Tag Archives: Mehdi Hüseyn

22 MART — GÖRKƏMLİ YAZIÇI MEHDİ HÜSEYNİN DOĞUM GÜNÜ

Стандартный
22 MART — GÖRKƏMLİ YAZIÇI MEHDİ HÜSEYNİN DOĞUM GÜNÜ

Hüseynov Mehdi Əli oğlu (Mehdi Hüseyn) (1909-1965) — azərbaycanlı yazıçı, nasir, dramaturq, tənqidçi, 1943-cü ildən  Azərbaycanın Xalq yazıçısı (1964), Stalin mükafatı laureatı (1950).

Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyn) 22 mart 1909-cu ildə. Qazax mahalının Şıxlı kəndində anadan olmuşdur.O, fəaliyyətə hekayə ilə başlamış, ilk hekayəti 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 30-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. 1948-ci ildə Bakı neftçilərinin bədii obrazını “Abşeron” romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: “Cavanşir”, “Nizami”,“Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında sənətkərlıqla əks etdirə bilmişdi. Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-65) olmuşdur.

 Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir.

 

Реклама