Tag Archives: İsa Qəmbər Ali Sovetin sədri

18 MAY 1992 — İSA QƏMBƏR MÜVƏQQƏTİ PREZİDENT SEÇİLİB

Стандартный

14 may 1992 — Ali Sovetin növbədənkənar sessiyasında iki ay öncə prezidentlikdən istefa vermiş Ayaz Mütəllibovun hakimiyyətə qaytarılması barədə qərar qəbul olunub. Lakin bu qərarın ömrü cəmisi bir gün çəkdi və səhərisi Xalq Cəbhəsi hakimiyyəti ələ keçirdi.

 

15 may 1992 — Ali Sovetin Ayaz Mütəllibovu prezident postunda bərpa etmək barədə qərarına (14 may) etiraz olaraq “Konstitusiyanın müdafiəsinə” qalxan Xalq Cəbhəsi ölkədə hakimiyyəti ələ alıb. A.Mütəllibov Moskvaya qaçıb.  

 

 

18 may 1992 – Bakıda Ali Sovetin növbədənkənar sessiyasında Yaqub Məmmədovparlamentin sədri və prezident səlahiyyətlərinin icraçısı vəzifəsindən istefa verib. Bu vəzifəyə Xalq Cəbhəsi sədrinin müavini İsa Qəmbər seçilib.

isa qəmbər.jpg

İsa Qəmbər Ali Sovetin sessiyasında

 

27 may 1992 — Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət himni haqqında» qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş «Azərbaycan marşı» Dövlət himni kimi təsdiq edilib.

 

http://www.azerbaycanli.org/az/page1346.html

Реклама