Tag Archives: general Vaqif Axundov

YƏQİN GENERAL ƏFƏLLƏYİB, DEPUTAT XANIM JALƏ ƏHMƏDOVA KÖNÜLLÜ AXTARIR…

Стандартный

Xanım deputat Jalə Əhmədova elan verib ki,  könüllü yığır.

Yüksək rütbəli xanımların könüllülər yığdığı  tarixdən məlumdur. Misir kraliçası Kleopatra, rus çariçası İkinci Yekaterina da könüllülər yığıblar. Bu elanı görən kimi istədim mən də CV göndərəm, məni burda başa saldılar ki, Mirzə, sən bu könüllülüyə yaramırsan. Dedilər yaşın çoxdur, özün də əfəlləyib getmisən, sən bir könüllə xanımın nəyinə yarayacaqsan, belə işdə əsas könül deyil, Mirzə, əzələdir…

Məsələni başa düşüb çox utandım…

Və məsələ orasındadır ki, Jalə Əhmədovaya deputat mandatını salyanlılar verməyiblər, mandatı ona bir salyanlı verib və o salyanlının adı lplastik kütlə generalı Vaqif Axundovdur. Və bu general ona görə plastik kütlə generalıdır ki, Salyanda Sovet hökumətinin on milyonlarla qızıl rubla tikdiyi plastik kütlə zavodunu özəlləşdirib. Yox, “özəlləşdirib”  yox, özəlləşdirib” abırıl sözdür. Çırpışdırıb…

Bu zalım oğlu, yəni Salyanda milis maşınının sürücüsü olmuş mərhum Əlibalanın oğlu bu zavodu çırpışdırmaqla məhdudlaşsaydı, dərd yarı idi. Dərd isə yarı deyil, boğazacandır. Plastik kütlə generalı yanında işləyən gözəşirin xanımı aparıb oturdub deputatxanada…

“Xanım sənə, xanım sənə mandat alım…”

Azərbaycanda bir adamın bir düyməsi yox, iki düyməsi açıq olanda hoydu-horduya götürürlər. Yəni ki, xalqın qeyrətinə, namusuna toxunmur.

Bəs parket ya plastik kütlə generallarının cavan xanımları oturtduğu parlament namusa toxunmur?

Əldəqayırma məhkəmələr xalqın namusuna toxunmur?

Hampazor, quldur icra başçılar xalqın namusuna toxunmur?

Yox, mən mövzudan yayındım. Cəhənnəmə toxunsun, gora toxunsun. Ölkə onsuz da başdan-ayağa, qarabağlıların ya gəncəlilərin dediyi kimi, “xajalatdır”…

Qayıdaq Jalə xanımın könüllü yığmağına…

Və əgər mən  yaşıma görə bu könüllülüyə yaramıramsa, deməli, plastik kütlə generalı Axundov da yaramır, çünki bu general elə mən yaşdadır..

İndi başa düşdünüz Jalə Əhmədova niyə könüllü axtarır?

Yəqin indi boksçular, güləşçilər, gimnastlar Jalə xanımın qapısında növbəyə düzülüblər… Jalə xanım da onları İkinci Yekaterina kimi çeşidləyir…

Bu işin ən yaxşı tərəfi odur ki, Azərbaycan elminə, mədəniyyətinə görə tarixlərə düşməsə də, belə xanımların hesabına düşəcək. Bəlkə Jalə xanımm adını İkinci Yekaterina ilə yanaşı çəkəcəklər.

Fəxrimizdir…

Mirzə ƏLİL

30.01. 2022, Samara

Реклама

MİLLİ ŞƏRƏFSİZLƏR MƏCLİSİ MİLLƏTƏ MÜRACİƏT EDİR. MİLLƏT SUSUR…

Стандартный

İlham Əliyev 3

Milli Məclis “böyük zəfər qazanmış” Ali baş komandana və xalqa müraciət edir.

Sual: döyüşlər gedəndə bu deputatlar harda olublar? Niyə minlərlə şəhidin içində  bunların övladı, yaxını yoxdur? Bunların nəinki kiməsə müraciət etməyə, hətta danışmağa haqqı varmı?

Azərbaycanda hamı bilir ki, Milli Məclis parlament deyil, qondarma qurumdur, çünki Milli Məclisdə illərlə altını qızdıran və altını dolduran boynuyoğun, harın kişilərin və yüksəlişi  hansı boynuyoğununsa altına yıxılmaqdan başlamış arvadların heç birinə mandatı xalq verməyib. Özünü müstəqil deputat sayan yeganə deputat Erkin Qadirlini də Milli Məclisə prezidentin icazəsiylə buraxıblar. Sabah özünü “müstəqil” aparsa, onu it kimi qovarlar.

Bu adamlar nəinki utanmırlar, bu adamlar xalqdan qorxmurlar da. Axı bir neçə min şəhidin on minlərlə yaxını var. Xalq bütövlükdə onların haqqını tələb elıəməsə də, öz yaxınları övladlarının nədən və kimdən ötrü öldüklərini soruşmalıdırlar. “Vətən uğrunda” cavabı kafi deyil. Əgər fəhıə-kəndi uşaqları vətən uğrunda ölürdülərsə, niyə həmin vətənin uğrunda ölkə xəzinəsini ata malı kimi yeyən, üstəlik Azərbaycanın bütün rayonlarında ən münbit əraziləri tutan, qanunsuz biznes qayıran deputatların övladları, yaxınları niyə ölmürdülər?

