Tag Archives: Gəncə şəhidləri

QARABAĞ ŞƏHİDLƏRİ: ƏMRAH RƏCƏBOV

Стандартный

Əmrah Rəcəbov

Əmrah Rəcəbov (tam adı: Əmrah Rəcəbov; 11 dekabr 2000GəncəAzərbaycan — 8 oktyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Əmrah Rəcəbov 11 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmişdir. Anası tərəfindən Gəncə şəhərində yerləşən internat tipli məktəbə verilmişdir.

Orta təhsilini Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində alır. Gəncə İnternat məktəbindən məzun olduqdan sonra, dövlət tərəfindən Masazır məzunlar evindən ev hədiyyə olunur. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağrılmışdır.

Xidməti fəaliyyətini Beyləqan rayonunu N saylı hərbi hissəsində icra etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlmasından sonra Füzuli əməliyyatına cəlb olunmuş və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak etmişdir.

Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində həlak olmuşdur.

vikipediya

ŞƏHİDLƏRİMİZ: GƏNCƏLİ LEYTENANT QƏZƏNFƏR MƏMMƏDOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: GƏNCƏLİ LEYTENANT QƏZƏNFƏR MƏMMƏDOV

Qəzənfər Məmmədov

Leytenant Qəzənfər habil oğlu Məmmədov 23.08.1996-cı ildə Gəncə şəhərində doğulub. 07.11.2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə həlak olub. Subay idi.

Allah rəhmət eləsin!

BAKI ŞƏHİDLƏRİNİN SAYI 600-Ə YAXIN OLMALIYDI. NİYƏ BELƏ DEYİL?

Стандартный

Şəhidlərin dəfni

Azərbaycan əhalisinin sayı 2020-ci il mart ayında 10079300 nəfərə çatıb. Bakının əhalisinin sayı ilin əvvəlndə  2293,0 min nəfər olub. Beləliklə, paytaxt əhalisi ölkə əhalisinin 20 faizdən çoxunu təşkil edir. Deyək ki, 20 faiz. 44 günlük müharibədə həlak olanların sayı hələlik 2783-dür. Bu rəqəmin 20 faizi 556 eləyir. Yəni Bakı əhalisi müharibədə sayına proporsional şəkildə iştirak edibsə, şəhidlərinin sayı bu qədər və hələ bir az da çox olmalı idi.

İndi 2783-dən şərti “Bakı şəhidlərin”ni çıxaq. Qalır 2227 nəfər. İndi şərti Gəncə şəhidlərini hesablayaq. Gəncənin əhalisi 335, 6 min nəfərdir. Ölkə əhalisinin təxminən yeddi faizi. Şərti şəhidlərin sayı olur təxminən 195. Şərti Bakı və Gəncə şəhidlərinin sayı isə 751. Sumqayıtın şərti şəhidləri əlavə olunsa, 1000 nəfərə çatır. Bir sözlə, Azərbaycanın bütün qalan əhalisinə düşür 1800-dən də az şəhid. Azərbaycanda Mingəçevir, Şirvan kimi iri şəhərlər və 66 rayon var. Bu iki şəhərin hər birini  hər birini iki kənd rayonuna bərabər tutsaq, rayonların sayını 70 götürmək olar. Beləliklə, hər rayona düşür 26 nəfərdən də az şəhid.

Əslində belədirmi?

Salyandan, hələ dəqiq olmayan məlumata görə, 51 şəhid var. Leriklilər 81 şəhid sayıblar.
Əlbəttə, bunların xeyli hissəsi Bakıda yaşayan və ordan çağırılanlardır. Ancaq yəqin ki, əlliyə qədəri bilavasitə Lerikdən çağırılıb. Astaradan şəhid daha çoxdur. Təkcə Ərçivan qəsəbəsindən 9 (doqquz) şəhid var. Başqa rayonlar da belə.

