Tag Archives: Hikmət Hacıyev

«ÖN CƏBHƏ» HARDADIR? HİKMƏT HACIYEV ARVAD YERİNƏ GEDİB?

Стандартный

Hacıyev_Hikmət

Dövlətsevər Azərbaycan jurnalistləri xəbər verirlər ki, “prezidentin köməkçisi Hikmət Hacıyev ön cəbhəyə gedib”.

Gözəl xəbərdir! Oxuyanda adamın iştahı açılır. Mən əminəm ki, Tofiq Yaqublu da bu xəbəri eşidəndə bərk acıyıb, aclığı pozmaqdan özünü güclə saxlayıb.

Vallah, Aynur Camalqızının dediyi kimi, göz yaşlarıma hakim ola bilmədim…

Sizdən nə gozlədim, iştahım açılsa da, yeməyə bir şey tapmayıb bir az soyudum. Soyuq başla fikirləşəndə gördüm burda nəs fırıldaq var. Necə yəni “ön cəbhə”?  Cəbhə müharibədə olar. Məgər Azərebaycan Ermənistanla müharibə eləyir?

Yaxşı, deyək ki, eləyir. Və ön cəbhə də var. Bəs niyə Lerikin, Masallının, Salyanın, Şamaxının, Qubanın, Tərtərin kasıb uşaqları ölümə gedəndə demirsiniz onlar “ön cəbhəyə” gedirlər?

A binamus kişilər və qadınlar! Yaxşı, sizin qeyrətiniz yoxdur, bəs insafınıza nə gəlib?

Elə Hikmərt Hacıyev əyninə hərbi paltar geyən kimi ayağının qoyduğu yer “ön cəbhə” oldu?

Başa düşürük ki, bu  “ön cəbhə” Paşinyanın arvadına cavabdır. Yəni əslində Hilmət Hacıyevi “ön cəbhəyə” arvad yerinə göndəriblər. Ancaq Paşinyanın arvadını bütün Ermənistan tanıyır.

Hikmət Hacıyevi Azərbaycan əsgəriu tanıyırmı?

Hikmət Hacıyev əsgərlərə nə danışacaq?

Özünün “cəbhədə” göstərdiyi şücaətlərdən? Belə şücaətlər var?

Ya əlahəzrət prezidentin atalıq qayğısından?

Azərbaycan əsgəri gözünü dünyaya açandan bu qayğı söhbətini eşidir və bilir ki, yeganə imtiyazı ölmək və Zakir Həsənodan ölümündən sonra üçüncü dərəcəli dəmir medal almaqdır…

Hikmət Hacıyev ön cəbhədə…

Güldürün erməniləri bizə…

Mirzə ƏLİL

13.09. 2020, Samara

«YANEYRƏM, A DAĞLAR!..» OXUYUR HİKMƏT HACIYEV

Стандартный

HİKMET_hACİYEV

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev hər gün açıqlama verir. Prezident  işə gələn kimi soruşur:

— Açıqlama vermisən?

— Vermişəm, əlahəzrət prezident. İkisini vermişəm.

— Get birini də ver. Nə qədər çox versən, o qədər yaxşıdır. Öyrəşikli olarsan.

Bu gün səhər tezdən Hikmət Hacıyev təzə açıqlama verib. Eşidib ki, Dağlıq Qarabağı Livan erməniləriylə doldururlar, şalvarını çəkə-çəkə qaçıb açıqlama verməyə. Deyib ki, Nürnberq belə, Cenervrə elə, cinayət məcəlləsinin filan maddəsi belə, filan maddəsi elə…

O qədər güldüm ki, yer axtardım açıqlama verməyə…

Nə Nürnberq, a kişi…

İkinci dünya müharibəsi 1939-da başlanıb, 45-də bitib. Cəmi altı ildən sonra.

Dağlıq Qarabağı ermənilər 1988-ci ildən ayırıblar. Otuz iki ildən çox keçir. Hesabı bilmirsən?

Nə məcəllə, nə maddə?