Niyə Azərbaycanda nəinki hakimiyyəti həmişəlik etmiş, üstəlik onun bütün sərvətlərinə sahib olmuş ailələrdən bir zabit belə çıxmır? Fikir verin, şəhid olmuş zabitlərin hamısı kənd rayonlarından, sadə ailələrdəndir. Bəzi şəhid ailələrini evləri başlarına uçur.

Niyə şəhidlərin içində Kəmaləddin Heydərov, Məhərrrəm Əliyev, Vaqiv Axundov, Bəylər Əyyubov  kimi əldəqayırma generalların yaxınları yoxdur? Bəs nazirlərin, icra başçılarının övladları, yaxınları?

Bu “zəfər” sizə haram olsun! Qan qusasınız! Balaları şəhid olmuş anaların ahı sizi tutsun, cəhənnəmdə nəsilliklə yanasınız!

Müharibənin lk günlərində mənə Salyanın Xocalı kəndindən şəhid Elmir Məmmədovun şəklini göndərdilər. Neft akademiyasınin məzunu. Üç ayın əsgəri olub. Basıblar güllənin qabağına, minalı səhədən yürüdüblər…

Xocalı ilə mənim kəndimin arasında Kür axır. Elmirin üzü mənə tanış gəlirdi. Sonra öyrəndim ki, aşağı siniflərdə şagirdim olmuş Nərgizin oğludur.

Nərgizi son dəfə 5-ci sinifdə oxuyanda görmüşəm. İndi də uşaq kimi gözümün qabağındadır – sarışın, sakit, mərifətli, utancaq, çalışqan qız… İndi oğlunun faciəsini yaşayır – bunu təsəvvür eləmək də ağırdır…

“Boyun bəlasın alım, sərv tək yıxılma, oğul…”

Bunu, səhv etmirəmsə, Natəvan oğlunun ölümünə yazıb…

Şəhidlik zirvəsi…

Bu ifadəni oxuyanda ya eşidəndə az qalırsan başını çırpasan qapının tininə. Nə zirvə? Yetimxanada böyümüş uşağı basırlar güllənin qabağına, və bu yetimi, harda oldğunu başa düşməmiş, ya mərmi ya mina qəlpəsi öldürür. Burda nə zirvə…

Bəli, insanlar vətən uğrunda ölürlər. İnsanlar yaşadığı torpağı müdafiə etməlidirlər. Ancaq biz hansı zirvədən danışırıq? Belə bir “zirvə” varsa, niyə oraya yalnız fəhlə-kəndlilərin uşaqlarını  qaldırırlar?

Zirvədən danışmazdan qabaq gərək ölkədə yuxarı ilə aşağlının yerlərini bilək. Ölkədə yuxarı nə varsa – məhkəmə, parlament, mətbuat – hamısını şərəfsiz insanlar tutublar. Mənim şagirdim Nərgiz kimi anaların oğulları ölürlər ki, onların sərvəti artsın, övladları xarici ölkələrin paytaxtlarında, kurortlarında keflərindən qalmasınlar, qollarına dəyəri milyon dollar olan saat taxa bilsinlər…

Rövnəq Abdullayevun oğlu hardadır?  Məşuqəsinin yeri məlumdur – Milli Məclisdə oturub.

Milli Şərəfsizlər Məclisi millətə müraciət edir…

Millət isə, Puşkinin bir əsərində deyildiyi kimi, “laldinməz durur”…

 X.X.

14. 11. 2020, Samara

ŞƏHİDLƏRİN ŞƏKİLLƏRİNİ QADAĞAN EDİRLƏR Kİ, SONRA ŞEYPUR-TƏBİL ÇALDIRIB XATİRƏLƏRİNİ YELƏ VERSİNLƏR…

Стандартный

Nizami Aydəmirov

Qubalı yetim şəhid Nizami Aydəmirov

Vikepediyada yerləşdirilmiş məqalədən görünür ki, son müharibə başlanana qədər Azərbaycanın tərkibində 66 rayon olub.

Hər rayonun bir başçısı – 66 nəfər.

Hər başçının ən azı üç müavini – bu eləyir 198. Başçılarla birgə — 264

Ən azı beş şöbə midiri və ya departament rəisi – bu eləyir 330. Hamısı bir yerdə — 594

Rayon məhkəməsinin işçiləri: hüquq vəzifəli olanların minimumu sayı 10 nəfər. Bu eləyir 660. Hamısı bir heydə — 1254

Minimum 10 nəfər hüquq vəzifəli prokurorluq işçisi: bu eləyir 660 nəfər. Hamısı bir yerdə: 1914

Fövqəladə hallar nazirliyinin rayon şöbəsinin rəhbər işçiləri minimum 10 nəfər. Bu eləyir 660 nəfər. Hamısı bir yerdə: 2574

Polis idarəsinin rayon rəhbərliyi: ən azı 10 nəfər. Bu eləyir 660 nəfər. Hamısı bir yerdə: 3234

Rayonlarda böyük kənd və qəsəbələrin icra başçıları. Minimum 20 nəfər. Bu eləyir 1320 nəfər. Hamısı bir yerdə  4554.

Rayonlarda banklar var, biznes var, yəni xeyli imtiyazlı adam var.

