Tag Archives: Frenk Elkaponni Fizuli Məmmədov

NAXÇIVANIN FƏLAKƏTLİ DEQRADASİYASI: MİRZƏ CƏLİLDƏN ELKAPONİYƏ QƏDƏR…

Стандартный

SONY DSC

Azərbaycanı Britaniya ilə müqayisə ancaq gülüş, istehza doğura bilər. Azərbaycan mədəniyyətini Britaniyanın mədəni sərvətləri ilə müqayisə də beləcə. Ancaq analogiyaların yeri var. Əgər azərbaycanlı desə ki, ingilislər üçün, İngiltərə və Britaniya imperiyası üçün Şekspir kimdirsə və nədirsə, Cəlil Məmmədquluzadə də azərbaycanlılar üçün, Azərbaycan üçün, milli identiklik üçün odur.
Muğamlarımıza baxın: dəsgahların da, hissələrin də çoxunun adı farscadır. Musiqi tərkibi də qatışıqdır – həm ərəb var, həm türk var. İndiki müğənnilərin ifasında muğamda nə qədər azərbaycanlılıq olduğunu demək lap çətindir.
Xalçalar da elə…
Milli arxitektura? Bu varmı? Bilmirəm…
Ancaq “Kişmiş oyunu”nu oxuyanda bilirəm ki, bunu yazan insanın qanı mənim qanımdandır, bilirəm ki, elə bu hekayənin fəzası mənim vətənimdir, yəni mənim vətənim var, millətim var…
Cəlil Məmmədquluzadə naxçıvanlıdır.
İndiki Naxçıvana baxanda bu işə təəccüblənirsən. Çünki indiki Naxçıvanda insanlar nəinki yaradıcılıq azadlığından mərhumdurlar, onlar hətta azad nəfəs ala bilmirlər.
Bütün çoxmərtəbəli binalarına, avtomobillərinə və s. baxmayaraq, Naxçıvan quldarlıq dövründə yaşayır. Burda insan ləyaqətinin birinci şərti olan şəxsiyyət azadlığı yoxdur, mətbuat azadlığı yoxdur. Bunlar qalsın, şifahi söz azadlığı da yoxdur, hamı ya pıçpıçla danışır, ya da birdəfəlik dilini qoyub qarnına…

İndiki Naxçıvana, Cəlil Məmmədquluzadəni yetirmiş bu diyara mənim heç bir rəğbətim və məhəbbətim yoxdur. Naxçıvan Vasif Talıbovun şəxsi şirkətidir, bir hampazorun şəxsi şirkətinə mən niyə rəğbət və məhəbbət bəsləməliyəm?
Onu da deməliyəm ki, Cəlil Məmmədquluzadəyə görə biz Naxçıvandan çox Rusiya imperiyasına, rus ədədiyyatına, rus mətbuat ənənələrinə, birinci rus inqilabına  minnətdar olmalıyıq. Naxçıvanda rus idarələrinin və rus məktəblərinin olmağı, Qori seminariyası, birinci rus inqilabı,  Oktyabr manifesti nəticəsində yaranan mətbuat azadlığı – bütün bunlar olmasaydı, bizim Mirzə Cəlilimiz olmazdı. Yüz ildir ki, Naxçıvanda feodal rejimi hökm sürür – indikinə baxanda xeyli mütərəqqi olan sovet dövründə Naxçıvandan (Ordubaddan) Əkrəm Əylisli çıxıb. Vasif Talıbov Naxçıvanı yanmış torpağa, küllüyə çevirib – orda nə bitər? Camaat nəfəsi ağzı, burnu ilə yox, dalıyla almağa məcburdur…
İndi Naxçıvandan Elkaponi (Fizuli Məmmədov) kimi lotular çıxır və Naxçıvanda, Vasif Talıbovun yanında nəfəsini dal tərəfindən alan bu naxçıvanlı Rusiya azərbaycanlılarına rəhbərlik iddiasındadır.
Şekspiri vaxtilə Böyük Britaniyanın müstəmləkələri ilə müqayisə ediblər və deyiblər ki, Şekspir sərvəti Britaniyanın bütün koloniyalarından qiymətlidir.
İndi Elkaponi (Fizuli Məmmədov) kimi naxçıvanlılar Azərbaycan mənəviyyatına elə ziyan vururlar ki, müqayisədə bu, bütün görkəmli naxçıvanlıların yaratdıqlarından daha artıqdır.
Təəssüf ki, Rusiyada yaşayan azərbaycanlıların çoxu Azərbaycan millətinin yaxşı hissəsi deyil. Onu deyim ki, indi 40-60 yaşında olan Rusiya azərbaycanlılarının çoxu fəraridir. Azərbaycanın ağır vaxtında daban əlli altı qaçıb aradan çıxıblar, sütül kənd uşaqları cəbhədə qırılanda, bunlar ucuz fahişələrlə kef çəkiblər, qumar oynayıblar, hamamlarda mazaqlaşıblar. İndi bunlar hamısı patriot olublar. Ancaq bu “patriotlar” Frenk Elkaponinin (Fizuli Məmmədov) bir kisə ununa, iki kilo ətinə ailələri qarışıq satılmağa hazırdırlar.
Elkaponi (Fizuli Məmmədov) el arasında “qondon” adlanan şəxslər vasitəsilə doğrudan da ləyaqəti, yüksək təhsili və reputasiyası olan insanlara qara yaxmaqla məşğuldur. Və Rusiya azərbaycanlılarına rəhbərlik iddiasını həyata keçirmək üçün hər cür rəzilliyə əl atır.

