Tag Archives: Leriklilər

Əslən Lerik rayonundan olan iş adamı Azərbaycan Ordusuna 200 000 manat yardım edib

Стандартный

Əslən Lerikin Pirəsora kəndindən olan, Rusiyada yaşayan iş adami Xalıqov İlham  Allahverdi oğlu Azərbaycan Ordusununa 200 000 manat yardım edib.

Ambur.az xəbər verir ki, bu barədə Fuad Cəlilov özünün «Facebook» profilində qeyd etmişdir. 

«Mən həmişə insan öz etnik mənsubiyyəti ilə fəxr etməz deyərdim. Amma mənsub olduğum TALIŞ xalqının bu günlərdə vətən üçün necə olduqlarını görüb bu sözümü bu günə pozmuş oluram. 
Əslən Lerikin Piyəso (Pirasora) kəndindən olan, Rusiyada yaşayan iş adamı Xalıqov İlham Allahverdi oğlu Azərbaycan Ordusuna 200.000 manat yardım etmişdir. Çox qürurlandım. Belə oğulları olan Lerikdən olduğum üçün. İlk dəfə olaraq və həm də uca səslə deyirəm. Xalqımın qeyrətinə qurban. MƏN FƏXR EDİRƏM Kİ, TALIŞAM. 
Buradan Perm şəhərində yayan İhama da təşəkkürümü bildirirəm. Biz talışlar hər zaman, hər yerdə Azərbaycan dövlətinin dayağıyıq. 
#bizbirlikdəgücküyük.
Qarabağ Azərbaycandır!!!!!»

<span>Əslən Lerik rayonundan olan iş adamı Azərbaycan Ordusuna 200 000 manat yardım edib</span><span xss=removed> </span>

https://wordpress.com/block-editor/post/ochagsamara.wordpress.com/22763

Реклама

СЕГОДНЯ УРОЖЕНЦУ ЛЕРИКА ХАНАЛИ ФАТТАЕВУ ИСПОЛНИЛОСЬ БЫ 19 ЛЕТ…

Стандартный

XANELİ.jpg

Ханали Фаттаев родился 22 сентября 1998 года в селе Молалан Лерикского района.

29 января 2017 года было распространено сообщение о гибели рядового Фаттаева в результате нарушения режима прекращения огня армянскими вооруженными силами. Позднее это сообщение было опровергнуто и Министерством обороны, и родными Ханали. (Статья в Википедии, посвященная Ханали, кстати, до сих пор не исправлена – «Очаг»). Как утверждают последние, Ханали Фаттаев совершил самоубийство из-за несчастной любви. Незадолго до этого девушка, которую любил Ханали, была выдана за другого. Родители девушки якобы отказали Ханали из-за того, что семья его была несостоятельной.

На некоторых сайтах можно ознакомиться скриншотами со страниц Ханали, котореы он вел в соцсетях. Если судить по ним, парень был литературно талантлив и писал весьма грамотно.

Ханали Фаттаев был похоронен 30 января 2017 года в поселке Бина города Баку.

16 YANVAR — LERİKLİ MİLLİ QƏHRƏMAN RÖVŞƏN ABDULLAYEVİN DOĞUM GÜNÜ

Изображение

rovsen_924

Rövşən Əbdülhüseyn oğlu Abdullayev (d. 16 yanvar 1969, Lerik – ö. 13 sentyabr 1993, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 

Rövşən Əbdülhüseyn oğlu Abdullayev 1969-cu il 16 yanvarda Lerik rayonunda doğulmuşdur.

Orta təhsilini Astara şəhər 1 saylı orta məktəbdə başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdür.

Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə verirlər. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Onun başçılıq etdiyi tağım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı.

Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi. 13 sentyabr 1993-cü il Rövşənin son döyüşü oldu. Erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdi. O, döyüş yoldaşları ilə «QAZ-66» markalı avtomobilə əyləşib Qazançıya yollanır, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar, güclü atəşə maruz qalan vətənimizin igid oğulları ölüm dirim savaşına girdilər. Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr etdi özü isə ağır yaralansada silahı yerə qoymurdu. Yoldaşları onu xəstəxanaya çatdırsalarda artıq gec idi…

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayev ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Lənkəran şəhər qəbristanlığında dəfn edilmişdir. Lənkəran şəhərində abidəsi qoyulmuşdur. Adına Lerikdə mədəniyyət evi və küçə var.