Tag Archives: Göydə gedən beş durnalar

KOROĞLU” DASTANINDAN: “GÖYDƏ GEDƏN BEŞ DURNALAR…”

Стандартный

   “HƏMZƏNİN QIRATI APARMASI” QOLU

Göynən gedən beş durnalar,
Bizim ellər yerindəmi?
Bir-birindən xoş durnalar,
Bizim ellər yerindəmi?

 
Söhbət olurdu sazınan,
Ördək olurdu qazınan,
Necə incəbel qızınan,
Tuti dillər yerindəmi?

 
Sevib, seçib bəyəndiyim,
Sədasından oyandığım,
Arxasında dayandığım,
Çənlibellər yerindəmi?

 
Bəzirgana sataşdığım,
Qumaşına bulaşdığım,
Dönüb boynundan aşdığım,
Çənlibellər yerindəmi?

 
Hərdən işvə-qəmzə satan,
Mənimlə ixtilat qatan,
Gələndə atbaşı tutan,
Şux gözəllər yerindəmi?

 
Çalxalanıb döyündüyüm,
Arxa vurub söyündüyüm,
Qovğa günü öyündüyüm,
Nər dəlilər yerindəmi?

 
Koroğlu heç deməz yalan,
Toqata salmışam talan,
Cümlə dəlilər, Eyvaz xan,
İyid ərlər yerindəmi?

Реклама