Mərhəmət Rizvan oğlu Həmzəyev (24 fevral 1997; Şahbuz rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.
Mərhəmət Həmzəyev 1997-cı il fevralın 24-də Şahbuz rayonunun Keçili kəndində anadan olub.
Azərbaycan Ordusunun leytenantı olan Mərhəmət Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Mərhəmət Həmzəyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı həlak olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 22-də Şahbuz rayonunda dəfn edilib.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.