Tag Archives: Meydan gündəliyi

«MEYDAN GÜNDƏLİYİ»: 29 APREL 1990-CU İL

Стандартный
«MEYDAN GÜNDƏLİYİ»: 29 APREL 1990-CU İL

29 aprel 1990. AXC Məclisində iştirak etmək üçün Göyçaya yola düşdük. “RAF” maşınında Əbülfəz bəy, Nəcəf bəy, Fəzail bəy (AXC Məclisinin katibi), Bəhlul Abdullayev (AXC Məclisinin üzvü, filol. elm. doktoru),“Azadlıq” qəzetinin əməkdaşı Zaur bəy, Bəyin “bacısı oğlu” Mübariz, Becan bəy, institut tələbəsiNadir bəy, “Zəngəzur” komitəsinin başçısı Köçəri Nağıyev və mən idik.Söhbət edə-edə Kürdəmirə gəlib çatdıq. Read the rest of this entry

«MEYDAN GÜNDƏLİYİ». 26 FEVRAL 1992

Стандартный
«MEYDAN GÜNDƏLİYİ». 26 FEVRAL 1992

«26 fevral.

“Azadlığ”ın müxbiri Xaliq Bahadır Şuşadan telefonla xəbər verir: Xocalı od içindədir.Şəhər tam əldən gedib. Hərbçilərin “qadınla-rı və uşaqları məhv etməyin,21 onları Mərkəzə yığın”sözlərini ratsiya tutub.DİN İnformasiya Mərkəzindən fevralın 26-sı saat 16-ya olan mə’lu-mat: “Xocalı 99 faiz itirilib”».(“Azadlıq” qəzeti, 28.02.1992).***«Tarixsə IV orduya münasibətdə vaxtsız sərt mövqeyin Azərbaycan üçün baha başa gələcəyinisübut etdi. Read the rest of this entry

«MEYDAN GÜNDƏLİYİ». 20 FEVRAL 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ». 20 FEVRAL 1990

20 fevral 1990. 

Bu gün Bakı qırğınının bir ayı bitir. Dünən qar yağdı. Bu gün də bərk soyuqdur. Elə bil, hava damatəm saxlayır.“Azadlıq” radiosunda Fəzail bəy Rəhimoğlu (Ağamalıyev) bildirdi ki, SSRİ AS-dəki qapalı iclasıbizim deputatlar tərk ediblər. Read the rest of this entry

«MEYDAN GÜNDƏLİYİ»: 19 FEVRAL 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ»: 19 FEVRAL 1990

19 fevral 1990. 

“Azadlıq” radiosu AXC İh-nin qərarını oxudu (Y.Səmədoğlunun səsi):1) Azərbaycanda hamı Sov.İKP-dən çıxmalıdır.2) Azərbaycandan olan SSRİ Ali Sovetinin deputatları mandatlarını təhvil verməlidirlər.3) Azərbaycandan olan Sov.İKP MK üzvləri istefa verməlidirlər.4)…..Vəzifə sahibləri istefa verməlidirlər.AXC bunların həyata keçməsinə çalışacaq.***Bu gün SSRİ AS-nin Millətlər və İttifaq Sovetlərinin birgə qapalı iclasında bizim məsələmizmüzakirə olunub. Yarımçıq qalıb.

«MEYDAN GÜNDƏLİYİ». 17 FEVRAL 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ». 17 FEVRAL 1990

17 fevral 1990.

Kondisioner zavodunda AXC İdarə Heyətinin üzvləriVurğun Əyyublu, Pənah Hüseynov və Hikmət Hacızadə ilə görüş Zavodun 10 min işçisi var. 2 növbəli iş gedir. İndi tətildir.Pənah Hüseynov: Böhrandan çıxış yolunu işə başlamaqda görürlər.Guya işə başlasaq orduya bəhanə qalmaz. Ancaq belə deyil — rəhbərlik deyir ki, qoşun çıxsa yenəara qarışa bilər. Read the rest of this entry

Ə.TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 26 YANVAR 1990

Стандартный
Ə.TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 26 YANVAR 1990

26 yanvar 1990. “AZADLIQ” radiosu25 yanvarda Ukraynanın Lvov şəhərində 10 min nəfərlik nümayiş olub. Bakıdan qoşunların geri çıxarılmasını tələb ediblər. Ukraynalı əsgərləri geri çağırıblar.  Read the rest of this entry

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 24 YANVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 24 YANVAR 1990

24 yanvar 1990.

 Bugünədək metro pulsuz işləyirdi, bugündən pulla xidmətə başladı. Başqa nəqliyyatın yoxluğuüzündən metronun zəhməti 2-3 qat artıb. Xüsusən “28 aprel” stansiyasında adam əlindəntərpənmək olmur, dəhşətli vəziyyət yaranır. İstisnasız olaraq hamı (şəxsi maşını olmayanlar) ənyaxın met-royadək piyada gedir (Günəşlidəkilər “Əhmədli”yədək 5-6 km yol gəlirlər). Ancaq mən bundan şikayətlənən bir kimsə görmədim.  Read the rest of this entry

