Tag Archives: ilk Azərbaycan baleti

19 APREL — ƏFRASİYAB BƏDƏLBƏYLİNİN DOĞUM GÜNÜ

Стандартный
19 APREL — ƏFRASİYAB BƏDƏLBƏYLİNİN DOĞUM GÜNÜ

Bədəlbəyli Əfrasiyab Bədəlbəy oğlu — Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu, Azərbaycanın xalq artisti (1960).

Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq etmişdir. İlk Azərbaycan baletinin – «Qız qalası»nın (1940), «Nizami», «Söyüdlər ağlamaz» operalarının, simfonik poema və təntənəli marşın müəllifidir.

Əfrasiyab Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakı şəhərində xalq maarifçi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımm ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb.

 Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib.1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Оpera və Balet Teatrında dirijоr işləyib.

O, 33 yaşında ikən «Qız qalası» baleti ilə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə «Nizami», «Söyüdlər ağlamaz» operalarını yazıb. Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da dünyasını dəyişib.