Bu halda təəccüblü deylmi ki, rayon şəhidləri müstəsna olaraq kasıb kənd ailələrindndir? Kasıbların, yetimlərin qanıyla qazanılan qələbəni ölkə  qan kimi qusmazmı?

Bu necə ordudur? Niyə qubalı atasız-anasız yetim Nizami Aydəmirov müharibənin ilk günlərində ölməliydi? Nizami Aydəmirov həyatınnı kimə borcluydu? Vətənə? Arif Paşayevə? Kəmaləddin Heydərva?

Azərbaycanda respublika tabeli 11 şəhər var. Ən böyüyü Bakıdır. Əhalisi 2,3 milyondur. Yəni Bakınıın əhalisi ən böyük rayonlardan olan Ağcabədinin əhalisindən 20 dəfə çoxdur. Ona görə də Ağcabədidən ya Şamaxıdan cəbhədə həlak olan, ağır yaralanan əsgərlərin sayını Bakıdan öləənlərin və yaralanların sayı ilə müqayisə etmək vacibdir.

Müharibə şəraitində əhalinin 10 faizini potensial silahlandarmaq imkanı var. Belə çıxır ki, paytaxt ən azı 200 min  silahlı əsgər verə bilər. Bu halda niyə müharibənin ilk və ən ağır günlərində az təlim gürmüş kənd uşaqları qırılıblar?

Mən 100-ə yaxın şəhidin şəklini sosial şəbəkələrdən götürüb bloqumda payşamışam. Onlardan üçü atasız-anasız yetimdir! 10 milyon əhalisi olan ölkə 3 milyondan az əhalisi olan ölkə ilə döyüşür və uşaq evindən çıxmış yetimləri  qabağa verir!

Azərbaycanda neçə nazirlik var?

Hər nazirin neçə müavini var?

Hər nazirlikdə neçə baş idarə, departament var?

Milli Məclisin neçə deputatı var?

«Parlamentin» aparatında nə qədər adam işləyir?

Azərbaycanda nə qədər “parket” generalı var?

Məhərrəm Əliyevin kimləri vuruşur?

Plastiik kütlə generalı Vaqif Axundiovun kimləri vuruşuir?

Paşayevlərdən vuruşan var?

İtkiləri kimdən gizlədirsizinz? Ermənilərdən ya Azərbaycan xalqından?

Üç bacının yeganə qardaşını ölümə göndərəndə nə fikirləşirsniz? Siz nəsli kəsirsiziniz! Siz yaşayacaqsınız, doğub-töryəcəksniz, onlar – yox!

Qubalı yetim Nizami Aydəmirovun ölümünü kimdən gizlədirsiniz?

Niyə Azərbaycan ordusunun əsasən kasıb fəhlə-kəndli balalaırının həyatı bahasına döyşdüyü məsələsi həmişə üstüörtülü qalmayacaq. Xalq ermnilərə qarşı qalxdısa, öz içindən olan müstəbidlərə, qaniçənlərə qarşı da qalxacaq.

Siz 18-19 yaşlı rayon uşaqlarını labüd ölümə göndərir,  onların xatirəsini yad etməyi də qadağan edirsiniz. Gözləyirsiniz ki, müharibə qurtarsın, şeypur, təbil çaldırıb minlərin xatirəsini yelə verəsiniz!

Bunu edə bilməyəcəksiniz!

18 yaşlı kasıbın, yetimin həyatına qıyanlar gec-tez qan qusacaqlar!

Xeyrulla Xəyal

01. 11. 2020, Samara

SIRAVİ ELMAR DAŞDƏMİROV ÜÇÜN REKVİYEM

Стандартный
SIRAVİ ELMAR DAŞDƏMİROV ÜÇÜN REKVİYEM

Elmar Daşdəmirov

“Mən eləmişəm! Mən eləmişəm! Mən, mən, mən…” – prezident əl-qolunu ölçə-ölçə deyir.

Sonra ordu yadına düşür: “Qəhrəman Azərbaycan ordusuna eşq olsun!”

Ordu – birinci növbədə onun əsgərləridir. «Хорошо умирает пехота…» — Mandelştam deyib. Bu, qara yumor deyil. Bu, indiyə qədər olan müharibələrin və indi də gedən müharibələrin monumental faciəsini üç kəlmə ilə açan misradır.

Piyadalar… Sıravilər.. Müharibənin nə ilə bitməsindən asılı olmayaraq – kim onları xatırlayacaq? Ataları, anaları, başqa yaxınları. Nə qədər ki, sağdırlar. Onların bəzilərini də dərd öldürəcək…

Sıravi Elmar Daşdəmirovu kim xatırlayacaq?

Dünənəcən Elmar kimi minlərlə gənc Bakının yollarında girinc idilər, “qul bazar”larında beş-on manatlıq günəmuzd iş axtarırdılar. On illərlə yüz minlərlə insan Kəmaləddin Heydərov, Arif Paşayev, Ramiz Mehdiyev kimi dövlətdəki mövqeyindən istifadə edin milyardlar yığmış harınların tikintilərində bir qarın çörəyə işləyiblər. Bəziləri kənddən gəlib şəhər qırağında bir parça torpaq alıb, koma qaralayıb, özü də, qurduğu ailənin üzvləri də qeydiyyatsız, sənədsiz, qanunsuz yaşayıblar, üstlərinə buldozer sürüblər, bəzən tikdiklərini dağıdıblar…

İndi bu insanlar cəbhədə öz həyatları bahasına ölkəni uzun sürən rüsvaylıqdan qurtarırlar.

