Tag Archives: Kəlbəcərin işğalı

ƏLİYEV PAŞİNYANA: DOLMA İŞİNƏ İNDİ PUTİN BAXIR…

Стандартный

dolma paş

PAŞİNYAN: Allo! İlham məllim, mən çox üzr istəyirəm ki, sizi narahat edirəm…

ƏLİYEV: Mən sənin üzrünü qəbul edə də bilərəm, etməyə də bilərəm, çünki mən təzə format yaratmışam. Nida işarəsi!

PAŞİNYAN: Əlbəttə, İlham məllimi, min faiz haqlısınız. Sizdən bir xahişimiz var. Kəlbəcərdən çıxmağa bizə bir az möhlət verin. Çatdırmırıq…

ƏLİYEV: Evləri yandırıb qurtara bilmirsiniz? Mən sizə benzin verərəm.

PAŞİBYAN: İlham məllim, siz bizə benzini necə verərsiniz? Siz hələ Kəlbəcərə girməmisiniz? Benzini yoldaş Muradov kirvədən alırıq, benzin çoxdur. Biz istəyirik ki, elə burda ikən sizin doğum gününüzü qeyd edək. Bu, mənim xalqımın arzusudur.

ƏLİYEV: Mənim doğum günümü öz xalqım qeyd edəcək. 60 metrlik tort hazırlanır.Yumurta tədarükünü artıq zəfərlə başa çatdırmışıq…

PAŞİNYAN: Çox gözəl. Biz də istəyirik bir ton dolma bişirib 60 metrlik ipə düzək.

ƏLİYEV: Mənə erməni dolması lazım deyil. Nida işarəsi!

PAŞİNYAN: İlham məllim, biz üeməni dolması bişirməyəcəyik, biz Azərbaycan dolması bişirəcəyik. Vallah, o qədər dadlı olacaq ki, dörd-beşini yeyəndən sonra özünüz ermənilərdən xahiş edəcəksiniz ki, ermənilər Kəlbəcərdən getməsinlər…

ƏLİYEV: Mən gərək bunu müzakirə edəm…

PAŞİNYAN: Mehriban xanımla? O etiraz eləməz…

ƏLİYEV: Yox, Mehriban xanımla yox… Vladimir Vladimiroviçlə. Dolma işinə indi Putin baxır…

Mirzə ƏLİL

15. 11. 2020, Samara

AZƏR QOCAYEV KƏLBƏCƏRƏ YOLA DÜŞÜB

Стандартный

SONY DSC

Prezident tərəfindən Kəlbəcər rayonuna icra başçısı təyin olunmuş Azər Bəhlul oğlu Qocayev dərhal Kəlbəcərə yola düşüb…

8 APREL — AĞDABAN FACİƏSİNİN İLDÖNÜMÜ

Стандартный

 

AĞDABAN

Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum  edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırım aktı törədiblər. Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni seperatcılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.

Ağdaban qətliamı törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyasının müddəalarına uyğundur, beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsiyə etməyə imkan verir və Aqdaban kəndinin dinc əhalisinə qarşı erməni-rus silahlı qüvvələri tərəfindən törədilən bu qırğın soyqırım cinayəti kimi dünya cəmiyyəti tərəfindən tanınmalıdır.

2014-cü il aprelin 2-də Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı keçirilən anım mərasimində Azərbaycanın Kəlbəcər rayonu ictimaiyyətinin nümayəndələri Kəlbəcər faciəsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) müraciət ünvanlayıblar. Müraciətdə 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban və Çayqovuşan kəndlərində, 1993-cü ilin aprelində Başlıbel kəndində erməni ordusu tərəfindən törədilən cinayətlərin Azərbaycan xalqına qarşı törədilmiş növbəti soyqırım aktı olduğu qeyd edilib.

http://1905.az/agdaban-faciəsi/

2 APREL 1993 — KƏLBƏCƏRİN İŞĞALI

Стандартный

KƏLBƏCƏR

Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altındadır.

Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.