Tag Archives: Həsən bəy Zərdabi

28 iyun — BÖYÜK AZƏRBAYCANLI HƏSƏN BƏY ZƏRDABİNİN DOĞUM GÜNÜ

Стандартный

Zerdabi1

Həsən bəy Zərdabi (Həsən bəy Məlikov) (28 iyun 1837, Zərdab, Göyçay qəzası — 28 noyabr 1907, Bakı) — Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi («Cəmiyyəti-Xeyriyyə», 1872), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk turkdilli qəzet – «Əkinçi»nin naşiri (1875), Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906).

Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra Şamaxı şəhər məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə imtahansız daxil olmuş, dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirmişdir.

Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilmişdir. Lakin vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirmişdir. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləmiş, daha sonra 1869-cu ildə Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlamışdır. Mütərəqqi fikirlərinə görə dəfələrlə təqib edildiyindən müəllimlikdən əl çəkmiş, xalqı üçün geniş mədəni tədbirlər həyata keçirmək uğrunda fəaliyyətə başlamışdır. Vaxtilə evlərində keçirilən şeir və musiqi həvəskarlarının məclisləri onda dərin iz buraxmışdır.

Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramatuqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M. F. Axundovun «Hacı Qara» və «Lənkəran xanının vəziri» komediyaları tamaşaya qoyulmuşdur.

Həsən bəy Zərdabi geniş ictimai fəaliyyət göstərmiş, N.Nərimanov ilə birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak etmişdir. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. Gündəlik həyatında və işində xalqla sıx bağlı olmuş, asudə vaxtlarını xalq arasında keçirmiş, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirmişdir.

Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmişdir. Bununla əlaqədar o İstanbuldan hürufat gətirtdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində «Əkinçi» qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən «Əkinçi» ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür.

Həsən bəy Zərdabinin yaratdığı «Əkinçi» qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər.

İlk mətbu orqan kimi «Əkinçi» öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini «ziyalı» sayan bəzi üzdəniraq insanlar yerbəyerdən «Əkinçi»nin üzərinə hucuma keçdilər.

1877-ci il sentyabrın 29-da «Əkinçi» öz nəşrini dayandırmağa məcbur oldu. qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.

1880-cı ildən etibarən Həsən bəy Zərdabi doğma kəndi Zərdabda yaşamışdır. O, kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq o yenə də mətbuatda fəal iştirak edirdi.

1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan «Ziya», «Kəşkül», «Kaspi», «Novoye obozreniye» və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.

Həsən bəy Zərdabi 1875-ci ildə «Əkinçi» qəzetinin 1, 4, 8-ci, 1876-cı ildə 26-cı saylarında və 1899-cu il «Kaspi» qəzetinin 172-ci sayında tоrpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vermişdir, tоrpağın xışla deyil, kоtanla şumlanmasını təklif etmişdir.

Həyatının son illərində Həsən bəy Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olmuşdur.

Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalmışdır. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycan Təbiət Tarixi Muzeyi Həsən bəy Zərdabinin adını daşıyır.

vikipediya

 

