Tag Archives: Livan erməniləri

ELMLƏRİN DOXDURU…ERMƏNİNİ QORXUDUR…

Стандартный

Aydın-Mirzəzadə

Deputat Aydın Mirzəzadənin çox gülməli bioqrafiyası var. Oxuduqca öz-özünə uğunub gedursən.

Lənət şeytana! Məhərrəmlikdə çox gülmək olmaz..

Maraqlıdır, görəsən Aydın Mirzəzadə Əli şiəsidir ya Əli şiəsi deyil?

Görəsən YAPçılıqla Əli şiəliyi tutuşur ya tutuşmur? Əli pərəstişi ilə Əliyev pərətişi bir araya sığırmı? Buna Alllahşükür Paşazadə nə deyir?

Ya Şeyx, intizardayam, bu məsələni bizim üçün çözələ. Allah ömrünü uzun, qazancını bol eləsin, ya Şeyx! Sən olmasan, Azərbaycan cırılıb-dağılar…

Qayıdaq Aydın Mirzəzadəyə. Aydın Mirzəzadə doktordur. Yəni baş, göz, qulaq, türkün məsəli, dal, qabaq doktoru deyil. Aydın Mirzəzadə elmlərin doktorudur. Hansı elmdə bir nasazlıq olsa, Aydın Mirzəzadə, türkün məsəli, qayırıb düzəldir, olur cağbacağ. İlon Mask özü ondan məsləhət alır.

Bu Aydın Mirzəzadə Qarabağ bülbülüdür. Qarabağ haqqında kitab yazıb, xarici dillərə də tərcümə etdirib. “Qarabağ düyünü” – kitabın adı belədir.

Ancaq bioqrafiyanı oxuyanda bu fikrə gəlirsən ki, Aydın Mirzəzadə bülbül zad-deyil. Bir quş var… Salyan tərəfdə ona, türkün məsəli, götatan deyirlər. Bax, Aydın Mirzəzadə o quşdandır. Soruşun niyə. Soruşdunuz. Deyirəm:

1992-ci ildə, Qarabağ əlli-ayaqlı gedən vaxtlar Aydın Mirzəzadə guya işləyə-işləyə ikinci təhsil alırmış. Qarabağı ermənilər alırlar, arvad-uşaq əsir gedir, qırılır, Aydın Mirzəzadə isə ikinci ali təhsil alır. Özü də harda? Politologiya institutunda.

Vikipediya yazır ki, Mirzəzadə bu institutu fərqlənmə diplomu ilə bitirib.

Siz müharibənin şıdırğı vaxtı, camaat acından, soyuqdan qırılanda Mirzəzdənini politologiya dərsliklərini gecə-gündüz əzbərləyib imtahanlardan beş almağına inanırsınız?

Mən inanmıram və deyirəm ki, Mirzəzadə fırıldaqçıdır! Qarabağ-zad yadına düşməyib, başı öz qazancına, kefinə qarışıb, saxta diplom almaqla məşğul olub. Bu səbəblərdən ona bülbül yox, götatan demək olar.

İndi də bu cənab açıqlama verib  deyib ki, Qarabağa köçürülən Livan ermənilərinə görə narahatdır, ürəyi ağrıyır, hətta su başına tez-tez qaçır.

Yəni Aydın Mirzəzadə deyir ki, bu gün-sabah dava paltarını geyəcək, beş-altı atom bombası götürüb gedəcək Qarabağı ermənilərdən təmizləməyə. İstəmir ki, Livan erməniləri ni də onun bombalarını öldürsün

Ay lotu!

Sən erməniylə müharibə eləyənsən? Şuşa, Ağdam gedəndə fırıldaqla fərqlənmə diolomu alırdın, neçə illərdir ki, özünü basmısan parlament kreslosuna, altını qızdırırsan.

Yəqin həm də doldurursan. Doldurmamış olmazsan…

Sənin və sənin kimilərin qeyrətinə ermənilər Vikipediyanı oxumamış da bələdirlər. Kimə xox gəlirsən?

Ya şeyx! Ya Allahşükür! Belə lotu yapçını Əli şiəsi saymaq olarmı? Mənim fikrimcə, olmaz!

Ya şeyx, Mirzə Əlili intizarda qoyma, məni Teleqramla yığ. Nömrəmi bilirsən.

Poka, poka!

Mirzə ƏLİL

15.09. 2020, Samara

Реклама

SEVİNC FƏTƏLİYEVA DEYİR Kİ, PİŞİYİN BOYNUNDAN ZINQROV ASILMALIDIR…

Стандартный

Sevinc_Fətəliyeva

 

Azərbaycanda necə cəsur arvadlar varmış! Hesablamalara görə hər min nəfərə Azərbaycanda 100-150 cəsur qadın düşür. Bu, çox yüksək göstəricidir. Bu sahədə biz Ermənistanı qabaqlayırıq.

