveti İcraiyyə Komitəsində
Bakı şəhərində vəziyyətin normal hala düşdüyünü nəzərə alaraq 1989-cu il oktyabrın 9-danrespublikanın paytaxtında saat 01-dən 05-dək qüvvədə olan qadağan saatı ləğv edilir”.Görəsən, qadağan saatını Bakı ŞS İK tətbiq etmişdi?!.Stepanakert — Şuşa yolunun üstündəki körpünü oktyabrın 6-sına keçən gecə ermənilərpartladıb.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.