Tag Archives: Mehriban Əliyeva

«UCA TANRI PAŞA HOLDİNQİ QORUSUN…»

Стандартный

Mehriban_Əliyeva 2

Ali baş komandan qoşunumuzu yeni qələbələrə apardıqca onun vitse arvadı da dinc oturmur, hər gün üzünü Uca Tanrıya tutub Azərbaycan üçün müəyyən xahişlər edir. Bu günkü xahişini vitsexanım belə bitirir: ““Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”

Mirzə Əlilin fikrincə, Azərbaycan xalqı vitsexanımın zəhmətlərinin əvəzini dəyərincə vermir. Yəni orduya, ölkəyə, millətə dua eləməkdən vitsexanımın dili yara olub, xalq da gərək bunun əvəzini çıxa. Vallah, bizim xalqa ümid olan gərək otuz il gözləyə. Ona görə mən, yəni Mirzə Əlil, özüm vitsexanıma bir neçə cavab duası elədim

Uca tanrı Mehriban Əliyevanı qorusun və vitseprezidentlikdən də yuxarı qaldırsın.

Uca tanrı Leya Əliyevanı və onun bizneslərini, pullarını, mənzillərini qorusun.

Uca Tanrı akademik Arif Paşayevi qorusun.

Uca Tanrı akademik Hafiz Paşayevi qorusun!

Uca Tanrı akademik Nərgiz Paşayevanın və onun bizneslərini, pullarını qorusun!

Uca tanrı xalq artisti Emin Ağalarovu, onun bizneslərini və arvadlarını qorusun, ona az-maz səs versin!

Uca Tanrı Paşa holdinqi qorusun!

Uca Tanrı Paşa bankı qorusun!

Uca Tanrı Kapital bankı qorusun…

Bu yerdə huşumu itirmişəm, yəni Aynur Camalqızı demişkən, bayılmışam. Bilmirəm bu, yorulmaqdan olub, ya da Uca Tanrı bu xahişləri elədiyimə görə başıma güclü bir virtual qapaz salıb…

Ayılanda gördüm ki, Paşayevlərinin bizneslərinin siyahısını itirmişəm. Bir dostum var, belə şeylərlə maraqlanır. Ona zəng vurub soruşdum ki, Paşayevlərin nə qədər biznesi olar. Dostum dedi ki, ordumuzda nə qədər əsgər varsa, Paşayevlərin də biznesi o qədərdir…

Bunu eşindəndə ixtiyarsız düşündüm ki, gör nə qədər əsgərimiz qırılıb, ancaq Paşayevlərin bizneslərinə bir qəpik ziyan dəyməyib…

Bəlkə doğrudan da Uca Tanrı qoruyur?

Bəs uca Tanrı niyə bizim sütül uşaqlarımızı qorumur?

Bunu fikirləşəndə öz başıma qapaz salıb ağıadım…

Mirzə ƏLİL

18.10. 2020, Samara

MEHRİBAN XANIMA: GƏNCİN HƏYATININ ƏN ETİBARLI TƏMİNATI ONU CƏBHƏDƏN YAYINDIRMAQDIR…

Стандартный

Mehriban Əliyeva

«Hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm! Uca Tanrı Vətən naminə bu müqəddəs mübarizədə onlara yar olsun! Qarabağ Azərbaycandır!» – bunu Ali baş komandanın arvadı deyib.

Boynuma alım ki, mən də dua eləməyi sevirəm. Əlin-qolun ağrımır, pul xərcləmirsən, ancaq beş-on dəqiqə dua eləyəndən sonra özünə eə gəlir ki, dağı dağ üstünə qoymusan, ac qarınlar doydurmusan, evsizi mənzilli eləmisən.

Burası var ki, duanın elə bir effekti yoxdur. Çox təəssüf ki, belədir. Bunu da öz təcrübəmdən bilirəm. Bu yaxınlarda bir həftə gecə-gündüz dua elədim ki, Nobel mükafatını Allahşükür Paşazadəyə versinlər. Həftənin sonunda mənə vəhy gəldi: “Mirzə Əlil, sən biz bezdirdin, çünki sən bizi vacib işlərdən yayındırırsan, sən Çindəki uyğurlar üçün dua eləmək əvəzinə, lotu şeyx üçün mükafat istəyirsən. Ayıb olsun!”

Bu sözlər elə sərt deyildi ki, bayıldım, yəni özümdən getdim. Ayılanda bilmədim ki, o sözləri yuxuda eşitmişəm, ya elə doğrudan da mənə vəhy olub. Ancaq Alik, yəni Allahşükür mkafat almadı…

İndi gələk Mehriban xanımın dualarına. Ordu müharibə aparır. Ordu da canlı insanlar və texnikadır. Müharibədə əsgərlər yaralanır, ölürlər, texnika sıradan çıxır. Burda duadan çox yaxşı hazırlıq, keyfiyyətli hərbi idarəçilik lazımdır. Həm də gərək komandilrər də heyvan olmayalar, əsgər həyatının qədrini bilələr, vecsiz bir yüksəkliyə yüzlərə insanı qurban verməyələr.

Əsgərin müharibədə sağlamlığı və sağ qalmasının bir vacib şərti də var: əsgəri müharibəyə göndərməmək. Yəni gənci cəbhədən yayındırmaq. Məsələn, Kəmaləddin Heydərovun oğlanları cəbhəyə gedən deyillər. Onlara nə dua?

