Tag Archives: Lerik şəhidləri

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ALTAY MÖVLANOV

Стандартный

Altay Tahir oğlu Mövlanov (5 avqust 2000LerikAzərbaycan — 30 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu).

Altay Mövlanov 2000-ci il avqustun 5-də Lerik şəhərində doğulub.  Qardaşı Elgün Mövlanov da Vətən müharibəsində həlak olub.

Azərbaycan Ordusunun əsgəri olan Altay Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Altay Mövlanov oktyabrın 30-da həlak olub.

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ: LERİKLİ RAMİL AĞAYEV

Стандартный

Ramin_Ağayev

Ramil Ağayev (tam adı: Ramil Mərdan oğlu Ağayev; 20 dekabr 1984LerikAzərbaycan — 8 oktyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.

Ramil Ağayev 1984-cü il dekabrın 20-də Lerik şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.

Azərbaycan Ordusunun mayoru olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 8-də Füzuli döyüşləri zamanı həlak olub. Lerik şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

vikipediya

BAKI ŞƏHİDLƏRİNİN SAYI 600-Ə YAXIN OLMALIYDI. NİYƏ BELƏ DEYİL?

Стандартный

Şəhidlərin dəfni

Azərbaycan əhalisinin sayı 2020-ci il mart ayında 10079300 nəfərə çatıb. Bakının əhalisinin sayı ilin əvvəlndə  2293,0 min nəfər olub. Beləliklə, paytaxt əhalisi ölkə əhalisinin 20 faizdən çoxunu təşkil edir. Deyək ki, 20 faiz. 44 günlük müharibədə həlak olanların sayı hələlik 2783-dür. Bu rəqəmin 20 faizi 556 eləyir. Yəni Bakı əhalisi müharibədə sayına proporsional şəkildə iştirak edibsə, şəhidlərinin sayı bu qədər və hələ bir az da çox olmalı idi.

İndi 2783-dən şərti “Bakı şəhidlərin”ni çıxaq. Qalır 2227 nəfər. İndi şərti Gəncə şəhidlərini hesablayaq. Gəncənin əhalisi 335, 6 min nəfərdir. Ölkə əhalisinin təxminən yeddi faizi. Şərti şəhidlərin sayı olur təxminən 195. Şərti Bakı və Gəncə şəhidlərinin sayı isə 751. Sumqayıtın şərti şəhidləri əlavə olunsa, 1000 nəfərə çatır. Bir sözlə, Azərbaycanın bütün qalan əhalisinə düşür 1800-dən də az şəhid. Azərbaycanda Mingəçevir, Şirvan kimi iri şəhərlər və 66 rayon var. Bu iki şəhərin hər birini  hər birini iki kənd rayonuna bərabər tutsaq, rayonların sayını 70 götürmək olar. Beləliklə, hər rayona düşür 26 nəfərdən də az şəhid.

Əslində belədirmi?

Salyandan, hələ dəqiq olmayan məlumata görə, 51 şəhid var. Leriklilər 81 şəhid sayıblar.
Əlbəttə, bunların xeyli hissəsi Bakıda yaşayan və ordan çağırılanlardır. Ancaq yəqin ki, əlliyə qədəri bilavasitə Lerikdən çağırılıb. Astaradan şəhid daha çoxdur. Təkcə Ərçivan qəsəbəsindən 9 (doqquz) şəhid var. Başqa rayonlar da belə.

Deməli, hər rayondan orta hesabla ən azı 45 şəhidin olduğunu ehtimal edə bilərik. (Hələlik! Çünki şəhidlərin sayı 3500-4 000-ə də çata bilər). Bu halda bütün şəhidlərin (rəsmən elan edilən 2783 rəqəmini əsas götürməklə) kənd rayonlarından olduğu nəticəsinə gəlmək olar. Əlbəttə, bakılıların şəhidi var, onların bir neçəsinin adı sosial şəbəkələrdə yayılıb. Ancaq söhbət böyük, 600-ə yaxın rəqəmdən getməlidir. Əgər müdafiə nazirliyi hərbi çağırış haqqında ölkə qanununun hərfinə və ruhuna uyğun işləyirsə, belə olmalıdır. Ancaq hər şeydən görünür ki, hərbi qulluğa çağırışda, çağırılanlardan da, o cümlədən cəbhədə, kimin harda yerləşdirilməsində heç bir qanun-qayda gözlənilmir. Müharibə vaxtı isə belə qanun puzğunluğu minlərlə gəncin həyatıdır.

