Tag Archives: Mehdi Murtuzov

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MEHDİ MURTUZOV

Стандартный

Mehdi Muxtar oğlu Murtuzov (10 iyul 1997AlpanQuba rayonu – 2 oktyabr 2020MurovdağKəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Murtuzov Mehdi Muxtar oğlu 1997-ci il iyul ayının 10-da Quba rayonun Alpan kəndində anadan olmuşdur. Murtuzovlar ailəsində 3 uşaq olublar- 2 qardaş və 1 bacı. 2003-cü ildə Alpan kənd Elşad Bayramov adına tam orta məktəbinin 1-ci sinifinə qəbul edilmişdir. 2012-ci ildə Quba rayon 103 saylı Peşə Liseyinin Rabitəçi-Elektrik ixtisasına qəbul olunmuş, 2015-ci ildə təhsilini müvəffəqiyyətlə bitirmişdir.

Murtuzov Mehdi iyul ayının 10-da, doğum günündə Quba rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış və Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlamışdır. Hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Hərbi xidməti dövründə komandirlərinin rəğbətini qazanmış, bir neçə dəfə qüsursuz və nümunəvi xidmətinə görə təltif edilmişdir. Hərbi xidməti bitirdikdən sonra müsbət xasiyyətnamə və təşəkkürnamə almışdır. 2017-ci il yanvar ayının 1-də hərbi xidmətini başa vuraraq ordudan tərxis olunmuşdur.

Əsgərlik dövründə uşaqlıq arzusu olan hərb sənətinə yaranmış marağı onu yenidən Ordu sıralarına qaytarır. Mehdi 2020-ci ilin yanvar ayında yenidən xidmət etmək istəyi ilə əlaqədar Orduya müraciət edir və iki aylıq təlimdən sonra onu MAXE (müddətdən artıq xidmət edən) kimi Daşkəsən rayonundakı N saylı hərbi hissəyə xidmətə göndərirlər. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman Mehdi də yüzlərlə Azərbaycan əsgəri kimi döyüşlərə yollanır. Döyüşlərin başladığı ilk günlərdə çətin döyüş tapşırıqlarının öhdəsindən gələn Mehdi 29 sentyabrda qolundan yaralanır. Yaralanmasına baxmayaraq öz təkidi ilə onu yenidən döyüşlərə cəlb edirlər. Oktyabr ayının 1-də atası ilə danışan Mehdi yarasının çox ciddi olmadığını bildirmiş və tezliklə zəfərin bizim olacağını demişdir.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şimal cəbhəsində baş vermiş MurovdağKəlbəcər istiqamətində gedən ağır döyüşlərin gedişində  oktyabr ayının 2-də Ermənistan Silahlı Qüvvələrinin açdığı snayper atəşi nəticəsində həlak olmuşdur.