Tag Archives: Hilal Məmmədov

LERİK ƏSİLLİ SAMARA SAKİNİ RAMİZ HÜSEYNOVA AÇIQ MƏKTUB

Стандартный

рамиз гусейнов

Salam, Ramiz!

Dekabr və yanvarda Facebook akkauntumdan 400-dən artıq “dost”u soldim. Mənim peşəm, yəni bacardığım iş mətn yazmaqdır. Yazdığım mətni oxumayan adamları mən neynirən? Bu yaşda “Lopaq-lopaq” oynamaq, yəni əvəz-əvəz “like” qoymaq mənə yaraşmaz. Əslində  cavanlıqa da belə şeyləri sevməmişəm.

Ancaq sən də, Füzuli də mənim dostluğumda qalırdınız, sizi ancaq hamını bir nəfərədək siləndə silə bilərdim. İndi isə səni silməyə məcburam.

Məsələ burasındadır ki, sənin yazdığın rəyləri mən xəbərlər lentində görürəm. Maraqlanıb rəyini yazdığın səhifəyə də baxıram. Bu qayda ilə “Tolış media”nı tanımışdım. Bu gün də “Tolışstan” səhifəsində qoyulmuş videoya yazdığı rəyi gördüm. Taış dilində olduğuna görə, sənin rəyini başa düşmədim. Ancaq azərbaycanca yazılan rəylər də çoxdur və onların bir neçəsində azərbaycanl kişilər “oğraş”, azərbaycanlı qadınlar “qəhbə” adlandırırlar. Buna mən nə deyim? Buna sən nə deyirsən?

Biz yaxın yoldaş deyilik. Ancaq sənin Samarada yaxından yoldaşlıq elədiyin azərbaycanlılar var. Sənin soydaşlarının, yəni talışların, onları belə söyməyi sənə tixunmur?

Bur talış şərhçi yazır ki, “azərbaycanlılar Azərbaycandan qıraqda bir pox yeyə bilmirlər”.  Sən də bu fikirdəsən?

Əgər hansı talış kəndindəsə qaz yoxdursa, yol dağılıbsa, bu, ayrı-seçkiliyin nəticəsidir? Mənim kəndim Bakıdan 125 km məsafədədir. Kəndin qırağında qaz yatağı də var. Ancaq kəndə qaz iki ya üç il bundan qabaq çəkilib. Yol da elə. Niyə ümumi, milli tərkibi olmayan problem etnik konflikt yaratmaq üçün bəhanəyə çevrilr?

Mənim millətlərə, millətçiliyə münasibtim sənə yaxşı məlumdur. Talış dilindən sənin və Fizulinin köməyi ilə bir neçə şeir də tərcümə eləmişəm. Siz niyə məni söyürsünüz? Söyüşlə talışların hansı problemi həll olunar?

“Talışstan” “Talış-media” kimi səhifələrin ətrafında yığışıb azərbaycalı türklərə ağır təhqirlər yağdıranlar talışlara ancaq ziyan vururlar. Hökumət də bunları oxuyur və öz əks tədbirlərini görür. Hilal Məmmədov kimi hörmətli və mötədil ziyalılar teatr istəyəndə, bilirsən ki, bu adanmlar teatr uistəyirlər və bu teatr gərək ola. Ancaq azərbaycanlı kişiləri “oğraş” adlandıran, erməni kişilərin azərbaycanlı arvadlardan terrorçu doğdurduqlarını iddia edənlər teatr istəyəndə bilirsən ki, bunarın istəyi başqa şeydir. Bu gün açılan teatr sabah kiçik ordu qərargəhına çevriləcək. Ona görə hölumət də heç vaxt by teatrın açılmağına yol verməyəcək.

İndi, sən bilən, bunun günahı kimdədir?

Hörmətli Ramiz! Məni Fizuliyə, Əzizağa müəllimə, Novruza, ailələrinizin gənc üzvlərinə hörmətlə yanaşıram. Təəssüf ki, səninlə FB “dostluğu”na görə mənə, mənim millətimə yağdırılan təhqir və söyüşləri görürəm. Qoy o səhifələrlə hökumət məşğul olsun. Mənlik deyil. Səni isə bu səbəbdən “dost”luqdan silməyə məcburam.

Salamat olun!

Xeyrulla

07.02. 2021, Samara

газета ОЧАГ 2012-06

Стандартный

очаг6_цветн_2012скр. Очаг 2012-6