Tag Archives: Koroğlunun Ərzrum səfəri

«KOROĞLU» DASTANI: «QUL DEYƏRLƏR, QULUN BOYNUN BURARLAR…»

Стандартный
«KOROĞLU» DASTANI: «QUL DEYƏRLƏR, QULUN BOYNUN BURARLAR…»

Qul deyərlər qulun boynun burarlar,
Qullar qabağında gedən tirəm mən.
Hesablıya dağ da olsam əyilləm,
Bədhesaba yaman kinligirəm mən.

 
Qırram qoşununu xaki-pay kimi,
Bir qılınc vuraram Əmiray kimi.
Mən coşmuşam boz bulanıq çay kimi,
İnanma ki, neçə ilə sönəm mən.

 
Koroğlu da yatıb-yatıb oyanmış,
Misri qılınc qızıl qana boyanmış,
Mən poladam, dəmirçidə dayanmış,
Şüşəyəmmi əl dəyəndə sınam mən?

 

«Koroğlunun Ərzurum səfəri» qolu

 

 

 

«KOROĞLU» DASTANI: «AT BELİNƏ, DƏLİLƏRİM…»

Стандартный
«KOROĞLU» DASTANI: «AT BELİNƏ, DƏLİLƏRİM…»

At belinə, dəlilərim,
Sizə qurban can, yerisin!..
Tutulubdu Dəmirçioğlu,
İyid, pəhlivan yerisin!..

 
Yağılar çəksin amanı,
Gözüm görməsin yamanı,
Leş-leşə verək düşmanı,
Axsın, qızıl qan yerisin!..

 
Qoç Koroğlu gələr coşa,
Polad qalxan tutar başa,
İyidlər dursun savaşa,
Qıraq sultan, xan yerisin!..

 

(«Koroğlunun Ərzrum səfəri»)