6 mart 1990.
“Kommunist” “Ermənistan SSR-in ərazi iddialarının yolverilməzliyi haqqında”Azərbaycan AS RH-nin qərarını (28.02.1990) dərc edib. Qərarda deyilir ki, “RK(b)P MK QafqazBürosunun 1921-ci il 5 iyul tarixli qərarını qanunsuz hesab etmək haqqında” Ermənistan SSR AS-ninfaktları saxtalaşdıran və iki qonşu xalqın cəbhələşməsi kimi perspektivsiz yolu davam etdirən 1990-cı il fevral tarixli qərarı hüquqi qüvvəsi olmayan qərar hesab olunsun.Qəzetin bu nömrəsində “Nedelya”dan çevrilərək verilmiş “Sərhədin o tayına” adlı böyük məqalədə dərc edilib. Burada deyilir: “… Sərhədin kütləvi surətdə yarılması AXC-nin hakimiyyət uğrundamübarizəsinin tərkib hissəsi oldu”. “Cəlilabad rayounda hakimiyyət AXC-nin əlinə keçmişdi”. “Cəlila-bada qoşun gəldikdən sonra Miralim Bəhramov da İrana qaçmışdır. O, əhalidən qopartdığı 2,4milyon manatı da aparmışdır”. “Salyan şəhərində yerli sakinlər iki nəfər İran əhlini bərk döymüşlər.Xalq Cəbhəsinin xadimləri yenidən birləş-mək ideyasını elan etməklə istəsələr də, istəməsələr dəəslində sovet azər-baycanlıları ilə İran azərbaycanlıları arasında düşmənçilik toxumu səpmiş-lər”(?!).
7 mart 1990. “Kommunist” ”Azərbaycan SSR-də və Ermənistan SSR-də vəziyyət və həminregionda şəraiti normal hala salmaq tədbirləri haqqında” SSRİ AS-nin qərarını (05.03.1990) dərcedib. Heç nə — sizin it gəldi, bizim çarığı apardı!Azərbaycan KP MK Nizami Gəncəvinin anadan olmasının 850 illiyi haqqında qərar qəbul etmişdir.
Для отправки комментария необходимо войти на сайт.