Tag Archives: Hacıbədəlli kəndi

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TOĞRUL ABBASOV

Стандартный

Toğrul_Abbasov

Toğrul Abbasov (tam adı: Toğrul Bayram oğlu Abbasov; 31 dekabr 1990Ağcabədi rayonu – 27 sentyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Toğrul Abbasov Bayram oğlu 31 dekabr 1990-cı ildə Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuşdur. 1996-cı ildə Hacıbədəlli kənd tam orta məktəbində 1-ci sinifinə daxil olmuşdur. 2007-ci ildə həmin məktəbin məzunu olmuşdur. 2008 — 2010-cu illərdə Naxçıvan Muxtar Respublikasında, Azərbaycan Respublikasının Daxili Qoşun Komandanlığında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra, müxtəlif sahələrdə çalışıb. 2019-cu ilin may aylarından ordu sıralarında gizir kimi işləməyə başlamışdır.

Toğrul Bayram oğlu Abbasov İkinci Qarabağ müharibəsinin ilk günü 27 sentyabr 2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə böyük sücaət göstərərək həlak olmuşdur. 28 sentyabr 2020-ci il tarixində Ağcabədi rayonunun Hacıbədəlli kəndində böyük izdihamla dəfn edilmişdir.

vikipediya