Tag Archives: İnqilab Ələkbər oğlu İsmayılov

ŞƏHİDLƏR: XOCALILI QƏHRƏMAN İNQİLAB İSMAYILOV

Стандартный

Ингилаб_Исмаилов

İsmayılov İnqilab Ələkbər oğlu 24 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olmuşdur. 1979-cu ildə burada məktəbi bitirmişdir. 1981-ci ildə ordu sıralarına çağırılmışdır.1984-cü ildə Xarkov şəhərində xidmətini başa vuraraq doğma yurdu Xocalıya dönür. 1990-cı ildə burada polis nəfəri kimi işə düzəlir.

Erməni işğalçıları Xocalını gecə-gündüz raket atəşinə tuturdular, silahsız, günahı olmayan sakinlər faciəli surətdə həlak olurdular… 1992-ci il 25-26 fevral Xocalı soyqırımı törədilən zaman İnqilab döyüşə atlılır bir neçə erməni yaraqlısını məhv edən döyüşçü yerli sakinləri təhlükəsiz əraziyə çıxarır. Daha sonra İnqilab Ağdamda Daşbaşı yüksəkliyini qoruyurdu, ermənilər buraya dəfələrlə hücum etmiş məğlub olaraq geri çəkilmişdir polis bölüyü öz sözünü demişdi… hücumlardan biri 1992-ci il 12 iyun oldu ermənilər 6 dəfə hücum etsələr də məğlub olub geri çəkildilər faşistlərin 6 postu tam məhv edildi, İnqilab bu qələbəni qanı ilə yazdı. Döyüşçü dostları bir neçə dəfə cəhd etsələrdə onun cəsədini döyüş meydanından çıxara bilmədilər.

Ailəli idi, üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

 

Реклама