Tag Archives: Hikmət Nəzərli

7 MART — MİLLİ QƏHRƏMAN, XOCALI ŞƏHİDİ HİKMƏT NƏZƏRLİNİN DOĞUM GÜNÜ

Стандартный

HİKMƏT NƏZƏRLİ

Hikmət Nəzərli — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi.

7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur.

Qarabağda ermənilərin törətdikləri vəhşiliklərə dözə bilməyən Hikmət könüllü olarq orduya yazılır. Ağdam rayonunda şərəfli döyüş yolu başlayır. Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur. 1992-ci il 25 fevral ermənilər Xocalıda vəhşilikər törətdikləri zaman Hikmət idarə etdiyi maşınla düşmənə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradırdı.

Bu döyüşdə xeyli erməni quldurunu məhv edən Hikmət son anda döyüşçü dostları ilə meşəyə çəkilir sonrakı taleyi barədə heç bir məlumat yoxdur.

Ailəli idi, bir övladı yadigar qalıb.

NAZİR MÜAVİNİN İTKİN DÜŞƏN OĞLU
Atası Baba Nəzərli Müdafiə nazirinin müavini idi. Qarabağa silah və ərzaq aparılmasına kömək edirdi. Dedi ki, tapşıraram əsgərləri aparan avtobus gedəndə evimizin yanından keçər, düşüb Hikmətlə görüşərsən. Avtobusun qapısında dayananda içəridə bir-birindən gözəl, bir-birindən boylu-buxunlu cavanları gördüm, Hikməti yolundan etməyə dilim gəlmədi. Əsgərlərdən biri dedi ki, ana, narahat olma, biz qayıdacağıq. Ön cəbhəyə dövlət tərəfindən heç bir dəstək yox idi. Hansısa döyüş əməliyyatını yerinə yetirəndə Hikmət çaya düşmüşdü, qıcolma tutmuşdu deyə, onu evə gətirmişdilər. Çox arıqlamışdı, əvvəlki cüssəli Hikmətdən əsər-əlamət qalmamışdı. Onlar ilk dəfə cəbhəyə yollananda  dekabrın sonları idi. Hikmətlə birlikdə gedən otuz iki nəfər Ağdamda düşsə də, onlardan on iki nəfər vəziyyəti, şəraiti görüb qaçmışdı, iyirmi bir nəfər isə Xocalını müdafiə etməyə yollanmışdı…

HİKMƏT NƏZƏRLİNİN ANASI

Mənsurə xanım əlinin altındakı salfetlərdən birini götürüb gözünün yaşını sildi. Birdən mənə elə gəldi ki, Mənsurə xanımın danışmaqdan çox susmağa ehtiyacı var. Bəlkə də belə insanların dərdini tərpətdiyimə görə məni heç vaxt bağışlamayacaq Yaradan. Onun gözlərindən tökülən yaş deyildi, od parçasıydı. Düşdüyü yeri yandırardı. Amma Mənsurə xanım onları düşməyə qoymurdu, salfet əlində idi..

məqaləni bu ünvanda oxuya bilərsiniz:

http://axar.az/news/62309#ad-image-0

Реклама