Elmar Daşdəmirov Salyanın Qarabağlı kəndindən idi. Mən Əli Bayramlıda oxuyanda dörd il ərzində bu kəndin içindən gedib-gəlmişəm. O vaxtlar Salyan-Əli Bayramlı yolu həmişə bombalanmış vəziyyətdə olurdu. Qarabağlı elə o vaxtlar, yəni əlli il qabaq, iri kənd idi. Yaxşı bağları vardı. Neçə evin elə çəpərinin qabağından neft çıxırdı – mancanaqlar gecə-gündüz işləyirdi. Başqa ölkədə belə kəndin yolu Alnmaniyadakı yollardan fəqrlənməzdi. Ancaq gecə-gündüz quyulardan sorulan neftin Qarabağlı camaatına aidliyi yox idi. Neft orda yəqin indi də çıxır. Yəqin indi də qarabağlılar onların ayaqlarının altından nə qədər qara qızıl çıxdığını və onun hara getdiyini bilmirlər. Son 20-25 il ərzində Azərbaycanda preaidentə yaxın nə qədər adam onlarla, yüzlərlə milyonun sahibi olub. İndi Qarabağlı kəndinin və Azərbaycanın yüzlərlə başqa kəndinin Elmar Daşdəmirov kimi sütül uşaqları Vətən uğrunda ölərkən həmin boynuyoğunların varı hər gün artır, özləri, uşaqları isə təhlükəsiz, arxayın həmişəki keflərindədirlər.

Bu gün Azərbaycan əsgərini “qəhrəman” adlandıran prezident dünən Elmar kimiləri bələdiyyə üzvlüyünə də buraxmırdı, onlar səslərini çıxaran kimi şərlənir, tutulurdular.

Hanı onları tutan, dəyənək altına salan,üstlərinə narkotik atan polislərin,  saxta işlər açan hakimlərin, prokurorların uşaqları? Hanı utanmaz-utanmaz general poqonu daşıyan gədə xislətli insanların uşaqları?

Plastik kütlə generalı Vaqif Axundovun, Salyanın ən böyük müəssisəsini özəlləşdirib taksi şoferi olan qardaşına vermiş, yüngül bir qadına Milli Məclisin mandatını aldırmış Vaqif Axundovun qohum-qardaşı hardadır?

Neft akademiyasının Salyanın Xocalı kəndindən olan məzunu, üç ayın əsgəri Elmir niyə birrbaşa odun-alovun içinə atılmalıydı?

Müharibə gec-tez bitəcək. Adamlar, əgər onlar öz talelərinə, övladlarının həyatlarına biganə deyıillərsə, soruşacaqlar: niyə ölkə belə ayrı-seçkilik edir? Niyə ölkənin şərəfini dünənəcən adam yerinə qoyulmayan kənd uşaqları qorumalı və ölməlidirlər? Vətənin milyardlarını mənimsəyənlərin Vətən qarşısında borcu yoxdurmu?

(DAVAMI VAR)

ERMƏNİLƏR DEZİNFORMASİYA YAYIRLAR: ŞANLI GENERAL MƏHƏRRƏM ƏLİYEV SAĞDIR!

Стандартный

məhərrəm_əliyev

Ermənilərin ordumuzda və mülki əhalidə çaşqınlıq yaratmaq cəhdləri davam edir. Bu gün səhər Ermənistanın kütləvi informasiya vasitələri Azərbaycanın şanlı sərkərdəsi, ali baş komandanın ali baş müşaviri general Məhərrəm Əliyevi cəbhədə öldürdükləri barədə xəbər yayıblar.

Etibarlı mənbələlərdən Mirzə Əlilə məlunm olub ki, bu xəbər ağ yalandır. General Məhərrəm Əlieyv sağdır! General Məhərrəm Əliyev ali baş komandana sutkada 24 saat məsləhər verməkdə davam edir. Yəni şanlı Məhərrəm Əliyev baş komandanın yanında durub əlini xəritəyə uzadaraq deyir: “Burdan keçək! Ordan qabaqlayaq! Türkün məsəli, daldan vuraq!” Ali baş komandan da başını yelləyib bəyəndiyini bildirir.

General Məhərrəm Əliey ölməzdir!

Yaşasın maxtalı sərkərdə Məhərrəm Əliyev, onun uşaqları, nəvələri!

Yaşasın fövqəladə hal naziri Kəmaləddin Heydərov və onun oğul-uşağı!

Yaşasın plastik kütlə generalı Vaqif Axundov, onun oğul-uşağı, qohumları və deputat məşuqəsi!

Yaşasın Paşa holdinq!

Yaşasın Paşa bank! (Paşa tank kimi başa düməyin, belə tank yoxdur!)

Mirzə Əlil ölsün! Şəhidlərin şəklinə baxmağa xəcalət çəkir…

Mirzə Zəlil

15. 10. 2020, Samara

ŞƏHİDLƏR VƏ İNDİ DEPUTAT NİŞANI TAXDIQLARI YERİ HARINLARIN QILLI ƏLLƏRİ SIĞALLAMIŞ QADINLAR…

Стандартный

Könül Nurullayev

«Azərbaycan ordusu cəmi 10 gün ərzində Ermənistan ordusunu darmadağın etdi”.

