Tag Archives: Hacıbaba Hüseynov

3 MART — HACIBABA HÜSEYNOVUN DOĞUM GÜNÜ

Стандартный

Hacıbaba_Hüseynov

Hacıbaba Hüseynov 3 mart 1919-cu ildə Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində anadan olmuşdur. Ruhani ailəsində böyümüşdür. Erkən yaşlarından güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını mənimsəyərək qəzəllər yazmağa, tədricən muğam və təsniflər oxumağa başlamışdır. Onun səs diapozonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi.

Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirlimişdir. Uzun illər Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs demiş, xanəndələr yetişdirmişdir. Onun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır.

Azərbaycan Xalq Artisti, xanəndə Sara Qədimovanın yeznəsidir.

 

Реклама