Реклама

“ƏKİNÇİ”: BALAXANADAN NEFT DƏMİR NOVÇAIARLA DAŞINACAQ

Изображение
“ƏKİNÇİ”: BALAXANADAN NEFT DƏMİR NOVÇAIARLA DAŞINACAQ

EKIN

Badkube uyezdinin Balaxana qəryəsində neft quyuları var ki, oradan nefti gətirib şəhərin yanında olan zavodlarda ondan cövhər çəkirlər. Zikr olan qəryədən zavodlaracan 7 verst yoldur ki, kirayəçi ərradəçilər neftin putunu 5 qəpiyə gətiririllər. Deyirlər keçən il ərrradəçilər zavod sahiblərinən 500 min manatacan kirayə alıblar. İndi Badkubə şəhərində iki kompaniya bina olub: birisi istəyir Balaxanıdan nefti yer altı ilə dəmir novçalar ilə gətirsin və birisi isə istəyir dəmir yolu təmir eləsin. Yer altı ilə neft gətirmək istəyənə dövlət tərəfindən izn verilib və bu bahar onu başlayacaqlar. Deyirlər buna 100 min manatacan xərc olacaq. Dəmiryolu ilə gətirmək istəyənə indiyəcən izn alınmayıb, amma bişəkk dövlət izn verəcək və izn barəsində ərizə göndəriblər. İndiyəcən dəmiryolundan ötrü 200 min manatacan cəm olub. Deyirlər onun 300 min manatacan xərci olacaq.  Neft cövhəri satanlar keçən il ziyadə nəf ediblər. Əvvəl onun putunu Moskva və qeyri  şəhərlərdə bir manat yarıma, iki manata satırdılar, amma keçən il 3-4, hətta 5 manata satıblar.

18yanvar 1877

СТАРЫЙ БАКУ 1

 

«ƏKİNÇİ»: QUYULAR FƏVVARƏ VURUR, NEFT İSƏ BAHADIR

Стандартный

EKIN

Neft baha satılmağının bir səbəbi budur ki, onu qeyri yerlərə çəllək ilə aparanda neft duru olduğuna çəllək axır. İndi “Russki mir” qəzeti yazır ki, Peterburqda bir firəng hükəması gəlib ərizə verib ki, mən nefti bir qeyri yerə aparmaqdan ötrü onu bərk şeyə döndərib, genə sonra duru edə bilirəm. Ona binaən dövlətdən izn istəyir ki, ona Rusiyada neft aparmaqdan ötrü ona icma bina etməyə ixtiyar versin.

====================================

Əgərçi bu halda Badkubənin neft quyularının bəzilərindən neft fəvvarə vurub çıxır, amma bunilə belə neftin qiyməyi artır. Bu halda qara neftin yaxşısının putu 10 qəpik.

14 APREL 1877

«ƏKİNÇİ» AMERİKA NEFTİ BAKI NEFTİNİ QİYMƏTDƏN SALIR

Стандартный

EKIN

Peterburqdan “Bakincki izvestiya” qəzetinə yazırlar ki, Badkubədə qayrılan neft cövhəri gün-gündən qiymətdən düşür və buna səbəb oldur ki, Amerka cövhəri çox təmiz olduğuna görə hamı onu işlədir, əgərçi o, Bakı neftindən baha satılır.

3 март 1877

«ƏKİNÇİ»: SALAHLIDA QAZAN SAKİNİ MƏKTƏB AÇIB

Стандартный

EKIN

Gəncə quberniyasının Salahlı qəryəsində bir Qazan şəhərli müsəlman uşaqları üçün məktəbxana açıb onlara rus dili oxudur. İndi “Tifflisski vestnik” qəzeti yazır ki, Tiflis şəhərində sakin olan Dicon Milvil adlı ingilis ki, Londonda bina olan Tövrat icmasının calisidir, zikr olan məktəbxanaya 65 kitab və iki atlas, yəni kürreyi-ərzin şaklini ki, türk dilində çap olunubdur, bağışlayıb.

4 yanvar 1877

«ƏKİNÇİ»: DAĞISTANLI ƏLİ NAZLI OLUB…

Стандартный

EKIN

Zəkərtala şəhərindəın yazırlar ki, bir dağıstanlı Əli adlı kişi saqqal və bığını naqqaş ilə didib, övrət libası geyib adını Nazlı qoyub, bir meçə ildir Zaqatala şəhərində və onun ətrafında olan kəndlərdə qarabaşlıq edir və genə yazırlar ki, keçən noyabr ayında Car dərəsinin dəyirmançısı qız və gəlinlər dəyirmana gələndə onları görüb hərəkətə gəlməkdən özünü saxlamaqdan ötrü , bir iti bıçaq  ilə istəyib özünü axtalasın, amma ol zaman qəşş edib, onu bir gün bir gecədən sonra tapıb  divanxanaya göndərib, mərizxanada ona 3 ay müalicə edəndən sonra sağ olub.