“Bölgədə şərtləri Azərbaycan diktə edir”

Guya bu sözləri millət vəkili Könül Nurullayeva deyib və oktyabrın 11-də özünü “Azərbaycanın aparıcı xəbər saytı” adlandıran “Report.az-da  çap olunub. Yəni bu arvad “Ermənistan ordusu darmadağın olub” deyəndə Gəncədə meyitlərin və yaralananların çoxu hələ uçqun altından çıxarılmamışdı…

Azərbaycan dili ən söyüşcül dillərdən biridir. Ancaq elə söyüşümüz varmı ki, bu vəkilin və Report-.az-da işləyən şərəfsizlərin, pozğunların, anasının əmcəyini kəsənlərin ünvanına deyib acığını bir az soyudasan?

Şəklə baxın. Elə bil gəlin çıxacaq. Ya da ki, özünə oynaş axtarır. İnternetdə bəzi mənbələr iddia edirlər ki, Könül Nurullayeva Rövnəq Abdullayevin oynaşıdır. Yəni Könül Nurullayevanın indi deputat nişanı taxdığı yerdə Rövnəq Abdulayevin qıllı əlləri yallı gedib. Bəlkə də bu, şayiədir. Bəlkə də Könül Nurrullayeva ayrı adamın oynaşıdır. Ancaq soruşmaya bilmirsən: Bu arvad necə deputat olub? Niyə Gözəl Bayramlı deputat olmurdu? Niyə Gözəl Bayramlını şərləyib türməyə saldılar və çərlədib öldürdülər? İndi Əliyev iddia edir ki, xalqını sevir. Buna inanan var?

Azərbaycan əsgəri niyə ölür? Azərbaycanın şərəfi uğrunda? Ya canını qirban verir ki, Rövnəq Abduullayev kimi harınların qıllı əlləri sürüşkən qadınların sonra deputat nişanı taxacaqları yerdə yallı getsin?

Salyanlıların bir FB səhifəsini bu yaxınlarda gördüm. Millət vəkili Jalə Əhmədovanı ən biabırçı söyüşlərlə söyürlər. Yazırlar ki, Jalə plastik kütlə generalı Vaqif Axundovun altından çıxıb…

Çıxmayıb? Yaxşı, çıxmayıb. Bəs niyə onu deputat təyin ediblər?

Parlament – ölkə rəhbərliyidir. Belə çıxır ki, bizim sütül uşaqlarımızı Aqil Abbas kimi, Fəzail Ağamalı kimi, Siyavuş Novruzov kimi əqidəsizlər və alçaqlar, qııllı əllərin sığalıyla ucalımış Jalə, Könül kimi sürüşkən qadınlar ölümə göndərirlər?

Prezidentin əl-qol yelləməyi heç kimi aldatmasın. Hakimiyyəti ata kürkü kimi alandan o, milləti ən vacib nemətlərdən – şəxsiyyət azadlığından və insan ləyaqətindən mərum etməyə çalışır. Ofisiantları rayonlara başçı, sürüşkən qadınları, əxlaqsız kişiləri deputat təyin edən odur. İlham Əliyevə əsgər etibar eləmək olmaz! İlham Əliyev üçün dünyada ən qiymətli şey vətən, millət deyil, hakimiyyətdir. Hakimiyyətinə təhlükə görən kimi ermənilərə “smerç” verən Putinin yanına qaçır…

Mən uşaqları əsgər aparılan valideynlərin yerinə olsaydım, səsimi çıxarardım. Atalar, analar! Biganə qalmayın! Əziz balalarınızı ölümə aparırlar! Üzünüzü namuslu, şərəfli generallara, zabitlərə tutun, görüşə bilirsinizsə, görüşün. Bilin ki, məsələ nə yerdədir. Uşaqlarınızı sata bilərlər. Deputatlar satqındırlar, məmurların çoxu satqındır. Generalların da çoxu əldəqayırmadır. Bacardığınız qədər uşaqlarınızı qoruyun. Baş komandanın baş hərbi müşairi bilirsiniz kimdir? Yerinəişəyən qoca naxçıvanlı milisioner Məhərrəm Əliyev! Siz ona övladınızı etibar edirsiniz? Susmayın! Rəhbərlik səsinizi eşitsin və özünü yığışdırsın, bilsin ki, satqınlıq edəninn dərisi gec-tez soyular!

“Ermənistan ordusu darmadağın edilib” deyən bu mamlı-matan Könül Nurullayevanı isə topa qoyub erməni tərəfə atmaq lazımdır.

Yaxşı olar ki, Rövnəqlə bir yerdə…

Mİrzə ƏLİL

11. 10. 2020, Samara

ƏSGƏR SORUŞA BİLƏR: «XALAŞKA, SƏN NECƏ DEPUTAT OLMUSAN?»

Стандартный

Sahibə Qafarova

“Bu gün hamımızın ürəyi Ordumuzun yanındadır”.

Bunu Sahibə Qafarova deyib. Milli Məclisin sədri.

Sual: orduda kim səni tanıyır? Yəqin ki, heç kim. Səni əsgərlər, əsgərlərin valideynləri seçməyiblər. Səni heç kim seçməyib. Səni təyin ediblər. Deputat yerini də, spiker yerini də qanunsuz tutursan.