Bu, bilirsiniz nəyə bənzəyir? Quldur qaranlıq dalanda Kalaşnikov avtomatının lüləsini dayayıb sənin alnına, sən də ona deyirsən ki, məcəllə belə, maddə elə…

A kişi, güldürmə məni…

Elə ki, gördün açıqlama verməyin gəlir, öyrəşikli olmusan, gir bir xəlvət yerə, tullan prezident hovuzuna, suyun altında ver açıqlamanı. Heç kim eşitməsin.

Camaatı özünə güldürmə…

Mirzə ƏLİL

12. 09. 2020, Samara

AYNUR CAMALQIZINA: BİZİM HƏYƏCANIMIZIN TƏBİLİNİ ERMƏNİLƏR NİYƏ ÇALIRLAR?

Стандартный

Kak_nauchitsya_igrat_na_barabanah_6

Jurnalist Aynur Camalqızı, türkün məsəli, açıqlama verib. Və, ayıb olmasın, aşıqlama verərək deyib ki. ermənilər Livanda partlayışdan zəzər çəkmiş soydaşlarını Qarabağda yerləşdirməyə hazırlaşırlar. Bundan narahat olan Azərbaycan rəhbərliyi həyəcan təbili çalır. Konkret olaraq:

Xarici işlər naziri Ceyhun Bayramov təbil çalır;

Prezidentin köməkçisi Hikmət Hacıyev təbil çalır;

Azərbaycan diplomatları təbil çalırlar;

Azərbaycan daspor təşkilatlarının rəhbərləri təbil çalırlar…

Burda mənim yadıma keçən əsrin 70-ci illəri düşdü. Azərbaycanda nağaraçılar ansamblı var idi. Çingiz Mehdiyev rəhbərlik edirdi. Böyük sovet-partiya konsertlərində hökmən 40-50 kişi nağaranı qoltuqlayıb səhnəyə çıxır, yarım saat gumbuldadırdılar.

Bu nağaraçalanlar Azərbaycan KP MK-in 1-ci katibi Heydər Əliyevim çox xoşuna gəlirdilər. Onlar gumbuldatdıqca, yoldaş Əliyev yerində çəpik çalırdı…

Məni Azərbaycandan o nağaraçılar qaçırdılar…

İndi o “Qobustan ritmləri” yadıma düşdü, gözümün qabağında qoltuqlarında nağara Ceyhun Bayramovla Hİkmət Hacıyev gəldilər, hönkür-hönkür ağladım…

Görün Aynur Camalqızı sonra nə deyir. Deyir ki, hətta bu işə bəzi erməni siyasətçiləri və siyasətşünasları da həyəcan təbili çalırlar…

Dünyanın axırıdır, vallah! Başlı başını saxlasın! Başdan papaq götürürlər!

Ermənilər qabaqlar kamança çalardılar. İndi keçiblər təbilə. Özü də bizim yerimizə çalırlar.

Axı həyəcan bizimdir! Bizim həyəcanın təbilini ermənilər niyə çalırlar?

Bircə onu başa düşdüm ki, Aynur Camalqızı da saatlarla həyəcan təbili çalır və buna görə ağlı bir az çaşıb.

Gərək bundan sonra bu xanım, türkün məsəli, açıqlamanı ayıq başşla versin..

Ya heç verməsin.

Nə qədər açıqlama vermək olar?

Ustadlar demişkən, biz dəxi rüsvayi-cahan olduq…

Mirzə ƏLİL (hal –hazırda Mirzə Təbil)

01.09. 2020
Samara

HİKMƏT HACIYEVİ TƏCİLİ ATASIYLA GÖRÜŞDÜRÜN!

Стандартный

trend_hikmet_haciyev_300620_5

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev altı aydır ki, atasını görmür. Ata ayrılığı çox ağır dərddir. Mərhum şeyx Seyid Şərafətdin Səlyani demişdi ki, bir insan əgər atasını altı ay görməz, onun əqli başından kənar olar.

Yəni ağlı başından çıxar.

Biz demirik ki, Hikmət Hacıyevin ağlı başından çıxıb. Ancaq görünür ki, bu istiqamətdə proseslər gedir. Baxın görün Hacıyev nə deyir:

 “Ermənistan rəhbərliyi Tovuz hadisələrini guya özləri üçün dırnaqarası qələbə kimi təqdim etməyə çalışır”.