Deməli, hər rayondan orta hesabla ən azı 45 şəhidin olduğunu ehtimal edə bilərik. (Hələlik! Çünki şəhidlərin sayı 3500-4 000-ə də çata bilər). Bu halda bütün şəhidlərin (rəsmən elan edilən 2783 rəqəmini əsas götürməklə) kənd rayonlarından olduğu nəticəsinə gəlmək olar. Əlbəttə, bakılıların şəhidi var, onların bir neçəsinin adı sosial şəbəkələrdə yayılıb. Ancaq söhbət böyük, 600-ə yaxın rəqəmdən getməlidir. Əgər müdafiə nazirliyi hərbi çağırış haqqında ölkə qanununun hərfinə və ruhuna uyğun işləyirsə, belə olmalıdır. Ancaq hər şeydən görünür ki, hərbi qulluğa çağırışda, çağırılanlardan da, o cümlədən cəbhədə, kimin harda yerləşdirilməsində heç bir qanun-qayda gözlənilmir. Müharibə vaxtı isə belə qanun puzğunluğu minlərlə gəncin həyatıdır.

Şəhidlərin doğulduqları yeri, ailə vəziyyətlərini öyrəndikcə ölkədəki ədalətsizliyin miqyasını və kəskinliyini həmişəkindən də açıq görürsən. Bilirsən ki, ölkədə hakimiyyəti və bütün resursları öz əllərində toplamış harın, heç nədən utanıb-çəkinməyən, heç bir əxlaq norması tanımayan insanlar ölkə vətəndaşları ilə rəftarıyla qaranlıq dalanda öz qurbanının böyrünə bıçaq sancıb qarət edən quldurdan heç də üstün deyillər…

Mirzə ƏLİL

06. 12. 2020, Samara

GƏNCƏLİLƏRƏ: YERLİNİZ YUSİF QASIMOV İTKİN DÜŞÜB YA HƏLAK OLUB?

Стандартный

YusifQasmov.jpg

Qasımov Yusif Telman oğlu — Qarabağ müharibəsi şəhidi.

Yusif Telman oğlu Qasımov 13 avqust 1963-cü ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 6 iyun 1990-cı ildə hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə vzvod komandiri olmuşdur.

Yusif Qasımov 19 iyul 1992-ci ildə Ağdərənin Aterk bölgəsində gedən döyüş zamanı ağır yaralı vəziyyətdə itkin düşmüşdür.

VİKİPEDİYA

Bu isə Ganca.org saytındandır:

«Yusif Telman oğlu Qasımov 13 avqust 1963-cü ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 6 iyun 1990-cı ildə Yusif Qasımov hərbi-xidmətə çağırılmışdır. N saylı hərbi hissədə vzvod komandiri olmuşdur.

Yusif Qasımov 19 iyul 1992-ci ildə Ağdərənin Aterk bölgəsində gedən döyüş zamanı ağır yaralı vəziyyətdə itkin düşmüş və həlak olmuşdur».

Məlumdur ki, itkin düşmək və həlak olmaq tamam fərqli şeylərdir. İnsanın ölümü məlumdursa, o, itkin deyil. Yəni gəncəlilər bunu başa düşmürlər? Əgər həlak olubsa, nə vaxt? Meyiti hardadır? 

Özü də görün şərəfsiz insanlar əsgərin şəklini nə günə qoyublar. Bunu ermənilər eləməyib, Gəncədən olan simasızlar eləyib…

http://ganca.org/index.php?option=com_content&view=article&id=236:qasmov-yusif-telman-olu&catid=37:gnc-hidlri&Itemid=9

НАЦИОНАЛЬНЫЕ ГЕРОИ: ЭЛЬБРУС АЛЛАХВЕРДИЕВ

Стандартный

ELBRUS ALLAHVERDİYEV.jpg

Эльбрус Аллахвердиев родился 27 сентября 1958 года в городе Гяндже в рабочей семье. В 1976-78 гг. служил в рядах Советской Армии. В 1990 году окончил институт сельского хозяйства в городе Орджоникидзе. Некоторое время Эльбрус жил в этом городе. Когда начинается армяно-азербайджанский военный конфликт, возвращается на родину и 17 мая 1992 года отправляется на фронт.

Эльбрус Аллахвердиев был одним из первых организаторов артиллерии в азербайджанской армии. В боях вокруг Агдама он проявил особый героизм. Воевал также в Агдере. Погиб 16 июня 1993 года от полученных ранений в бою.

Был женат, осталось трое детей.

Указом президента Азербайджанской Республики 16 сентября 1994 года Эльбрусу Гаджи оглы Аллахвердиеву посмертно присвоено звание Национального Героя. Read the rest of this entry