İşlədiyin yer – Slavyan universiti, lap əvvəlləri deyə bilmərəm, yetmişinci illərin əvvəllərindən, Xarici dillər institutundan ayrılandan ən pozğun yer olub. Bu institutda rus dili və ədəbiyyatı müəllimi diplomu alan müəllimlərin əksəriyyəti rus dilini düz-əməlli bilməyib. Ona görə 10-11 il ərzində həhtədə 2-6 saat rus dili dərsi keçən azərbaycanlı uşaqlar bu dildə ən sadə cümlə qurmağı da bacarmayıblar və Rusiyaya gedəndə başları aşağı olub. Necə olur ki, belə pozğun yerdə işləmiş adamI  deputat və hətta spiker təyin edirlər?

Sənin ürəyin ordunun nəyinə lazımdır? Mal-heyvan ürəyi olsaydı, yeyilərdi. Bəs sənin ürəyin?

İki gün bundan qabağa qədər Salyana on meyit gətirmişdilər. Əldəqayırma general Vaqif Axundovun deputat təyin etdiyi Jalə Əhmədova o şəhidlərin yaxınlarına nə deyə bilər? Bu ekstravaqant və adekvatlığı şübhə doğuran Jalə sağ əsgərlərə nə deyə bilər? Əsgər ondan soruşa bilər: “Xalaşka, sən kimsən və necə deputat olmusan?”

Ümummilli Azərbaycan dəlisi Siyavuş Novruzov Rusiya azərbaycanlılarına vətənpərpərlik və ağıl öyrədir. Deyir ki, gərək tez-tez televiziyaya çıxalar.

Yaxşı, deyk ki, bz də içimizdən Siyavuş kimiləri deputat seçib çıxardıq Rusiya kanalına. Siyavuş kimi adamlara baxan ruslar Azərbaycan milləti haqqında nə düşünərlər?

Bu maygülülər özgə dövlətlərdə yaşayanlara, hətta o dövlətlərin özünə tövsiyə və hətta buyuruq da verirlər. Rusiya televiziyası? Bəs Azərbaycan televiziyası? Bizi öz millətimizin televiziyasına buraxarlar? Azərbaycan televiziyasında İsa Qəmbər haçan çıxış edib? Bəs Əli Kərimli? Xədicə İsmayıl? Öz vətəndaşlarıyla hərbi əsir kimi rəftar edən boynuyoğunlar!

Bu Siyavuş kimilər, Fəzail kimilər, Aqil Abbas kimilər gərək otuz ildən bəri xalq xəzinəsindən basıb yediklərini qanla qusalar. Bunlar hələ xalqa ağıl öyrədirlər, vətənpərpərlik dərsi keçirlər.

Azərbaycanda parlament yoxdur. Ağlı başında olna hər kəs bunu bilir. Millət vəkili adını daşıyan arvadlar və kişilər deputat yerini qanunsuz tuturlar, ermənilərin Zəngilanı ya Şuşan tutduqları kimi. Ona görə də gec-tez onlar da xoşluqla getməlidirlər. Hələlik nə qədər ki, oturublar, ağızlarına su alıb sussalar yaxşıdır. Çünki bu işğalçı deputatların hər bəyənatı vuruşan orduya təhqirdir.

Mirzə ƏLİL

02. 10. 2020, Samara

XANIM DEPUTAT JALƏ ƏHMƏDOVA O QƏDƏR MƏSUMDUR Kİ, ASLANIN DİŞİLİ-ERKƏKLİ OLDUĞUNU BİLMİR…

Стандартный

jale_ehmedova-2

Teleqraf.com “xanım deputat” Jalə Əhmədova ilə “açıqlama” təqdim edir.

Biz azərbyacanlılara gərək ən azı alt ay danışmaq, yazmaq qadağan edilə. Ruslar bizdə olanı bilirdilər ki, dilimizi məhdudlaşdırırdılar.

“Xanım deputat” nədir?

Əgər “xanım” “qadın” əvəzində işlədilirsə, onda gərək ardıcıl olaq:

Xanım müəlim;

Xanım həkim;

Xanım pambıqçı;

Xanım alverçi;
Xanım satıcı;

Xanım süpürgəçi;

Xanım fahişə və s.

Belə deyilmi?

Bizim niyə abrımız yoxdur?…

Bu bir yana.

Bu “xanım” niyə deputatdır? Özü də Salyandan. Salyanda deputatlığa layiq bir “xanım” tapılmadımı? Hələ kişiləri demirəm…

Əlbəttə, Salyanda xanım, bəy, çoxdur, yəni erkəyi də var, dişisi də. Ancaq bu Xanım Jalə “Xüsusi Dövlət Mühafizə Xidmətində baş hüquqşünas vəzifəsində çalışır”.

Vallah, mənim kəndçim Vaqif Axundoun gözəl zövqü var. Bərəkallah!

