Tag Archives: Kamal Abdulla Beovulf

ƏHVALPÜRSANLIQ VƏ YA «BEOVULF»UN TƏRSİNƏ ÇEVRİLMƏYİ

Стандартный

Beovulf ÜZ

SABİRƏ NƏZİRƏ: “BEOVULF”UN TƏZƏDƏN ÇEVRİLİB İNGİLİS DİLİNƏ QAYTARILMAĞI

İ. Əliyev: Nə xəbər var təzə, görkəmli Anar?

            İndi bəs şanlı yazarlar nə yazar?

Anar: Yatmayır indi yazarlar gecələr,
           Həsr edir şəninizə hər biri br ölməz əsər.

İ. Əliyev: Mövzu seçmək bacarırlar bu yazarlar, görünür,
            Təcili artıraram mən də təqaüdlərini.

            Bu xəbər çox gözəl, istəkli Anar,

            Ədəbiyyatda yeni hansı daha hadisə var?

Anar: Bəli, var, ali komandan, daha bir,
          Amma bu,  hadisədən  çox bir ağır faciədir…

İ. Əliyev: Nədir, o faciə, gizlətmə, oğul!

           Danış ətraflı bilim mən nə olub!

           Yoluxub bəlkə qəfil virusla,

           Fani dünyamızı tərk etmişmi Kamal Abdulla?
 

Anar: Yox, Kamal lap buğa tək sağlamdır,
           Mən deyən faciəsə hər cür ölümdən də ağır.          

          Ölkənin arxa çevirmiş biri rəhbərliyinə,
          Çevirib dasanı o, Azəribaycan dilinə.

İ. Əliyev: Hansı dastan?

Anar: İngilis dastanı məşhur “Beovulf”!

          Çevirb almadan icazə…ah… uf…

İ. Əliev: Kim çevirmiş? Nəçidir? Varmı onu bir tanıyan?

Anar: Yaşayır Rusiyada guya bu ünsür çoxdan.

İ. Əliyev: Ünsürün antimillisindənmi?

Anar: Xalisindən. Ötürür düşmənə vacib xəbəri,

         Satmaq istər təzədən erməniyə Kəlbəcəri.

İ. Əliyev: Sübutu varmı fəaliyyətinin?

Anar: Versək işgəncə deyər niyyətini.

İ. Əliyev: Adı haqqında məlumatlar var?

Anar: Adı Xeyrulla, təxəllüssə Xəyal.  

İ. Əliyev: Şübhə yox, antimillidir, bu, adından bilinir!

Anar: Çox fəsadlar törər, əlbəttə, görməsək tədbir.

İ. Əliyev: Boynuna ip keçirib heyvan tək,
                Ünsürü ölkəyə gərək gətirək.

Anar: Bəsə nə olsun “beovulf”?

İ. Əliyev: Ah, o dastan! Ah… uf…

                Bir sürü tərcüməçi tər axıdıb səy eləsin
                Tez çevirsinlər o dastanı yenə ingilisə!

28. 03. 2021, Samara