Tag Archives: itkin düşənlər

İTKİN DÜŞƏNLƏR: ÇİNGİZ BALAYEV

Стандартный

Çingiz_Balayev.jpg

Çingiz Azad oğlu Balayev (d. 10 mart 1974; Şamaxı, Azərbaycan — ö. avqust 1992; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. I Qarabağ müharibəsinin şəhidi.

Çingiz Balayev 1974-cü il 10 martda Şamaxı rayonunun Dəmirçi qəsəbəsində anadan olub.

1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Çingiz Balayev, 1992-ci ilin avqust ayında Qubadlı rayonunda itkin düşüb.

Şamaxı rayon Məhkəməsinin 2007-ci ildə qəbul etdiyi qətnamə ilə Çingiz Balayev şəhid hesab edilir.

 

ПРОПАВШИЕ БЕЗ ВЕСТИ: НАДИР АБДУЛЛАЕВ

Стандартный

Nadir_Abdullayev.jpg

Надир Мансим оглы Абдуллаев родился 9 июня 1973 года в селе Меликчобанлы Шамахинского района. В национальную армию был призван в 1993 году. Принимал участие в боях вокруг Карабаха. 19 апреля 1994 года пропал без вести.

Резолюцией Шамахинского районного суда от 2008 года считается шахидом. Read the rest of this entry

СЧИТАЕТСЯ БЕЗ ВЕСТИ ПРОПАВШИМ: МАХМУД ДЖАХАНБАХЫШОВ

Стандартный

CANBAXIŞOV MAHMUD

Джанбахышов Махмуд Сурхай оглы родился в 1975 году в селе Дашкенд Варденисского района Армянской ССР. В 1988 его семья была депортирована из Армении. Первое  время Джаханбахышовы жили в Бардинском районе, с 1990 года – в селе Гарабулаг Ханларского района.

Рядовой 181-ой воинской части  автоматчик Сурхай ДЖаханбахышов погиб в ночь с 16 на 17 апреля 1994 года на территории Бейлангского района, подорвавшись на мине. Считается без вести пропавшим.

Canbaхışоv Mahmud Surхay оğlu — şəhid

Canbaхışоv Mahmud Surхay оğlu 1975-ci ildə  Vardenis rayonunun Daşkənd kəndində dоğulmuşdur.

1988-ci ildə Erməbistandan deportasita olunmuş əvvəlcə Bərdə rayonunda, 1990-cı ildən sonra isə Xanlar rayonunun Qarabulaq kəndində məskunlaşmışdır.

Xanlar RHK-ndan Milli Orduya çağırılmışdır.

Sıravi əsgər, 181-ci hərbi hissənin avtomatçısı Mahmud Canbaxışov 1994-cü il aprelin 16-dan 17-nə keçən gecə Beyləqan rayonunda minaya düşərək şəhid olmuşdur.

Məzarının yeri bilinmir. İtkin-şəhid hesab edilir.

 

ƏSİRLƏR VƏ İTKİNLƏR: AĞDAMLI AYAZ ABBASOV

Стандартный

Abbasov Ayaz Əkbər oğlu

1963-cü ildə Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olub. Ermənilərin Qarabağa hücumları başlayan gündən doğma tor-paqların müdafiəsinə qalxıb. 17 fevral 1992-ci ildə Milli Ordunun əsgərləri ilə birlikdə Xocavənd rayonunun Qaradağlı kəndinə köməyə gəlib. Kənd işğal olunan gün Abbasov Ayaz 17 nəfərlə əsir götürülüb, Xankəndi şəhərinə aparılıb. Həbsxanada ermənilər onlara dəhşətli iş-gəncələr veriblər

Erməni əsirliyindən qayıtmış Xocavənd rayonu Qaradağlı kəhd sakini, Bakı şəhəri, Səbail rayonu Nemanzadə küçəsi ev 17-də yaşayan Hüseynov İlqar Qardaşxan oğlunun dediyinə görə, işğal olunmuş Malıbəy-li kəndində ermənilər onları dizə qədər su doldurulmuş zirzəmidə saxladıqları zaman Abbasov Ayaz orada olub. Sonradan ermənilər Füzulini 4 əsirlə birlikdə harasa, naməlum istiqamətə aparıblar.

Bu faktı Erməni əsirliyindən azad olunmuş Qax rayonu Zəyəm kənd sakini Nadirov Bayram Cahangir oğlu da təsdiq edib.

http://karabakhinfo.com/13457

İTKİNLƏR, ƏSİRLƏR: NATİQ QASIMOV

Стандартный

 

Natiq_Qasımov_(şəhid).jpg

Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdı. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir.

Ağdamda Yaqub Rzayevin başçılığı altında «Qarabağ şahinləri» dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır. 1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Read the rest of this entry

İTKİN MİLLİ QƏHRƏMAN RİAD ƏHMƏDOV

Стандартный

Riad_Əhmədov.jpg

Riad Əhmədov (d. 1956 – ö. 1992) — Azərbaycanın Milli QəhrəmanıQarabağ müharibəsi şəhidi.

Əhmədov Riad Fikrət oğlu 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub. R.Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Read the rest of this entry