Qəribə görünsə də, əslində Elkaponi kimi lotuların “ictimai fəaliyyət” meydanına girməsi Rusiyadakı dərin siyasi və mənəvi böhranın göstəricisidir. Rusiyada vətənpərvər, öz ölkələrinin demokratik inkişafı ilə qayğılı gənclər türməyə atılır, Elkaponi kimi lotular başına “qondon” damğalı insanları yığıb şər, böhtan kampaniyası keçirir və ona “o yana dur” deyən yoxdur.
Mən Rusiyada döşünə döyüb “biz naxçıvanlıyıq!” deyən insanlara hörmətlə müraciət edirəm: niyə Naxçıvanda belə cəsarətli deyilsiniz və Vasif Talıbovun, onun nökərlərinin yanında nəfəsinizi dal tərəfdən alırsınız?
Mənim Elkaponi ilə şərikli malım yoxdur. Mənim ümmuyyətlə malım-mülküm yoxdur və bu qarşıdurmalarda şəxsi mənfəət güdmürəm. Mən millətim üçün xəcalət çəkirəm. Mən xüsusən Rusiyada fövqəladə alçaqlıqlara enmiş millətim üçün xəcalət çəkirəm…
O ki qaldı Frenk Elkaponinin (Fizüli Məmmədov) rəhbərlik iddiasına, mən ona bir xalq lətifəsini xatırladıram.
Birinə kənddə “Öküz Məhəmməd” deyirlərmiş, o da inciyirmiş, xahiş edir ki, bu adı onun üstündən götürsünlər. Kəndçiləri deyirlər ki, bir dana kəs, qonaqlıq ver, eləyək… Qonaqlıq bitir, dağılışanda deyirlər ki, bu gündən adını qoyduq “dana Məhəmməd”. Arvadı deyir ki, kül başına, dana da böyüyüb öküz olacaq…
Cənab Elkaponi! Sən azərbaycanlılara neçə kisə un, qənd versən də, reputasiyan dəyişməyəcək. Çünki reputasiyanı dəyişmək üçün seçdiyin yol yenə də fırıldaq və lotuluqdur. Öz işinlə məşğul ol. Pul qazan. Artıq olanda, ehtiyacı olana kömək elə, ancaq zurna çaldırma, çünki bunu Quran günah buyurur…
Yaxşı olar ki, məçidlər açılan kimi gedib tövbə edəsən. Vallah, başdan-ayağa poxun içindəsən…
Mirzə ƏLİL
23. 04. 2020, Samara