ХОРОШО СИДИМ!
ƏCƏB OTURMUŞUQ!
ХОРОШО СИДИМ!
ƏCƏB OTURMUŞUQ!
Azərbaycan ordusunun işğalçılara qarşı mübarizəsi öz bəhrəsini verməkdədir. Bir vaxt yunanlarda Erosun oxu bir insanda başqa bir insana eşq oyadırdı, indi Qarabağda atılan toplar və başqa silah növlərindən açılan atəşlər zamanımızın ən böyük, ən çılğın eşqini oyadıb: Qurban Məmmədov İlham Əliyevi sevib! Qurban Məmmədov İlham Əliyevi sevən kimi görüb Heydər Əliyevi də sevir, heydərizmi də sevir. Londondakı Azərbaycan diasporu qarşısında Qurban Məmmədov artıq iki məruzə edib: “Marksizim və Heydərizm”, “Leninizm və Heydərizm”. Qurban Məmmədov başqa ölkələrə də gedib heydərizmi təbliğ etmək fikrindədir, ancaq Britaniyanı tərk etməyə qorxur, çünki İlham Əliyev onu İnterpolla axtarışa verib. Bəli, bu eşq faciəli eşqdir, çünki Qurban Məmmədov İlham Əliyevi dəlicəsinə sevir, ancaq İlham Əliyevin ağlı başındadır, necə deyərlər, pulu da lazımı yerlərdə, Qurban Məmmədovu da sevmir. Ancaq Qurban Məmmədov İlham Əliyevin ürəyinə yol tapmaq üçün illərlə gözləməyə, hətta Afriikaya gedib heydərizmi təbliğ etməyə hazırdır. Ancaq bilir ki, İlham Əliyevin əli uzundur, Afrikadakı adamyeyənlərlə də Moskvada diplomatiya akademiyasında bir yerdə oxuyub, hamısı ilə dostdur, kimi istəsə, ya tutub verəcəklər, ya da bişirib yeyəcəklər…
Nə gizlədək, Qurban Məmmədov eşq odu ilə yansa da, adamyeyənlərin tonqalında yanmağa ürək eləmir…
Ancaq ümidini də itirmir. İndi Mehriban Əliyevanı da sevməyə başlayıb. Gündən-günə məhəbbəti artır. Mehriban xanımın babası Mir Cəlalın “Bir gəncin manifestini” oxuyur. Hətta kitabı xarici dilə tərcümə də eləmək istəyir. Ancaq təəssüf ki, Qurban Məmmədov xarici dilləri bilmir, ancaq daxili dil bilir…
Kor ərəb burda demişdi: “Məhəbbət, ah, məhəbbət…”
Şekspir isə demişdi: dünyada bu eşq əhvalatından qəmli hekayə yoxdur…
Mirzə ƏLİL
03. 10. 2020, Samara
Время от времени мне из администрации президента Азербайджана звонят, чтобы узнать, хорошо ли я себя чувствую и сколько денег мне выслать. Недавно звонил сам президент.
— Мирза, время тревожное, сам понимаешь, береги себя. Я твою газету высоко ценю.
— Господин президент, на самом деле газета давно закрыта. Я теперь только в Интернете для себя мушгулат делаю.
— Мирза, я тебя как раз в Интернете читаю. Это больше чем мушгулат. Газета «Очаг» сильнее «Фауста». Я вот теперь ее читаю в обашдан и перед ифтаром. Так меня вдохновляет, что хочется сразу пару глав районов или пару министров посадить. Ты, Мирза, подготовь мне свой список. Включи туда любого главу, любого министра, любого прокурора. Всех посажу. Тебя там никто не обижает?
— Спасибо, господин президент. Нет, особо не обижают.
— Я слышал, что там есть какие-то мазахакеры или как там их… И в Баку есть мазахакеры… Ты плюнь на них.
— С большим удовольствием…
— Ты подкрепляйся, чтобы иммунитет был. Я тебе вышлю деньги. Дам распоряжение, переведут тысяч сто на твой швейцарский счет… Есть у тебя швейцарский счет?