Bu gün bu cəsur qadınlardan biriylə tanış olmuşam: Sevinc Fətəliyeva. Millət vəkili, kafedra müdiri. Elmlər doktorudur. Yəni hansı elm naxoşlasa, aparın yanına, elə qayırıbdüzəldəcək ki, bir dənə sınıq-salxaq yeri qalmayacaq.

27 yaşından kafedra müdiridir. Özü də elə-belə kafedra yof, ingilis filologiyası kafedrası. İngilis filologiyası, məlumdur ki, fizika, kimya işi deyil, çox dərin və mürəkkəb sahədir. İngiltərədə ingilis filologiyasına ağsaqqal kişilər və ağbirçək qadınlar rəhbərlik edirlər. Bizdə isə 27 yaşında qız. Anncaq deməyin ki, bu necə olan işdir. Şəklinə baxın. Bu gözəllikdə arvadı mən lap 15 yaşında kafedra müdiri qoyardım və hətta bəlkə rektor təyin edərdim.

Gözəl olduğu qədər də qəhhrəmandır. Çünki 10 ildir ki, millət vəkilidir. Vəkillik, elmi iş, kafedra rəhbərliyi…

Buna cəsurluq və qəhrəmanlıq da kifayət deyil. Gərək həm də gözəl olasan.

Hərək həm də nazir qızı olasan.

Sevinc Fətəliyeva nazir qızıdır.

İndi də Sevinc Fətəliyevanın cəsurluğundan.

Sevimc Fətəliyeva açıqlama verib.

Ah, mən niyə Azərbaycan jurnalisti detiləm! Ah, bəlkə Seinc Fətəliyeva mənə də açıqlama verərdi. Bəlkə eə açıqlama prosesində mən huşumu itirərdim…

Sevinc Fətəliyeva deyib ki, pişiyin boynundan zınqrov asılmalıdır…

Qocalığın üzü qara olsun. Bunu siçanların müşavirəsində müdrik bir siçan demişdi.

Sevinc Fətəliyeva deyib ki, Ermənistan cəzalandırılmalıdır.

Onu deyim ki, müdrik siçanın təklifi müşairədə bəyənlmişdi. Sonra keçmiçşdilər müzakirəyə: zıqrovu pişiyin boynundan asmalıdır?

İndi Sevinc Fətəliyeva deyir ki, Ermənistan cəzalandırılmalıdır. Demir ki, bunu kim eləməlidir…

Bilirik ki, Sevinc Fətəliyevanın buna macalı yoxdur. Kafedra müdirliyi, deputatlıq, xarici səfərlər, ailə. Gərək gözəlliyin də qayğısını çəkəsən, maya qoyasan, vaxt ayırasam, salonlar gəzəsən…

Sual: Ermənistanı kim cəzalandırmalıdır?

Fətəliyevlər heç olmasa bircə əsgəri cəbhəyə göndərəcəklərmi? Yoxsa ailə tamam kafedra müdirlərindən, nazirlərdən, vəkillərdən ibarətdirt?

Sual: Ölümə kim gedəcək?

Sevinc Fətəliyeva cəsur məsələ qaldırır.  Yəqin icraçılarını da tanıyır. Azərbaycanda kasıb-kusub ailə çoxdur, hərəsindin də ən azı bir oğlu var…

Bunları fikirləşdikcə Fətəliyevanın gözəllityi gözümdən düşür. Onun alimliyinə şübhə oyanır. Və arxayınam ki, onun miLLət vəkilliyindən ölkəyə bir qəpiklik xeyir yoxdur.

Ancaq bu cəsur deputatın saxlanılması ölkəyə kiçik bir şəhərin büdcəsindən baha başa gəlir…

Yaşasın Azərbaycan elmi!

Yaşasın Azərbaycan parlamentizmi!

Yaşasın Paşa holdinq!

 

Mirzə Əlil

09. 2020, Samara

«YANEYRƏM, A DAĞLAR!..» OXUYUR HİKMƏT HACIYEV

Стандартный

HİKMET_hACİYEV

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev hər gün açıqlama verir. Prezident  işə gələn kimi soruşur:

— Açıqlama vermisən?

— Vermişəm, əlahəzrət prezident. İkisini vermişəm.

— Get birini də ver. Nə qədər çox versən, o qədər yaxşıdır. Öyrəşikli olarsan.

Bu gün səhər tezdən Hikmət Hacıyev təzə açıqlama verib. Eşidib ki, Dağlıq Qarabağı Livan erməniləriylə doldururlar, şalvarını çəkə-çəkə qaçıb açıqlama verməyə. Deyib ki, Nürnberq belə, Cenervrə elə, cinayət məcəlləsinin filan maddəsi belə, filan maddəsi elə…

O qədər güldüm ki, yer axtardım açıqlama verməyə…

Nə Nürnberq, a kişi…

İkinci dünya müharibəsi 1939-da başlanıb, 45-də bitib. Cəmi altı ildən sonra.