Deputatların, nazirlərin, çoxlu məmurların, universitet rektorlarının, akademiklərin uşaqlarına nə dua? Cəbhədən yüz kilometrlərlə uzaqda, bəlkə xarici ölkələrdə keflərində. Onlara ölüm yoxdur…

Mehriban xanım, əlbəttə, bunu özü də çox gözəl bilir. Ona görə də öz oğlunu cəbhəyə göndərmir. Niyə də göndərsin ki. Azərbaycanda ölməli o qədər ölməli gənc var ki…

İlahi, kaş bu xanın heç olmasa müharibənin sonuna qədər dinib-danışmayaydı. Eşidirsən, oxuyursan, öz canından bezirsən, öz ölkəndən bezirsən…

İlhahi, kasıb-kusub uşağına rəhmin gəlsin!

Mirzə ƏLİL

14.10. 2020, Samara

ERMƏNİLƏRİN AĞIR ZƏRBƏLƏRİNİN CAVABINDA BİZİM «DEPUTATLAR» QATIQLAYIRLAR…

Стандартный

1

Erməni ordusunun gücü haqqında ən obyektiv məlumat almaq üçün Rusiya şəhərlərində asfalt döşəyən ermənilərə baxmaq kifayətdir. İş prosesindəki yüksək mütəşəkkillik və nəzarəti gözə çarpmayan əmək intizamı, dəhşətli istidə ağır işi pihq-ponq oyunundakı yüngül və çevik hərəkətlərlə və laldinməz görən insanlara baxdıqca filirlərçirsən ki, belə qurucuların çox dağıdıcı orduları olmalıdır və bunların qabağında durmağa belə mütəşəkkillik, belə iş intizamı və əzmi lazımdır.. Sonra bir məhəllə yuxarı ya aşağı gedirsən, qarpız, banan, gilas satan, yer, müştəri üstündəbir-birlərini didən, bir-birlərinə “atan”, bir-birlərinin üstünə çeçen gətirən həmvətənlərini görürsən və öz ordunu da təsəvvür edib məyus olursan…

İkinci dünya müharibəsi illərində erməni millətindən 6 (altı) marşal olub. Müsəlman azərbaycanlılardan hərbiçilərin sayının az olmasının konkret və kompleks səbəbləri var. Ancaq o vaxtdan çox keçib, otuzildir Azərbaycan müstəqil dövlətdir. Müxtəlif ölkələrin qabaqcıl hərbi məktəblərində azərbaycanlılar təhsil alırlar. Onda bəs niyə prezidentin baş hərbi müşaviri ömründə hərbi xidmət görməmiş Məhərrəm Əliyevdir? Məhərrəm Əliyev sovet milisioneri olub, Azərbaycan sovet Milisionerinin ən yaxşı bacardığı iş bazarlardan pul qırmaq idi. Belə çıxır ki, prezidentin məqsədi Ermənistanın qabağına hazırlıqlı ordu çıxarmaq yox, Məhərrəm Əliyevlə bazarlardan pul qırmaqdır.

Ermənistan 90-cı illərin əvvəlində Azərbaycanı ağır məlubiyyətə uğradıb və sonralar da dönə dönə ağır zərbələr vurmaqla millətimizi alçaldıb. Və hərt dəfə də prezident, şarlatan deputatlar, satqın ə fahişə jurnalistlər məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışırlar. Bu təbliğat hoqqalarına inananların sayı get-gedə azalsa da, prezident biabırçı komediyanı davam etdirir, ağlı başında olan adamları özünə güldürür. Hərçənd vəziyyət heç də gülməli deyil. Prezident və onun satqın əhatəsi əsgər və zabitlərimizi labüd ölümə göndərir və cinayət məsuıiyyəti daşımalı insanlar rütbələrində  yüksəlir, sinələrinə təzə ordenlər taxırlar.

Ermənistan ağır zərbələr endirdikcə Azərbaycan məmurlarının, keç kimin seçmədiyi “millət vəkillərinn” açıqlamaları qatıqlamaya bənzəyir. Əlbəttə, onların hamısının ağlı başındadır, bir gün də qazanclarından qalmırlar, əzizləri və yaxınları da cəbhəyə getmirlər. Onlar on illərlə xalqın başına qapaz vurub çörəyini əlindən alır, kasıb-kusubun uşağını da güllə qabağıba göndərirlər. O ki qaldı qatıqlamalarına, bunda da rasionallıq var. Çünki xalqımızın içində də qatıqlayanlar, qatıqlayanları sevən çoxdur. Məsələn, bakıllılar çoxdan itki vermirlər, yəqin çəmini tapıblar, hərçənd əhalnin dörddə brini təşkil edirlər və itkilərin də dörddən biri Bakıya düşməi idi…

İndi bakılılar niyə qatıqlayana deməlidirlər ki, sən qatıqlayırsan. Qatıqlayan deyər ki, sən də uşağını ordudan gizlədirsən…

“Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib: “Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb…”

 

Ağalar Vəliyev – oğrudur. Nəhəng həcmdə və dəyərdə xalq mülkiyyətini mənimsəyib. İndi də şarlatan xoruna qoşulub növbəti məğlubiyyəti qələbə kimi qələmə verib onun şərəfinə badə qaldırır…

Qatıq badəsi…

Yeri gəlmişkən, bu şərəfsiz də “Şərəf” ordeni ilə təltif olunub…

Mirzə ƏLİL

14.07. 2020, Samara