— Пока нет, но попрошу Ширвана Керимова, он откроет. У него по всей Европе есть счета. Только денег на егосчетах нет…
— Я на счета Ширвана Керимова тоже переведу деньги. Тысяч пятьсот…У нас теперь денег много. Изъяли у Вильяма нашего… как его… Гаджиева. Пока, Мирза, не болей…
Такой вот разговор был у меня с президентом Алиевым. Кому рассказываю, говорят, что это все мне приснилось. Я мог бы им показать свой швейцарский счет с президентским пополнением. Но зачем? Пусть думают, что был сон. А то деньги взаймы будут просить. А я знаю, каково отдавать деньги нашему соотечественнику в долг. Берут, потом не отдают…
Мирза АЛИЛ
08. 05. 2020, Самара
Bu gün bir biləsüvarlı ilə az qalmışdıq vuraq bir-birimizi, yəni mən az qalmışdım onu vuram, o məni vura bilməzdi. Aramızda sosial distansiya olmasaydı yıxıb sürüyəcəkdim. Mənim yanımda prezident İlham Əliyevdən pis danışılanda cin atına minirəm, oluram Rüstəm-Zal. Bu biləsüvarlı sosial distansiyadan mənə salam verən kimi nə desə yaxşıdır? Deyir ki, bəs İlham Əliyev bu on ildə görmürdü ki, Mahir Rüstəmov oğrudur və hətta oğruların başıdır? Bu on ildə görmürdü ki, bu ofisiant biləsüvarlıların başına nə oyun gətirir?
Dedim a kişi, məni məcbur eləmə bu sosial distansiyanı adlayıb cumum üstünə. Möhtərəm Əliyev Bakıdan Mahir Quliyevi Biləsüvarda necə görsün? Sənin ağlın başındadır? Heç Bakıda olmamısan? Bakıdan Biləsüvar görünür? Yox görünmür! Mən özüm neçə dəfə Bakının ən uca yerlərindən boylanmışam, Salyanı görə bilməmişəm, düzdür, arabir ağ iyi, qara iyi gəlib burnuma dəyib, ancaq Salyanın özünü görə bilməmişəm. Biləsüvar Salyandan da o yana. Prezidentimizdən ayı, ulduzu soruş, orda nə varsa, hamısını sənə desin, çünki ay da Bakıdan görünür, ulduzlar da. Ancaq Biləsüvar görünmür. Deyirsən İlham Əliyev getsin otursun rayonda, başçıya nəzarət eləsin? Bəs o biri rayonlar? Prezidentimiz tək, rayonlar çox. Hansına getsin? Nə dedin? Versib xalqın nəzarətinə? A kişi, sən qan-qan deyirsən, xalq kimdir, xalqın nəzarətinə rayon vermək olar? A kişi, deyəsən sən ya müsavatçısan, ya da cəbhəçi. Prezidentimiz də deyib ki, müsavatçılar da, cəbhəçilər də düşməndirlər. Sən məni şərə salmaq istəyirsən, qurban ol bu koronavirusa, sosial distansiya olmasaydı, səni yararsız hala salardım…
Biləsüvarlı rədd olub getdi. Öz-özümə xeyli fikirləşib gördüm ki, yüz faiz haqlıyam. Bakıdan Biləsüvarı, Astaranı, Gəncəni necə görəsən? Düzdür, prezidentimizin, maşallah, boyu uzundur, ancaq rayonlar da uzaqdır. Mən burda Putin tərəfdarı olan bir rusdan soruşdum ki, Rusiyanın bu boyda ərazisini Putin necə görür? Dedi ki, Putinin yaxşı durbini var, dırmaşır Kremlin başına, haraya baxmaq istəsə, tuşlayır durbini ora. Ona görə də bütün işlərdən xəbərdardır…
İndi deyirəm ki, möhtərəm İlham Əliyevə də belə bir durbin lazımdır. Neçəyə olsa, onu almaq lazımdır. Çıxar uca bir yerə, tuşlayar rayonların üstünə, bir-bir baxar, görər kim nə zəbt edib, kim kimi əzir, kim kimi boğur, kim kimin ətini yeyir…
Ancaq məsləhət görərdim ki, Salyan tərəfə çox baxmasın, ordan ağ iyi, qara iyi gələr dolar burnuna, başı dumanlanar…
Mən bilən, İlham müəllimin durbini var, ancaq Lökbatanacan göstərir. Ona görə də müxalifətin mitinqləri Lökbatana təyin ediıir…
Azərbaycan prezidentinə başqa durbin lazımdır, ruslsr demişkən, durbinlər durbini…
Hə, gərək o durbin Qarabağı da göstərməyə. Prezidentin ürəyi xarab olar…
Mirzə Əlil
30.04. 2020. Samara
Для отправки комментария необходимо войти на сайт.