Tag Archives: Kərimov Kazımağa Möhsün oğlu

ŞƏHİDLƏR: QƏHRƏMAN JURNALİST KAZIMAĞA KƏRİMOV

Стандартный

Kazımağa_Kərimov

Kərimov Kazımağa Möhsün oğlu 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində anadan olmuşdur.  

 

Azərbaycan Dövlət Universitetinin  jurnalistika fakültəsini  bitirdikdən sonra Kazımağa  bir müddət «Azərbaycan məktəbi» jurnalında, sonra isə «Azərbaycan müəllimi» qəzetində çalışmışdır.

Ermənilərin Azərbaycana təcavüzü başlananda  Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa baş leytenant rütbəsi altında doğma torpaqlarımızın müdafiəsinə qalxdı.

 

 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyan kənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. Yaranın ağır olmasına baxmayaraq əməliyyatın sonunadək iştirak edən Kazımağa əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılır və  15 iyun 1992-ci ildə burda vəfat edir.

Evli idi, bir oğlu qalıb.

Kazımağa Kərimova ölümündən bir həftə sonra,Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi.