Tag Archives: Füzulinin işğalı

23 AVQUST 1993 — CƏBRAYIL VƏ FÜZULİNİN İŞĞALI

Стандартный

CƏBRAYIL İŞĞAL.jpg

1993 – Azərbaycan Qarabağ cəbhəsində iki böyük itkiyə məruz qalıb.

Ermənistan silahlı qüvvələrinin bir həftə öncə başlamış intensiv hücumu nəticəsində Füzuli və Cəbrayıl rayonların böyük hissəsi, o cümlədən hər iki rayon mərkəzi işğal olunub.

Bu itki Azərbaycanın Arazboyu zonada yerləşən daha iki rayonunun, Qubadlı və Zəngilanın faktiki mühasirəyə düşməsinə səbəb oldu.

Cəbrayıl rayonun ərazisi 1050 kv km, əhalisi təxminən 57 min nəfər idi. Hazırda rayonun bütün ərazisi (96 kənd) işğal altındadır.

Füzuli rayonu da (ərazisi 1386 kv km, əhalisi təxminən 110 min nəfər) bütünlüklə işğal olunsa da, sonradan Azərbaycan Ordusu bəzi Arazboyu kəndləri, o cümlədən Horadiz qəsəbəsini düşməndən azad edə bildi.

Yaşayış məntəqələrinin yenidən qurulmasından sonra həmin ərazilərdən köçkün düşmüş əhalinin böyük qismi öz torpaqlarına geri qayıtdı.

 

Реклама

16 AVQUST 1993 — CƏBRAYIL VƏ FÜZULİNİN KƏNDLƏRİ İŞĞAL OLUNUB

Стандартный

16 avqust 1993 — Ermənistan silahlı qüvvələrinin Cəbrayıl-Füzuli istiqamətində irimiqyaslı hücumu Cəbrayılın Quşçular, Qışlaq, Doşulu, Əfəndilər, Qaracallı, Balyand, Süleymanlı kəndlərinin işğalı ilə nəticələnib.

Füzuli istiqamətindəAşağı Veysəlli, Zərgər, İşıqlı və s. kəndlər ermənilərin əlinə keçib.

Erməni hərbi birləşmələri hər iki rayon mərkəzinin bir neçə kilometrliyində qərar tutublar.

CƏBRAYIL

 

http://azerbaycanli.org/az/page645.html