Şeyx Nəsrulla deyirdi: Şeyx Əhməd, mən xəstəyəm, özün bilirsən nəyin xəstəsiyəm…

Eh, mən Axundov kimi vəzifədə olsaydım və bu xanım mənin işçim olsaydı, onu heç gözümdən uzağa qoymazdım…

Yəqin Vaqif Axundov beş-altı zırpı zabiti təhkim edib Milli Məclisə, onun xanım işçisini güdürlər. Çünki Milli Məclisdə Aqil Abbas kimi, Siyavuş Novruzov kimi, Fəzail Ağamalı kimi pozğun adamlar var…

Xanım deputat 2018-ci ildən Vinq Çun döyüş sənəti federasiyasının təsisçisi və I-ci vitse-prezidentidir.

Mənə elə gəlir ki, bu, düz deyil. Salyan deputatı, Vaqif Axundovun işçisi gərək bıçaq federasiyası təsis edəydi. Çünki bıçaq vurmaq salyanıların qədim milli ənənəsidir.  Mən o bıçaq federasiyasında xanım Jalənin müavini olmağa hazıram. Yəqin xanım Jalənin canısulu xanım kənizləri də olar. Darıxmazdım…

Xanım Jalə Əhmədova təklif edib ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsiylə girsinlər.

Dəstəkləyirəm! Üstəlik arayş təqdim etsinlər ki, başları xarab deyil və İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirlər.

Jalə xanım deyir: “Köməkçim Salyandan olan ağsaqqal və nüfuzlu bir insandır”. Qalmışam məəttəl: mən Salyanda bir nüfuzlu ağsaqqal tanıyırdım: Yavər Cəbrayılov. Onu bütün Azərbaycan tanıyır. Analoqu yoxdur. Bəlkə də ayrı adamdır. Bəlkə Cəbrayılov ölüb. Bəlkə də Axundovlar öz içlərindən “ağsaqqal və nüfuzlu insan” yetiriblər…

Ah, yazıq Salyan… O qədər bıçaqlar vurulub, o qədər qanlar axıdılıb, bəs hanı ədalət, hanı qeyrət, hanı demokratiya…

Jalə deyir: “Aslanın erkəyi, dişisi olmaz”.

Bircə bununla razı deyiləm. Jalə xanım o qədər məsumdur ki, bilmir dişi-erkək olmasa, nəsil artmaz…

Cavandır, öyrənəcək…

Sonda xanım Jalə deyir: “Prezidetə dəstək olaq lazımdır”.

Bununla qismən razıyam. Dəstək lazımdır, ancaq on milyon dəstək çoxdur.

Xanım Jalə, icazə verin Mirzə Əlil prezidentə qulp olsun. Avropa alimləri sübut ediblər ki, qulp qoyulmayan rəhbərin ağlı çaşır.

Bıçaq federasiyasını yaddan çıxarmayın.

Poka, poka, milaya!

Mirzə ƏLİL

20. 09. 2020, Samara

DEPUTAT MƏHƏMƏLİYEVƏ: NECƏ HAVANI KİM KORLADI? SƏN ÖZÜN KORLAMISAN, CƏNAB!

Стандартный

Nəsib Məhəməliyev

“Korrupsiya və rüşvətxorluğa qarşı səmərəli mübarizə aparmaq üçün Milli Məclis tərəfindən də müvafiq qanunvericilik bazası yaradılıb. Cənab Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı nümayiş etdirdiyi siyasi iradə cəmiyyət tərəfindən də yüksək qiymətləndirlir”.

Bunu deputat, Balakənin keçmiş başçısı Nəsib Məhəməliyev deyib. İlin əvəlində balakənlilərin bir qrupu mətbuatda prezidentə müraciət edib Nəsib Məhəməliyevin Balakəni taladığından şikayətləniblər. Şikayətə Məhəməliyevə Balakəndə və Bakıda məxsus bizneslərin və mülklərin uzun siyahısı əlavə olunub.

“Oğru elə qışqrdı ki…”

Bu lotu o qədər həyasızlaşıb ki, utanmadan “rüşvətxorluğa qarşı mübarizəyə” çağırır.

Bir çox xalqlarda, elə bizdə də bir az ayıb sayılan lətifələr var ki, onlar “havanı korlamaq” mövzsundadır. Yəni biri adam içində qəfldən havanı korlayır, özünü təmizə çıxarmaq üçün hamıdan qabaq qışqırır ki, “havanı kim korladı?”

Nəsib Məhəməliyev başqa bir lətifədə olduğu kimi, havanı elə korlayıb ki, gərək hisini üç gün yuyub-siləsən. Özü də qışqırır ki, “havanı kim korlayıb?”

Bu mövzuda daha bir lətifə:

“Bir qoca həkimə şikayət edir: Doktor, bu azrar məndə çoxdandır, hava buraxıram – nə səsi çıxır, nə iyi. Nə deyirisiniz?

Həkim qocaya dərman yazır, deyir ki, bir həftədən sonra gələrsən. Bir həftədən sonra qoca gəlib həkimə deyir: Doktor, siz neylədiniz! İndi hava buraxanda səs yenə çıxmır, ancaq elə iy qalxır ki, göz çıxardır.

