Fizuli Vidadi oğlu Əliyev (27 yanvar 1985, Bakı – 8 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.
Fizuli Əliyev 27 yanvar 1985-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Orta təhsilini səkkizinci sinfə qədər alan Fizuli sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş, 2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. Ali hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə hərbi xidmətinə başlamışdır. Uzun müddət Murov dağında xidmət etmiş, «Həmlə» taborunun Qərargah Rəisi olaraq xidmətini davam etdirmişdir.
Kapitan Fizuli Əliyev 2020-ci il sentyabrın 27-dən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. II Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Для отправки комментария необходимо войти на сайт.