Tag Archives: İlqar Məmmədov

ERKİN QƏDİRLİ İDDİA EDİR Kİ, PREZİDENTLƏ QUMAR OYNAYIR

Стандартный

Erkin Qədirli

Yeni deputat Erkin Qədirli fəal şəkildə açıqılama verən “millət vəkilləri”nə qoşulub və deyəsən tezliklə verməkdə bütün rekordları təzələyəcək. Bu açıqlamaları oxuyanda bəzən elə təsəvvür yaranır ki, Qədirlinin başına hava gəlib və elə öz-özüylə danışır. Son açıqlamasında Qədirli Müsavat başqanı (yəqin başçı seçiləndə başını vurub qanadıblar, ona görə başqan adlanır)  Arif Hacılıyla danışır. Elə bu da öz-özüylə danışmaq kimidir. Çünki Qədirli canlı, real Hacılıyla yox, xəyali Hacılıyla danışır. Hacılı uzaqdan buna sual verib: “Niyə İlham Əliyev məhz sizi seçdi?”

Burda haşiyə çıxmaq istəyirəm, çünki mahnı yadıma düşdü:

«Niyə sevdim mən səni,
Niyə vuruldum sənə..»

Əslində gərək Hacılı sualını İlham müəllimə erə, İlham müəllim də bəlkə bu mahnını oxuyardı…

Erkin Qədirli xəyali Hacılıya deyir ki, “biz açıq oynayırıq, ona görə İlham Əliyev bizi seçib”.

Mirzə Əlil bisavad adamdır, söz incə deyiləndə qalır məəttəl. Burda mən belə başa düşdüm ki, söhbət qumar oyunundan gedir. REAL partiyasına qumarbazlar yığılıb, ancaq açıq oynayırlar. Müsavat partiyasıını da rəhbərləri qumarbazdırlar, ancaq, Qədirlinin fikrincə, onlar kart basırlar…

Bunlar cəhənnəm. Qoy oynasınlar. Bizim millətdə qumarbazlıq həmişə olub. Salyanın Qələbə bağında gündüz günorta vaxtı aşıq atırdılar…

Yəni bunlar təbiidir. Məni darıxdıran ayrı şeydir. Belə çıxır ki, İlham müəllimın REAL-ı qeydiyyatdan keçirməkdə məqsədi onlarla qumat oynamaqdır?

Belə çıxır ki, əlahəzrət prezident qumar oynayır?

Vaveyla!

Belə şey olmaz! Olsa, mən adımı dəyişib qoyaram Mirzə Vəkil!

A kişi, vallah, sənin başın deyəsən xarab olub, get özünü  göstər Əli İnsanova. Prezidentə qara yaxma. Oyun nədir, qumar nədir!

Görəcəkli günlərimiz varmış. Şükür Siyavuş Novruzova!

Mirzə Əlil

06. 09. 2020

Реклама

ONU DEMƏ, ZALIM YAR…

Стандартный

İlqar Məmmədiv 1

Bakı otellərinin birində prezident adminstrasiyasının şöbə müdiri Ədalət Əliytevlə REAL partiyasının rəhbəri İlqar Məmmədovun görüşü olub. Jurnalistlər görüşə buraıxılmayıblar. Ancaq «Ah!» «Oh!»» Uff! «Yaqublu!» «Onu demə zalım yar!» kimi ifadə və iniltilər uzaqdan eşidilirmiş…

Tələqraf.com-a istinadla

Mirzə Əlil

05. 09.2020, Samara

14 İYUN İLQAR MƏMMƏDOVUN DOĞUM GÜNÜDÜR

Стандартный
14 İYUN İLQAR MƏMMƏDOVUN DOĞUM GÜNÜDÜR

İlqar Məmmədov — siyasətçi, 2009-cu ildən Respublikaçı Alternativ hərəkatının sədridir. 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində iştirak üçünMərkəzi Seçki Komissiyasına namizəd kimi müraciət etsə də, namizədliyi qeydə alınmayıb. 

1988-1989-cu illərdə Sovet ordusunda xidmət etdikdən sonra, Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini və Budapeştdə Mərkəzi Avropa Universitetinin siyasi elmlər fakültəsini bitirib. 1994-2000 — Bakı Dövlət Universitetində elmi işçi vəzifəsində çalışarkən Azərbaycanda ilk dəfə parlament səsvermələrin riyazi təhlil metodikasını təklif və tətbiq edib.

1998-2003 — Azərbaycan Milli İstiqlal Partiyası sədrinin müavini kimi, neft gəlirləri üzərində ictimai nəzarətin qurulması, neft gəlirlərinin xaricdə geniş təhsil proqramı üçün istifadəsi, Azərbaycan seçkilərində səslərin paralel hesablanması və s. kimi bir sıra mühüm siyasi və iqtisadi təşəbbüslərlə ilk olaraq çıxış edib. O dövrdə, Azərbaycanda və xaricdə etdiyi çoxsaylı ictimai çıxışlarında ölkəmizin Avropa və NATO inteqrasiyası kursu ilə irəliləməsini yeganə tarixi seçim kimi göstərib.

Partiyadan strateji fikir ayrılığı səbəbilə ayrılan İ.Məmmədov, Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin təsisçilərindən biri oldu və Komitənın ilk sədrliyinə seçildi.

Azərbaycanın yerləşdiyi regionunun inkişafına dair strateji vizyona sahib olduğuna görə, 2007-ci ildə İlqar Məmmədov Regional Əməkaşlıq naminə Qara Dəniz Fondunun (Black Sea Trust for Regional Cooperation) Məsləhət Şurasına seçildi. Həmçinin 2007-ci ildən etibarən Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru vəzifəsinində çalışır.

İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı istintaqa çağırılmış və barəsində həbs-qətimkan tədbiri seçilmişdir. Daha sonra Məhkəmə Cinayət məcəlləsinin 221 və 315.2 maddələri ilə ittiham edilərək 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edilmə ilə bağlı qərar verilmişdir.

Neft gəlirlərinin idarə olunması sahəsindəki təşəbbüsləri nəzərə alınaraq, o 2007-ci ildə digər beynəlxalq təşkilat – Gəlirlərə Nəzarət İnstitutunun (Revenue Watch Institute) – Məsləhət Şurasına üzv seçildi. Hər iki şurada dünyanın tanınmış ictimai liderləri təmsil olunurlar. Bundan başqa, 2006-cı ildən etibarən İlqar Məmmədov Açıq Cəmiyyət İnstitutu — Azərbaycan (Soros Fondu), İdarə Heyətinin üzvüdür. O, Azərbaycanda ilk siyasi bloqun müəllifidir.

Ailəlidir, bir qızı var.

VİKİPEDİYA