Necə yəni “dırnaqarası?  Necə yəni “guya”? Əgər bir qotur kapitan iki dılğır əsgərlə öz ərazimizdə bizim polad generalımızı, polkovnikimizi, mayorumuzu öldürürsə, bu, qələbə deyilmi? Bəs qələbə necə olur?

Görün sonra Hacıyev nə deyir:

Azərbaycanın Ermənistanla dövlət sərhədi boyunca hər hansı hərbi məqsədi yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin məqsədi sərhədlərin toxunulmazlığının, müdafiəsinin, sərhəd yaxınlığında yaşayan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsidir.

Necə yəni hərbi məqsədi yoxdur? Sərhədin toxunulmazlığı məqsəd deyilmi? Niyə sərhəd belə pis qorunur? Üç dılğır erməni sərhədi keçib bütün regional rəhbərliyi məhv edəndə, ordu niyə cavab vermədi? Fələstinlilərin bir sınq-salxaq raketi İsrail ərazisində bir yəhudinin bir yerini cızsa, İsrail aviasiyanı qaldırır, fələstinlilərin mövqelərini darmadağın edir, bəzən onlarla insanı qırır. Hanı Azərbaycan ordusunun cavabı? Demaqoqiya cavab deyil! Demaqoqiya avam, sadəlövh adamların gözünə kül üfürməkdir!

Cənab Hacıyev, yəqin belə cəfəngiyyatı başınız pozulduğunuza görə danışırsıbnız. Təcili Gəncəyə gedin. Ya da atanızı Bakıya gətizdirin. Bəlkə ağlınız yerinə gələr və bilərsiniz ki, Paşinyan Şuşadadır və qələbə barədə dedikləri tamamiə doğrudur.

Mirzə  ƏLİL

29.08. 2020, Samara

BİZƏ, TÜRKÜN MƏSƏLİ, KARDAŞYAN KİMİ DALLI-QABAQLI ARVAD LAZIMDIR…

Стандартный

Collage 2020-07-21 13_34_37

“Çətin vəziyyətə düşən erməni lobbisi Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu”.

İnanmaq çətindir, ancaq bunu doğrudan da prezidentin köməkçisi HikmƏt Hacıyev deyib…

Çətin vəziyyətdə kimdir? On üç hərbçini, o cümlədən generalı, polkovniki, mayoru itirən Azərbaycan ya dörd itki vermiş Ermənistan?

Doğrudanmı bizə bu zərbələri vuran Kim Kardaşyandır? Bu arvad  sarsıdıcı zərbələrini, türkün məsəli, dalıyla vurur ya qabağıyla? Və bu arvadın qabağına çıxarmağa bizdə arvad yoxdurmu? Zeynəb Xanlarova yaramırmı? Bəlkə Elmira Axundova? Mən onun cavan vaxtını görmüşdüm, dal-qabaq məsələsində Kim Kardaşyandan geri qalmazdı…

Bəlkə Milli Məclisin sədrini çıxarasınız Kardaşyanın, türkün məsəli, qabağına? İndi axı bizim, ayıb olmasın, spikerimiz də arvaddır…

Mən belə başa düşürəm ki, daha Azərbaycanda orduya ümid qalmayıb. Qarşıda əsas məsələ bizə dalıyla, qabaqğıyla zərbələr endirən Kardaşyan kimi arvad tapmaqdır…

Bəlkə müsabiqə keçirmək lazımdır?

Səfərbərlik elan edin — o qədər arvad yazılar ki…

O ki qaldı prezidentin köməkçisinə… Mən belə başa düşürəm ki, Hikmət Hacıyevin əsas vəzifəsi təlxəklikdir. Yəni məzəli sözlər danışıb prezidentin kefini açmaq. Ancaq hörmtli olmaq üçün təlxək demirlər, deyirlər köməkçi…

Yəni Molla Nəsrəddin qarğaya bildirçin deyən kimi. Deyirdi “adını siz qoymamısıız ki…”

 

Mirzə ƏLİL

21.07. 2020, Samara