Şəhidlərin doğulduqları yeri, ailə vəziyyətlərini öyrəndikcə ölkədəki ədalətsizliyin miqyasını və kəskinliyini həmişəkindən də açıq görürsən. Bilirsən ki, ölkədə hakimiyyəti və bütün resursları öz əllərində toplamış harın, heç nədən utanıb-çəkinməyən, heç bir əxlaq norması tanımayan insanlar ölkə vətəndaşları ilə rəftarıyla qaranlıq dalanda öz qurbanının böyrünə bıçaq sancıb qarət edən quldurdan heç də üstün deyillər…

Mirzə ƏLİL

06. 12. 2020, Samara

ŞƏHİDLƏRİMİZ: LERİKLİ VİDADİ CABBAROV

Стандартный
ŞƏHİDLƏRİMİZ: LERİKLİ VİDADİ CABBAROV

Vidadi Cabbarov

Lerik rayonunun Piran kəndindən Cabbarov Vidadi. Azərbaycan ərazisinin işğaldan azad edilməsi uğrunda 27 sentyabr 2020-ci ildə başlanan döyüşlərdə həlak olub.
Allah rəhmət eləsin!
XIDO RƏHMƏT BIKƏ!

ŞƏHİDLƏRİMİZ: LERİKLİ TARZAN HƏŞİMOV

Стандартный

Tarzan Həşimov

Lerik rayonunun Bibihoni kəndindən  Həşimov Tarzan. Azərbaycan ərazisinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub və 20 oktyabr 2020-ci ildə dəfn edilib.

Allah rəhmət eləsin!

XIDO RƏHMƏT BIKƏ! 

ŞƏHİDLƏRİMİZ: LERİKLİ CAVAD HÜSEYNOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: LERİKLİ CAVAD HÜSEYNOV

Cavad Hüseynov

Lerikdən  Hüseynov Cavad Cavid oğlu. Azərbaycan ərazisinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

XIDO RƏHMƏT BIKƏ! 

ŞƏHİDLƏRİMİZ: LERİKLİ ORXAN DƏNZİYEV

Стандартный

Orxan Dənziyev

Lerik rayonunun  Laman kəndindən Dənziyev Orxan Mübariz oğlu. 27 sentyabr 2020-ci ildə Azərbaycan ərazisinin işğaldan azad edilməsi uğrunda başlanan döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

XIDO RƏHMƏT BIKƏ!

ŞƏHİDLƏRİMİZ: LERİKLİ MAYOR AMİD HEYDƏROV

Стандартный

Amid Heydərov

Lerikli tank komandiri mayor Heydərov Amid Rəbbil oğlu. 27 sentyabr 2020-ci ildə Azərbaycan ərazisinin işğalda azad edilməsi uğrunda başlanan döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: LERİKLİ MAYOR İNTİQAM QASIMOV

Стандартный

İntiqam Abbasov

Lerikli mayor, tabor komandiri İntiqam Qasımov. 27 sentyabr 2020-ci ildə Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda başlanan döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

ТАЛЫШИ-НАЦИОНАЛЬНЫЕ ГЕРОИ АЗЕРБАЙДЖАНА: ЛЕЙТЕНАНТ РОВШАН АБДУЛЛАЕВ

Стандартный

Rövşən_Abdullayev.jpeg

Ровшан Абдулгусейн оглы Абдуллаев родился 16 января 1969 года в Лерикском районе. После окончания средней школы №1 в Астаре, вместе с семьей переехал в Ленкорань.

В 1987 году Ровшан поступил в Ленинградское высшее военно-политическое училище. В 1991 году молодого лейтенанта, завершившего учебу с отличием, направляют в Ростовский городской отдел внутренних дел.

После возвращения в Азербайджан Ровшан начинает службу во внутренних войсках. Молодой офицер через некоторое время направляется в Зангелан. Здесь Ровшан был назначен командиром роты из 70 человек. Подразделение не раз отличалось в боях. Были уничтожены военные объекты противника, находящиеся на территории Кафанского района.

Последний бой Ровшана состоялся 13 сентября 1993 года. Армянские отряды напали на селе Газанчы Зангеланского района. Ровшан вместе с боевыми товарищами направляется туда на автомобиле ГАЗ-66. Вблизи села они оказываются лицом к лицу с БТР и пехотой противника. Завязался тяжелый бой. Ровшан приказал своим бойцам отступить в лес. Сам он получил тяжелое ранение. Его подчиненные не успели доставить своего командира в госпиталь живым…

Был холост.

Указом президента Азербайджанской Республики от 15 января 1995 года Ровшану Абдулгусейн оглы Абдуллаеву посмертно присвоено звание Национального Героя Азербайджана.

Ровшан Абдуллаев похоронен в городском кладбище Ленкорани. В городе установлен памятник герою.

В Лерике дом культуры носит его имя.

(русский текст – газета «Очаг» Самара) Read the rest of this entry