Tag Archives: İdris Süleymanov

12 FEVRAL — GORANBOYLU SOVET İTTİFAQI QƏHRƏMANI İDRİS SÜLEYMANOVUN DOĞUM GÜNÜ

Стандартный

Идрис Гасан оглы Сулейманов (12 февраля 1915 — 29 июля 1986) — лейтенант, командир 1-го взвода 1-го отдельного стрелкового батальона 43-й отдельной стрелковой бригады, Герой Советского Союза.

İdris_Süleymanov

İdris Süleymanov 12 fevral 1915-ci ildə Goranboy rayonunun Goran qəsəbəsində anadan olmuşdur.

1939-cu ildə Goranboy RHK-dan orduya çağırılmışdır. Leytenant İdris Süleymanov Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1942-ci il noyabrın əvvəllərində kiçik leytenant rütbəsində olarkən Mozdok yaxınlığında 43-cü əlahiddə atıcı briqadanın birinci əlahiddə atıcı batalyonunun birinci tağımının komandiri olmuşdur.

Şimali Osetiya Respublikasının Mozdok rayonunun İşşersk məntəqəsinin alınmasında qəhrəmanlıq göstərmişdir. Vuruşmanın ən qaynar anında gözündən və ayağından yaralanmağına baxmayaraq, döyüşçüləri səsləyərək, düşmənə əks-həmlə etmişdir. Bundan sonra düşmən öz mövqelərini qoyub geriyə doğru çəkilməyə məcbur olmuşdur.

1942-ci ilin 13 dekabrında kiçik leytenant İdris Süleymanova SSRİ Ali Sovetinin əmri ilə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 1943-cü ildə yaralandığına görə ön cəbhədən arxa cəbhəyə keçirilmişdir.

«Lenin» ordeni, Qırmızı Ulduz medalı və I dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə təltif edilmişdir. Müharibədən sonra Goranboy rayonunda sosial təminat şöbəsinin müdiri işləmişdir.

29 iyul 1986-cı ildə vəfat etmişdir.

VİKİPEDİYA