17 mart 1877

«ƏKİNÇİ»:»MŞAK» QƏZETİ YALAN YAZIR

Стандартный

EKIN

“Mşak” qəzeti həmişə yazır kiI Osmanlı dövlətinin zülmündən ermənilər qaçıb Rusiya vilayətlərinə köçüh və çbh dəfə yazıb ki, filan günü bir böyük dəstə erməni başaçıq, ayaqyalın Gömrü qalasına gəlib. İndi ermənilərin qeyr qəzetlərinə Gömrü qalasından yazırlar ki, bu xəbərin heç əsli yioxdur və indiyəcən Gömrüyə bircə də erməni gəlməyib.

«ƏKİNÇİ»: TİFLİSDƏ OSMANLI KONSULUNU VƏ ARVADINI ÖLDÜRÜBLƏR

Стандартный

“Tiflisski vedomosti” yazır ki, oktyabrın 10-da axşam saat səkkizdə Osmanlı dövlətinin Tiflis şəfərində olan general-konsulu cənab Bidciti və onun övrətini şldürüblər. Ol cənab özü qrek, övrəti polka və hər ikisi xristian imişlər. Konsula xəncər ilə 20 yara yetişib. Onları öldürən məlum deyil, amma belə məlum olur ki, onlar evin yolunu yaxşı bilirlər imiş. Bir saat və bir üzük aparıblar.

22 oktyabr 1876

“ƏKİNÇİ”: AĞACDA OTURUB SƏRÇƏ, NİYƏ UZUNSAN, AY KÜÇƏ…

Стандартный

HƏSƏN BƏY ZƏRDABİ

Məlıumdur ki, hər kəsin mahnıdan xoşu gəlir və bir yaxşı sövtü olan-olmayan da özü mızıldamağa durur. Bu səbəbə mahnı çərəndiyat hesab olunur isə də, çox vacib şeydir,  Ona binaən onun mənasını yaxşılandırmaq səyinə düşmək lazımdır. Hər tayfanın vətəndarlıq və millətin keçmişində olan yaman və yaxşı günlərini şərt edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnilara baxan gərək təəccüb eləsin ki, xudavənda, onlar kim və nə üçün düzəldib. Onların çoxunun ki, avam çağırır, heç mənası olmur.  Məsələn:

Ağacda oturub sərçə,

Niyə uzunsan, ay küçə?

Sən harda qaldın, ay beçə,

Ey yar, ey yar, ay qaragöz.

Belə çağıranların barəsində deyiblər ki, eşşəyin anqırması özünə xoş gəlir, amma çifayda, eşşək anqıra gəzir və onu belə anqırmaqdan xilas etmək səyinə düşən yoxdur. Bizim kamalllı hesab olunan qardaşlarımız Hafiz ya Sədinin də bu məzmunda şeirlərini oxuyurlar: meyi düsalə və yar çəhardəh və ya məkun təkyə bərmali-dünya və püşt (ikiillik şərab və on dörd yaşında məşuqə və dünya malına bel bağlama) ki, bunlar avam çağıran mahnılardan da yamandır. Avamın ağzına qeyri mahnılar salmaq olur, amma məkun təkyə bərmali-dünya çağıran qadaş vəfat edib öz ağlaşmasını çağırır və onun sağalmasına ümid yoxdur. Belədə yaxşı olurdu ki, bizim şüəralar bir-birini həcv ya mədh etmək əvəzinə zikr olan məzmunda mahnəlar düzəldeydilər ki, onlar ağızdan-ağıza düşüb xalqı nadanlıqdan danalığa (fars sözüdür, “savadlılığa” mənasında – “Ocaq”) təhrik etməyə bais olaydı.

“ƏKİNÇİ”, 1 sentyabr 1877