Tag Archives: köhnə Dərbənd

“ƏKİNÇİ”: DƏRBƏNDDƏ DÜLGƏR VƏ XARRATLAR YA İRANLILAR, YA ERMƏNİLƏRDİR

Стандартный

Dünyada hər bir şəhərin özünə münasib sənətkarlığı var, savayı Dərbənd. Bizim əhl həmişə boyaq dalınca olduğuna ancaq buyuruq verməyə adət edib. Boyaq dadistədini həmişəlik hesab edib, elm və və təhsil eləməyiblər. Bizim şəhərdə nə qədər dülgər və xarrat varsa, tamam İran əhli, ermənilərdir ki, yaxşı pul qazanırlar. Xəyyat bizim əhldən 1-2 nəfərdir ki, çuxa şalvarlardan alahı libas tikmirlər, açça palto, kürk və qeyri libasları tikənlər erməni, rusdurlar ki, yaxşı pul allıllar. Qərəz, çəkməçi, saatsaz, ahəngər və əqləbənd tamam qeyri vilayət əhlidirlər. Bu sənətlərdən əlavə 39-40 nəfər həmşərilər rəngsazlıq edirlər. Müxtəsər kəlam, bizim şəhərin kəmbəxt xəlaiqi bu qədər sənətləri əldən verib özləri məəttəl və sərgərdan qalıblar və əgər indi ol sənətər bu darlıq vaxtda öz əlimizdə olseydi, az iş deyil idi. Amma çifayda, sənətkarlıq nəfindən və elmdən bixəbər olmaqlarına binaən, genə məhəl qoymurlar və camaatdan həm heç kimin xatirinə gəlmir ki, bu gündən sonra insan hər bir sənət üçün elmə möhtacdır. Barı gələcək üçün məktəbxanalar səyində olub, elm səbəbilə uşaqların sənətkarlığa və işlərə həris eləsinlər ki, özləri çəkən zillətləri uşaqları çəkməsin. Belədə bir sənət məktəbxanası bizim şəhərdə olsa, yazşı olmazmı?

 

Əlimədəd Abdulla oğlu

“Əkinçi”, 14 aprel, 1876

СТАРЫЙ ДЕРБЕНТ

KÖHNƏ DƏRBAND. DƏMİRYOL VAĞZALI

“ƏKİNÇİ”: DƏRBƏNDDƏ SUDYA ƏRİZƏLƏRİN ÇOXLUĞUNDAN BEZİB

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

DƏRBƏNDDƏN

Bizim şəhərin xalqı ya tüccarlıq ya sənətkarlıq və ya fəhləlik ilə güzəran edir. Ticarət əhlinin əvvəldən də tahqahi cüzvi olub. Onlar Rusiyadan mal gətirib onun bir hissəsini nəqdə və birisini nisyə satıb, nəqdini boyağa xərcləyib, mizanda ki, iyul ayı olsun, öz boyağını və nisyədən hasil olan boyağı cəm edib, Rusiyaya aparıb füruş edib mal gətirirdi. 3 ildir ki, nisyə xalqın üstə qalıb və nəqdi ki, boyaq idi, qiymətdən düşüb. Ona binaən alış-veriş bilmərrə yatıb. Onların çoxu dükanların bağlayıb və bəzi bir çotgə və özü qalıb, bilmir nə eləsin. İndi hər bir adam gərək təzədən dadistəd binasın qoysun, amma tanqahsız heç bir iş etmək mümkün deyil. Belədə camaat birləşib bang bina etsəydi, fəqir-füqəranın əlindən tutub onlara kömək edərdi. Amma çifayda ki, camaat üçün nəf verən işlərdən bir tədbir və məsləhət eləmək əsla xəyallarına gəlmir. Pəs yaxşı olurdu ki, böyük olan hakimlər bizim şəhərdə bang təyin etmək səyində olaydılar ki, bizim tüccarlar bang köməyi ilə təzə dadistəd başlaya bilsinlər.

===========================================

Dərbənddə təzə ildən miravoy sud bina olunub. Əgərçi boyaq dadistədinin ərizəçiliyi bilmərrə orada yoxdur, amma onunla belə ərizəçinin çoxluğundan cənab sudya təngə gəlib.

=======================================================

Şəhərimizin buçağacan nataryusu yoxdur, ona binaən çox məəttəllik çəkirik.

Əliəhməd Abdullazadə

“ƏKİNÇİ”, 29 mart 1876

 

 

 ДЕРБЕНТ КАЛЯ КАПИ

Köhnə Dərbənd. Qalaqapı qalası