Tag Archives: Koroğlunun İstanbul səfəri

«KOROĞLU» DASTANI: «İYİD GƏRƏK YAR SEVMƏYƏ…»

Стандартный
«KOROĞLU» DASTANI: «İYİD GƏRƏK YAR SEVMƏYƏ…»

İyid gərək yar sevməyə
Özü tək gedə, tək gedə.
Müxənnət qəddin əyməyə
Özü tək gedə, tək gedə.

 
Nigarın şirin dilləri,
Bağrıma sancıb milləri,
Uzaq-uzaq mənzilləri
Özü tək gedə, tək gedə.

 
Qəniminə qılınc çala,
Ölkəsinə talan sala,
Düşmənlər üstə baş ala,
Özü tək gedə, tək gedə.

 
Dala polad yarağına,
Düşə iyid sorağına,
Yüz tülkünün qabağına,
Özü tək gedə, tək gedə.

 
Koroğluyam, haşa-haşa,
Girrəm xotkarla savaşa,
Qırat döşlətməyə paşa,
Özü tək gedə, tək gedə.

 

(«Koroğlunun İstanbul səfəri»)

«KOROĞLU»:»SALAM VERDİM, SALAM ALMAZ…»

Стандартный
«KOROĞLU»:»SALAM VERDİM, SALAM ALMAZ…»

KOROĞLU NİGARA:

Salam verdim, salam almaz,
Görüm kəssin salam səni.
Axçasız, pulsuz aşiqəm,
Pulum yoxdu alam səni.

 
Güllü bağlarda gəzərsən,
Cahıllar bağrın əzərsən,
Yuxa kağıza bənzərsən,
Tutmaz qələm, yazam səni.

 
Xəzinəm yox, ağzın açam,
Dövlətim yox, tökəm saçam,
Əlac budu alam, qaçam,
Çənlibelə salam səni.

 
Hansı dağların qarısan?
Hansı bağların barısan?
Nigar, Koroğlu yarısan,
Bilir külli-aləm səni.

(«KOROĞLUNUNU İSTANBUL SƏFƏRİ» QOLUNDAN)