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 16 YANVAR

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 16 YANVAR

16 yanvar 1990. “Qitələr, hadisələr” verilişində Qabil Hüseynov fövqəladə vəziyyəti pislədi vəbirtərəfli olduğunu qeyd edib dedi ki, Ermənistan kənarda qalıb, halbuki əsas irtica mənbələrioradadır. Qabil Hüseynov xalqı yaramaz hərəkətlər etməkdən çəkinməyə çağırdı. Bugünkü“İzvestiya” qəzetindəki və “Zaman” proqramındakı qərəzli xəbərləri, Qorbaçovun bir dəfə də olsunburada olmamasını tənqid etdi: Nə üçün Er-mənistanda zəlzələ olan kimi rəhbərlik ora tez getdi?Məgər milli fəla-kət təbii fəlakətdən az acınacaqlıdır?O verilişdən sonra Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov fövqəladə vəziyyətin düzgünlüyündəndanışıb dedi ki, ayrı-ayrı yerlərdə pozğunluq təhlükəsi, qanuna zidd hərəkət olarsa hər cür tədbirlərəəl atılacaq.“Günün ekranı”nda SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Yevgeni Primakovdan Alı Mustafayev müsahibə aldı. O, yalnız “çalışırıq” deməklə kifayətləndi. Sonra Ayaz Mütəllibov yenidən fövqəladəvəziyyətin düzgünlüyündən danışdı. Neftayırma zavodunun fəhlələrinin hamısı Mərkəzi pisləyib,onun qəti iş görmədiyini dedilər.Tatar Ravil Baqadinov çox yaxşı danışdı (əvvəl azərbaycanca, sonra rusca). Mərkəzi televiziyanı,qəzetləri pislədi.“Vremya” yenə birtərəfli olub.“Vremya”dan sonra “Aktual ekran” oldu. Birinci Bakı şəhər partiya komitəsinin I katibi MüslümMəmmədov danışdı və dedi ki, fövqəladə vəziyyətə qarşı çıxanlar, onu pisləyənlər var. 7-cimaddəyə qarşı çıxırlar. Bu maddədə deyilir ki, əgər lazım olarsa Bakıda, Gəncədə, Xanlarda vəbaşqa yerlərdə komendant saatı olacaq respublika Ali Soveti-nin qərarı ilə. (Təkrar etdi ki, “lazımolarsa”…). Read the rest of this entry

Ə.TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 15 YANVAR 1990

Стандартный
Ə.TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 15 YANVAR 1990

15 yanvar 1990. Səhər Moskvadan 120 dəqiqəlik verilişdə Bakıda küçələrin ahənginin pozulmasıvə 35 nəfər erməninin öldürülməsi deyil-di. “Qitələr, hadisələr” verilişində Qüdrət Əbdülsəlimzadədanışdı və o, Milli Müdafiə Şurasını alqışladı. Qeyd etdi ki, Bakıda “hərəkət etmək” odu söndürübkülü ilə oynamağa bənzəyir. Odur ki, sərhədlərə gedib orada düşmənə qarşı mübarizə aparmaqlazımdır.Şəhər bu gün də çox gərgin olub. Tutulan erməniləri “Şəfəq” kino-teatrının binasına doldurublar.Şərt qoyublar ki, haçan bizimkiləri ermənilər buraxsalar onda biz də erməniləri buraxacağıq.Şəhərdə çoxlu hərbçi var. Deyilənə görə, çoxlu erməni öldürülüb (təx. 30 nəfər). Axşam“Vremya”da tamamilə bizim əleyhimizə danışıblar — həmişə olduğu kimi. Read the rest of this entry

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 14 YANVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 14 YANVAR 1990

14 yanvar 1990.

Dünən mitinq gedən vaxt şəhərdə ermənilərə qarşı sərt hərəkətlər başlayıb.Milislər işə qarışmayıb. Tutulanlar yoxdur. Bu gün də ermənilərə qarşı camaatın münasibəti çoxkəskindir — onları şəhərdən çıxarırlar.“Günün ekranı”nda şərhçi Şirməmməd Hüseynov Ermənistanda çıxan rusca “Kommunist”qəzetindəki Azərbaycan əleyhinə yazıdan danışdı.“Ağsaqqal sözü” verilişində Bəxtiyar Vahabzadə xalqa müraciət edib bildirdi ki, sakit olaq. O,ləzgilərə də toxunan belə söz işlətdi ki, indi-yədək ermənilərə, ləzgilərə özümüzdən fərqqoymamışıq. (Bizim qonşumuz ləzgi Zeynal müəllimgilə bu söz bərk toxunub. Yoldaşı dedi ki, biz dəmüsəlmanıq. Nə üçün Bəxtiyar müəllim ləzgilərin adını ermənilərlə birgə çəkib? Mən dedim ki, yəqinhirsli olub, bəlkə də Rəsul Həmzətova görə belə deyib).“Vremya” verilişində (“7gün”) ruslar yenə birtərəfli danışdılar. Guya Xanlarda ilk dəfəazərbaycanlılar erməniləri öldürüblər. Qeyd edil-di ki, 21 erməni öldürülüb.Bugünkü “Azadlıq”da Ədalətin Qorbaçova qarşı yazdığı “Göy muncuq siyasəti” məqaləsi,“Azərbaycan KP MK katibi Həsən Həsənovun 8 yanvar 1990-cı ildə Bakı şəhərində keçirilmiş partiya-təsərrüfat fəallarının yığıncağında çıxışı” (rus dilində) geniş şəkildə verilib, başqa təhlili yazılar dərcedilib.