Tag Archives: Gövhər xanım Qacar

«MOLLA NƏSRƏDDİN»: MİNA XANIM TALIŞİNSKAYANIN XATİRƏSİNƏ

Изображение

TƏƏSSÜF

1914 ТАЛЫШИНСКАЯ

 

Hərçənd ki, təsəttüri-nisvan tərəfdarlarının xoşuna gələcək, amma biz bu günlərdə Tiflisdə vəfat eləyən Mina xanım Talışinskayanın əksi ilən məcmuəmizi ziynətləndirməyi özümüzə fəxr hesab edirik. Mina xanım Tiflisdəki arvad cəmiyyəti-xeyriyyəsinin banilərindən və çalışan üzvlərindən idi. Hər cür xeyir işlərdən və maarif yolunda fədakarlıqdan geri durmazdı. Nə qədər ki Qafqazda minlərcə bu cür oxumuş və tərbiyəli analar, ismətli və millətinin qeydinə qalan xanımlar vücuda gəlməyib, biz Mina xanım kimi möhtərəm xanımların bu cür vaxtsız əlimizdən getməyini Qafqaz müsəlmanlarından ötrü milli bədbəxtçilik hesab edəcəyik.

İdarə

«Molla Nəsrəddin», 1914-02

 

1910 -cu ilin əvvəlində Tiflisdə Qafqaz Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti yaranır. Həmin cəmiyyətin işinə 40 nəfərdən çox ziyalı qadın cəlb olunur. Burada da dörd nəfərdən ibarət – Gövhər xanım Qacar, Nigar xanım Şıxlinskaya, Məsimə xanım Talışinskaya və Səltənət xanım Əhmədova cəmiyyətə daim üzv seçilir. Cəmiyyətin sədri Gövhər xanım Qacar, müavini Həmidə xanım Cavanşir, xəzinədar isə Mina xanım Talışinskaya olur. Dörd nəfər fəxri, iyirmi bir nəfər həqiqi, iki nəfər qeyri – həqiqi və dörd nəfər ömürlük üzv seçilir. Az bir müddət ərzində həyata keçirilən tədbirlər bütün Qafqaza səs salır. Cəmiyyətin nəzdində bir neçə qız məktəbi yaradılır. Eyni zamanda, qadınlardan ibarət dram dərnəkləri təşkil olunur.

http://www.azadliq.info/21444.html

Реклама