Dağlıq Qarabağı ermənilər 1988-ci ildən ayırıblar. Otuz iki ildən çox keçir. Hesabı bilmirsən?

Nə məcəllə, nə maddə?

Bu, bilirsiniz nəyə bənzəyir? Quldur qaranlıq dalanda Kalaşnikov avtomatının lüləsini dayayıb sənin alnına, sən də ona deyirsən ki, məcəllə belə, maddə elə…

A kişi, güldürmə məni…

Elə ki, gördün açıqlama verməyin gəlir, öyrəşikli olmusan, gir bir xəlvət yerə, tullan prezident hovuzuna, suyun altında ver açıqlamanı. Heç kim eşitməsin.

Camaatı özünə güldürmə…

Mirzə ƏLİL

12. 09. 2020, Samara

TURAL GƏNCƏLİYEV MƏSƏLƏ QALDIRANDA OMBASI QIRILIB

Стандартный

Tural Gəncəliyev

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev AŞPA-da Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz köçürülməsi məsələsini qaldırıb.

Bu, əlbəttə, çox ağır məsələdir və belə məsələni gərək köməkləşib qaldırasan. Bu zalım oğlu Gəncəliyev isə o qədər qoçaq və cəsur adamdır ki, məsələni tək qaldırıb. Və, təəsssüf ki, bədənində bir neçə qrıja (yırtıq) yaranıb, o cümlədən, qasıq yırtığı və onurğalar arasında iki yırtıq. İndi Gəncəliyev Avropada ambulator müalicə keçir və bir salyanlının dediyi kimi, özü üçün “kayflanır”.

Millət vəkilinin tezliklə sağalmasını arzulayırıq.

Tələqraf.com-a istinadla

Mirzə ƏLİL

08.09. 2020, Samara

AYNUR CAMALQIZINA: BİZİM HƏYƏCANIMIZIN TƏBİLİNİ ERMƏNİLƏR NİYƏ ÇALIRLAR?

Стандартный

Kak_nauchitsya_igrat_na_barabanah_6

Jurnalist Aynur Camalqızı, türkün məsəli, açıqlama verib. Və, ayıb olmasın, aşıqlama verərək deyib ki. ermənilər Livanda partlayışdan zəzər çəkmiş soydaşlarını Qarabağda yerləşdirməyə hazırlaşırlar. Bundan narahat olan Azərbaycan rəhbərliyi həyəcan təbili çalır. Konkret olaraq:

Xarici işlər naziri Ceyhun Bayramov təbil çalır;

Prezidentin köməkçisi Hikmət Hacıyev təbil çalır;

Azərbaycan diplomatları təbil çalırlar;

Azərbaycan daspor təşkilatlarının rəhbərləri təbil çalırlar…

Burda mənim yadıma keçən əsrin 70-ci illəri düşdü. Azərbaycanda nağaraçılar ansamblı var idi. Çingiz Mehdiyev rəhbərlik edirdi. Böyük sovet-partiya konsertlərində hökmən 40-50 kişi nağaranı qoltuqlayıb səhnəyə çıxır, yarım saat gumbuldadırdılar.

Bu nağaraçalanlar Azərbaycan KP MK-in 1-ci katibi Heydər Əliyevim çox xoşuna gəlirdilər. Onlar gumbuldatdıqca, yoldaş Əliyev yerində çəpik çalırdı…

Məni Azərbaycandan o nağaraçılar qaçırdılar…

İndi o “Qobustan ritmləri” yadıma düşdü, gözümün qabağında qoltuqlarında nağara Ceyhun Bayramovla Hİkmət Hacıyev gəldilər, hönkür-hönkür ağladım…

Görün Aynur Camalqızı sonra nə deyir. Deyir ki, hətta bu işə bəzi erməni siyasətçiləri və siyasətşünasları da həyəcan təbili çalırlar…

Dünyanın axırıdır, vallah! Başlı başını saxlasın! Başdan papaq götürürlər!

Ermənilər qabaqlar kamança çalardılar. İndi keçiblər təbilə. Özü də bizim yerimizə çalırlar.

Axı həyəcan bizimdir! Bizim həyəcanın təbilini ermənilər niyə çalırlar?

Bircə onu başa düşdüm ki, Aynur Camalqızı da saatlarla həyəcan təbili çalır və buna görə ağlı bir az çaşıb.

Gərək bundan sonra bu xanım, türkün məsəli, açıqlamanı ayıq başşla versin..

Ya heç verməsin.

Nə qədər açıqlama vermək olar?

Ustadlar demişkən, biz dəxi rüsvayi-cahan olduq…

Mirzə ƏLİL (hal –hazırda Mirzə Təbil)

01.09. 2020
Samara