Tag Archives: Firudin Cəlilov

MEYDAN GÜNDƏLİYİ: 18, 25 AVQUST 1990

Стандартный
MEYDAN GÜNDƏLİYİ: 18, 25 AVQUST 1990

18 avqust 1990.

Bu gün “Azadlığ”ın “Redaksiya heyəti” tərəfindən buraxılan yeni nömrəsi çıxdı. Cəbhə qərargahında AXC-nin Məclisi vardı. Nəcəf bəy mənə də xəbər etmişdi. Burada qəzetinməsələsi də həll edilməli idi.Tamerlan Qarayev qəzaya düşdüyünə görə Tağı Xalisbəyli sədrlik edirdi. Seçkilərlə və Əbülfəz bəyin AXC sədri kimi səlahiyyət müddətinin uzadılması ilə bağlı məsələlərin müzakirəsindən sonra növbə “Azadlığ”a çatdı. İsa Qəmbərov və Hikmət Hacızadə Nəcəf bəyi redaktor kimi həddən artıq sərbəstlikdə, heç bir rəyi nəzərə almamaqda günahlandırıb Ağamalı Sadiqin redaktor seçilməsinə təkid etdilər. Read the rest of this entry

Реклама