Tag Archives: Fuad Musayev

«MEYDAN GÜNDƏLİYİ»: 22-27 SENTYABR 1988

Стандартный

adalet_tahirzade.jpg

22-27 sentyabr 1988. 

Stepanakertdə, Ermənistanda işləmirlər. Stepanakertdə azərbaycan-lıların evlərini yandırırlar (400 ev yandırılıb, qarət edilib). Azərbay-canlıları zorla köçürürlər. Dünən (26-sında) Stepanakertdən institutun müəllimi Zabil müəllim institutumuza zəng vurub,əbülfəzi axtarıb. Telefonu Möhsün götürüb. Zabil deyib ki, indi qapıda maşın dayanıb, mənədeyiblər ki, köç. Köçürmək istəyənlər erməni milisləri ilə rus əsgərləridir. Hərbi vəziyyətdən istifadə edirlər. Bəli, ruslar böyük fırıldaq işlədirlər. İki-üç gün qabaq Ağdam gəncləri Sadıq Murtuzayevin yanına gedib deyiblər ki, daha sənə inanmırıq. Artıq bizim qarşımızı saxlayabilməyəcəksən.“Litqazeta” Heydər əliyevə qarşı fitnəkar yazı verib (21.IX.1988).Mənsurgili72 300 manat cərimə ediblər. Bu gün (27) saat 5-in yarısında Fuad Musayev əbülfəz bəygili qəbul etməlidir. (Stepanakert hadisələri ilə, azərbaycanlıları köçürməklə bağlı olaraq). Bugünkü qəzetlərdə (“Bak.rab.”, “Vışka”) Midhət Abbasovla dəstəsinin Mənsurgilə qarşı yazısıverilib.

Реклама