Tag Archives: Füzulinin şeirləri

FÜZULİ: «BİR YERDƏYƏM ƏSİR Kİ, TORPAĞ QAN İÇƏR…»

Стандартный

MƏHƏMMƏD FÜZULİ 1494-1556

Tökdükcə qanımı oxun, ol asitan içər,
Bir yerdəyəm əsir ki, toprağ qan içər.
Əhli-zəmanə qanına çox təşnədir zəmin,
Qanın kimin tökərsə fələk, ol zəman içər.
Mey içmədən açılmaz imiş babi-məğfirət,
Sövgəndlər bu babdə piri-müğan içər.
Üqbadə Kövsər istəməsin rindi-meykədə,
Dünyadə bəs degilmi meyi-ərğəvan içər?
Qəmzən görünməyib gözə, qanlar içər müdam,
Zahid kimi ki, badəni eldən nihan içər.
Meydən əgərçi tövbə verir el Füzuliyə,
Ey sərv, sən qədəh sunar olsan, rəvan içər.

Реклама

FÜZULİ NƏZMİNDƏ QIRX HƏDİS: SƏHƏR YATMAQ QAZANCDAN QOYAR…

Стандартный

MƏHƏMMƏD FÜZULİ 1494-1556

    5

Sübhdür fatehi-xəzaneyi-rizq,

Talibi-xabi-subhdur məzmum.

Sübh vəqtində xabə rağib olan,

Vüs’ətı-rizqdən olur məhrum.

HƏDİYYƏNİ MÜAMİLƏYƏ BƏNZƏDƏN HƏDİS

Стандартный

MƏHƏMMƏD FÜZULİ 1494-1556

Füzulinin nəzmə çəkdiyi (Caminin fars versiyası əsasında) 40 hədisin biri hədiyyə mövzusundadır. Mən hədiyyəyə həsrr edilmiş hədisləri İnternetdə axtardım (rus dilində olanları), onların hamısında hədiyyə təriflənir və hansı halda hansı hədiyyə vermək barədə tövsiyyələr edilir.

Ancaq Füzulinin nəzmə çəkdiyi hədisdə hədiyyəyə ilk baxışdan çox gözlənilməz münasibət var. Yəni Füzulidə hədiyyənin əslində hamıya məlum olan neqativ tərəfi açılır.

Birinci beytdə hədiyyənin yaxşı tərəfləri gpstərilir:

Dustlardan həmişə xoş görünür,

Bir-birin hədyə ilə etmək yad.

Bunu hamımız bilirik: hədiyyə vermək və almaq xoşdur. Ancaq hədiyyənin başğarısına çevrildiyini də bilirik. İkinci beyt bu barədədir:

Hədyə irsalı bir müamilədir,

Ki, məhəbbət olur onunla ziyad.

Füzuli şeirlərini çoxdan oxumayanlar üçün izah edirəm: hədiyyə alan adam elə bil ki, sələmçidən pul götürür, yəni müamiləyə girir. Bu müamilə də iki insan arasında olan məhəbəti məhv edir. Yəni indi hədiyyə alan elə bil faizlə də yüklənir və məcburdur ki, daha bahalı hədiyyə ilə borcdan çıxsın…

Əlbəttə, Peyğəmbərə aid edilən hədislərin hamısının hökmən onun dilindən deyildiyiyi şübhəlidir, hədislər Peyğəmbərin vəfatından iki əsr sonra yazılıb. Hədiyyə haqqında olan hədisin də peyğəmbərə aid olduğunu iddia etmək çətindir. Ancaq ciddi psixoloji, sosial və məişət problemini bu cür dəqiq mə inanılmaz dərəcədə yığcam verən hədis əsil şedevrdir.

X.X.

 

FÜZULİNİN NƏZMİNDƏ QIRX HƏDİS

Стандартный

MƏHƏMMƏD FÜZULİ 1494-1556.jpg

“Hədis-ərbəin”  — “qırx hədis” deməkdir. Füzuli türk (Azərbaycan) dilində nəzmə çəkdiyi hədisləri Əbdürrəhman Caminin farsca tərcümələrindən götürmüşdür və bunu öz müqəddiməsində yazır.

“…bu, qırx hədisi-mö’təbərdir, bəlkə qırx danə gövhərdir ki, ustadigirami mövlana Əbdürrəhmani-Cami əleyhirrəhmə intixab edib, farsi mütərcəm etmiş və şərti mən həfəzə min ümməti ərbəinə hədisən yəntəfiunə, bihi qəbləcəza bəəsəhullahu yovməl-qiyaməti fəqi-hən alimən məqaminə yetmiş. Ümum feyz üçün tərcümeyi-türki olunur”.

25-Cİ HƏDİS

Sənə bər kim yetirsə bir ehsan,

Qıl onun şükri-ne’mətin hər dəm.

Şükri-məxluqa olmayan qadir,

Qılmaz, əlbəttə, şükri-Xaliq həm.

(müasir dillə: insana minnətdarl olmayan onu yaradana da minnətdar olmaz- «Ocaq»)