Həkim deyir: Dayı, əla, burnunu sağaltdıq, indi qulağını da müaəlicə elərik…”

Təəssüf ki, indi burnun və qulağının müalicəsinə ehtiyacı olan Azərbaycan xalqıdır. Çünki bu utanmaz məmurlar və deputatlar arxayınca havanı korlayırlar, əmindirlər ki, səsini xalqın qulağı eşitmir, iyini xalqın burnu duymur…

Mirzə ƏLİL

17.09. 2020, Samara

Bu da balakənlilərin siyahısı — göstərilənlərin Məhəməliyevə məxsus olduğu iddia edilir:

Balakəndə

  1. Şəhərin mərkəzində MMOİL yanacaqdoldurma məntəqəsi –Ulu öndərin adını daşıyan parka zid formada heykəlin görünüşünə mane yaradaraq tikintisi var;
  2. Qabaqçöl qəsəbəsində MMOİL yanacaqdoldurma məntəqəsi;
  3. Poçtbinə kəndindəki yanacaqdoldurma məntəqəsi;

Read the rest of this entry

GENERAL ORDA KEFİNDƏ, MƏN BURDA PLASTİK KÜTLƏ KİMİ YANIRAM…

Стандартный

Vaqif_Axundov

Dostoyevskinin arvadı yazır ki, dahi yazıçı evdən çıxıb bir yerə gedəndə, xüsusən vağzala gəldiyi vaxt ovcunda bir sıxma pul tuturmuş və yaxınlaşıb dilənənlərin hamısına verirmiş.

Azərbaycan prezidenti də dahi olduğu kimi, canıyanan insandır. Hər gün işə bir kisə orden gətirir. Buna orden, ona orden. Siyavuş Novruzovun ordenlərini görmüsünüz? Biz onu hələ qabaqdan görürük. Siyavuşun daldan şəklini kim görüb? Deyirlər ki, götünün üstü də ordenlə doludur… Sırtıq adamdır, istəyir, prezident də keçə bilmir…

Dünən Vaqif Axundova “Şöhrət” ordeni verib. Layiqdir. Gərək ikisini verəydi. Fəxrimdir. Çünki atası kəndçimdir. Salyana, yəni şəhərə köçmüşdülər, ancaq nənəsi elə bizim kənddə olurdu.
Baxıram Vikipediyaya, görürəm yazıblar ki, general guya Astarada doğulub. Qurban Məmmədov demişkən, mən başa düşmədim. Mən başa düşmədim ki. kəndçimiz milisioner Əlibala, yəni Vaqifin atası,  1950-ci ildə arvadıyla Astarada nə qayırırmış. Bu məsələni aydınlaşdırmaq lazımdır. Mən talışları yaxşı tanıyıram, kəndçimizi çıxacaqlar öz adlarına. Geci-tezi var.

Yaxşı, deyək ki, general Astarada doğulub. Onda bəs ona niyə Salyan sənayesinin flaqmanı olan plastik kütlə zavodunu bağışlayıblar, o da taksi şoferi olan qardaşını eləyib zavodun xozeyini. Əgər general astaralıdırsa, ona gərək Astarada çay plantasiyası bağışlayaydılar, limon, portağal bağları bağışlayaydılar. Ya da Azərbaycan-İran sərhəddinin bir hissəsini hədiyyə eləyəydilər ona, deyəydilər bura sənin. Kimi, nəyi istəyirsən, burax, qara alveri elə, ağ alveri elə.

Vallah, plastik kütlə kimi od tutub yanıram!

Bu adam, deyək ki, prezidenti yaxşı qoruyub. İşini yaxşı görənlər o qədərdir ki. Hamısına zavod verilir? Salyanda o qədər gözəl taksi şoferləri vardı ki. Məsələn, Yetim, Qatdalandı…Bur dəfə, yadımdadır, maşını yüzlə sürdüyü yerdə Qatdalandı əllərini sükandan ayırıb qaldırdı yuxarı və  bədahətən şeir dedi:

“Tale mənə yar olmasa mən neyləyə billəm…”

Az qalmışdıq aşıb xəşilə dönək, ancaq belə gözəl misradan ötrü ölməyə dəyərdi…

Qatdalandı (Qəhrəman) həm yaxşı şofer, həm də həqiqət şairiydi.

Niyə Qatdalandıya zavod verilmirdi?

Niyə kim preidentə yaxındırsa, xalqa, dövlətə məxsus əmlakı keçirir əlinə?

Vallah, mən Vaqif Axundovun paxılı deyiləm. Qoy pambıq zavodunu da, pivə zavodunu da, Salyanda nə varsa, versinlər Vaqif Axundova, onun qohumlarına. Ancaq bu adam Astarada doğulub, talışlar çıxacaqlar onu öz adlarına, salyanlıların malı batacaq…

Bir də mən generaldan bir az inciyəm. Uşaq vaxtı onu kolazla Kürdən keçirmişəm. Demir ki, Mirzə, gəl sənə bir rütbə verim,yanımda qulluq elə. General istəmirəm, polkovnik bəsimdir. Mən də prezidentin, türkün məsəli, dalında ya qabağında gedərdim. Elə bu paltarda, bu saç-saqqalla qulluğa getsəydim, bir köpəkoğlu hünər eləyib prezidentə yaxın düşməzdi…

Düzdür, yaşım çoxdur, Ancaq Vaqif Axundov məndən də böyükdür…

Yəni xidmətə hazıram. Mənə zavod-zad da lazım deyil. Bazarı ya avtovağzalı versələr, bəsimdir. Bir yaxşı xaloğlum var, Həsənağa (bəli, mən Həsən ağanın qohumuyam, hərçənd özü mni qohumluqdan çıxarıb…), çox zirək insandır, verərəm, işlədər…

Mirzə ƏLİL

16.09. 2020, Samara